243
Beləliklə, kukumariyadan alınan yarımfabrikatların yüksək
bioloji dəyəri olduğu müəyyən edilmişdir. Buna görə də küküma-
riyadan alınan yarımfabrikatların istehsalının təkmilləşdirilməsi
və intensivləşdirilməsi hər şeydən əvvəl tərkibində çatışmayan
maddələrdən triterpen qlikozidləri olan yüksək bioloji dəyərə
malik məhsulun alınmasına imkan vermişdir.
Assidiya-purpur xalosintiyası Yapon dənizində yaşayan pur-
pur xalosintiya qida məhsulu kimi, ilk dəfə Uzaq şərq Ticarət
İnstitutunda L.J.Savvateeva və başqaları tərəfindən 1980-1983-cü
illərdə təsvir edilmişdir. Bu hələlik təsdiq edilmiş qida xammalı
olmasa da, bioloji tədqiqatlar müvəffəqiyyətlə keçmişdir.
Su samurları bu xammalın - əzələ qılafını və daxili möhtaviy-
yatını həvəslə yeyirlər. Tomsk Universitetində assidiya köynəyi və
onun ekstraktları ilə aparılan tədqiqatlarla müəyyən edilmişdir ki,
bu xammal metastaza qarşı güclü təsirə malikdir.
Dostları ilə paylaş: