237
Buğumayaqlıların qanında hemosianin vardır. Onun tərkibin-
də olan 260 mq% mis, oksidləşmə nəticəsində qanın rəngini
rəngsizlikdən yaşılımtıl-göy rəngə qədər dəyişir. Assidiyin qanın-
da vanadositlər tapılmışdır ki, oksidləşmə nəticəsində rəngi
rəngsizdən qara rəngə çevrilir.
Məməlilərin qaraciyəri yağ və vitaminlər toplayır. Balıq və
məməlilərin baş beyni qiymətli xammaldır. Ondan xolesterin və
hipofiz məhsulları, kitlərdə isə spermaset (kəl sümüyündən çıxarı-
lan, ətriyyatda və sənayedə işlədilən maddə) ayrılır.
Balıqların keyfiyyətli olması su hövzələrinin ekoloji təhlükə-
siz vəziyyətindən çox asılıdır.
Balıqların gigiyenik dəyəri tək qidalılıq xüsusiyyəti ilə deyil,
həm də onun sanitar təhlükəsizliyi ilə müəyyən edilir. Ov, emal,
saxlanma və realizə prosesləri zamanı sanitariya qaydalarının
pozulması nəticəsində xəstəliklər yaranır. Buna əsas səbəb su höv-
zələrinin çirklənməsidir.
Balıqların sağlamlıq vəziyyəti baytar həkim – ixtiopatoloq
tərəfindən təyin edilir. Balıqların xəstəlik törədiciləri aşağıdakılar-
dır:
-
toksinoinfeksiya (salmonellez, qarın yatalağı);
-
intravial toksinoinfeksiya (vəba və s.);
-
intoksikasiya (botulizm, stafilokok zəhərlənmə);
-
virus xəstəlikləri (infeksion hepatit, məxmərək, vibrioz,
limfosistit,
su çiçəyi, taun);
-
göbələk xəstəlikləri (bronxiomikoz);
-
şiş xəstəlikləri (fibrosarkoma);
-
zəlilər vasitısilə xəstələnmə (pisçikolaz);
-
digərləri (lerneoz, arqulez).
Virus xəstəlikləri ilə xəstələnmiş balıqları qidalanmada istifa-
də etmək məsləhət görülmür, çünki onlar qida zəhərlənmələri
törədə bilər.
Helmintlərlə sirayətlənmiş balıqların texnoloji emal edilməsi
tələb olunur.
Balıq həm insanın, həm də ev heyvanların helmintlərlə zəhər-
238
ləmə mənbəyi ola bilər. Parazitlərin süfrələri ilə sirayətlənmiş ba-
lıqlar yaxşı bişirilməli və qızardılmalıdır. Onlar duzlandıqdan və
uzun müddətli dondurulduqdan sonra təhlükəsiz olurlar.
Dostları ilə paylaş: