Balıqlar. Sağlam və xəstə insanlar üçün balıq məhsulları və
əlavələri çox faydalıdır. Duzlanmış balığın funksional xüsusiy-
yətini onunla əlaqələrindirirlər ki, bu məhsul insan orqanizmi üçün
ferment tədarükçüsüdür. Məlumdur ki, qocalıq o zaman baş verir
ki, fermentlərin aktivliyi hüceyrələrdə, bütövlükdə isə bütün
orqanizmdə azalır. Faydalı əlavələrlə zənginləşdirilmiş və yayılmış xəstəliklərin
profilaktikası və sağalması üçün nəzərdə tutulan məhsullar nutri-
sevidlər adlanır. Onlar aclığı və susuzluğu yatırmaqla yanaşı, eyni
zamanda müalicəvi təsir göstərərək, orqanizmi həyati vacib
komponentlərlə təmin edir. Buna görə də balıq komponentlərinin
və əlavələrinin məhsulların reseptinə əsaslandırılmış şəkildə əlavə
edilməsi vacib məsələdir.
Dəniz məhsulları xammalının əlavələri qatılmış məhsullar
vitaminlərlə, xüsusilə yağda həll olan vitaminlərlə zənginləşmiş
olur. Bu məhsullar məlum olduğu kimi, ürək-damar və onkoloji
xəstəliklərin etibarlı müdafiəçisi rolunu oynayır.