Soyudulmuş balıq. Diri əmtəəlik balıq diri balıq bazasında
saxlandıqda yaranan itki balığın ölümçüllüyündən asılıdır. Ölmüş
balığı təzə balıq kimi satmaq olmaz. Onu soyutmaq, dondurmaq
və ya maye hiss ilə işləmək məsləhət görülür. Bu məhlul sudan və
hiss preparatından ibarət olub, 1: 2 nisbətində hazırlanır və bu
preparatda məhsul 2 dəqiqə saxlanır. Bu üsul, standart şəraitdə
saxlanma müddətini artırır. Dondurulmuş balıq. Ölümcül karp dondurulmazdan əvvəl,
qlazurla (mina qatı) işlənir. Bu məhlul, şam ekstraktının spirtdə
məhlulunun su ilə 1:10 nisbətində qarışdırılması ilə hazırlanır.
Belə işlənmədən keçən balıq bişirildikdə şam iyi hiss olunmamış-
dır.