Firuddin cəFƏrov hasil fəTƏLİyev


 Funksional xüsusiyyətli yeni ənənəvi balıq qida



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə110/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   106   107   108   109   110   111   112   113   ...   239
3.6.3. Funksional xüsusiyyətli yeni ənənəvi balıq qida 
məhsullarının xarakterizəsi 


244
 
Diri  balıq.  Funksional  xüsusiyyətli,  ən  keyfiyyətli  məhsul-
lardan biri diri balıqdır. O, bütün qiymətli bioloji aktiv maddələri 
özündə birləşdirir.  
Diri balıq o, balığa deyilir ki, o, əldə çırpınır və enerjili üzür.  
Diri balığın çoxaldılması gəlirli işdir. Diri karpın 1 sentnerinin 
maya dəyəri – 1 (vahiddirsə), onda toyuğunku-1,5, donuzunku-2, 
malınkı isə -3,2- dir. 
Diri əmtəəlik balıq istehsalı ilə Almaniya, Yaponiya, Fransa, 
ABŞ,  İtaliya  məşğul  olur  və  və  bu  ölkələrdə  2400-1800  ton 
əmtəəlik diri balıq istehsal edilir.  
Ağ  amur  balığının  yetişdirilməsi  perspektivli  sayılır.  Onun 
rasionu demək olar ki, əsasən su bitkiləri: şəkər qamışı, su qamışı, 
həmçinin  biçilmiş  ot,  kələm  yarpağı,  çuğundurun  gövdə  və 
yarpaqlarından və s. ibarətdir. Balıq birinci il 7-8 sm iriliyə və 15-
25 qram kütləyə çatır. İkinci ili onun uzunluğu 15-16 sm və kütləsi 
450-500 q; üçüncü ili 36 sm və 900 q; dördüncü ili – 45 sm və 1,6 
kq; beşinci ili 50 sm və 2,4 kq-a çatır. Onu karpla birgə yetişdir-
mək  sərfəlidir.  Ağ  amur  infeksiyalara  davamlıdır.  Süni  göldə 
yetişdirilərkən ona bitki  yemi  (tərəvəz, kəpək, jmıx) və  heyvani 
yem  (xırda  balıq,  qurdlar,  sürfələr,  həşəratlar)  verilir.  Belə 
vətəgələrdə yetişdirilən balıq əti yaxşı dad keyfiyyətinə malik olur.  
Bu sahədə aparılan tədqiqat işlərini aktual hesab etmək olar. 
Məsələn, damazlıq balıqların kürü tökmə prosesi zamanı maqnit-
ləşdirilmiş sudan istifadə edilməsi maraq doğurur. Tədqiqatda 5-7 
yaşlı, 5-6 kq çəkiyə və anaclıq göllərdə becərilən pulcuqlu karpdan 
istifadə edilmişdir. Mayalanmış kürü 22-23
0
C temperaturda, daimi 
maqnit  sahəsi  ilə  işlənmiş  axar  suda  saxlanmışdır.  Axar  suyun 
axarlığı 0,7-1,0 m/san olmuşdur. Tədqiqatda bioloji, fiziki, orqa-
noleptik, mikrobioloji və qravitasion tədqiqat üsullarından istifadə 
edilmişdir.  
Tədqiqat işində əsas diqqət kürüyə yönəlmişdir. Kürü maqnit-
ləşmiş və adi suda, təxminən eyni vaxtda yetişir. Kürüdən çıxmaq 
nəzarət variantına nisbətən artmış , həyatilik qabiliyyəti isə təxmi-
nən 10% yüksək olmuşdur.  
Tədqiqatlar göstərir ki, kürüdən sürfələrin çıxması, həmçinin 


245
 
sürfələrin  çəkisinin  artmasında  ən  effektli  üsullardan  biri  süni 
maqnit sahəsi yaradılmış sudan istifadə edilməsidir. 

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin