241
leykemiya-1210 və s. bədxassəlilərin əmələ gəlməsini ingibirləş-
dirir.
Güman olunur ki, qlikozidlərin sitostatik təsiri onların xoles-
terinlə möhkəm kompleks əmələ gətirərək, sürətlə böyüyən və
hüceyrələrin membranında struktur pozğuntusu yaratmasına səbəb
olur. Eksperimentlərlə sübut olunmuşdur ki, ancaq təbii qlikozid-
lər sitostatik təsirə malikdir. Təmizlənmiş fraksiya və ya ayrı-ayrı
qlikozidlər bu təsiri itirirlər.
Ədəbiyyatda qoloturiyanın triterpen qlikozidlərinin quruluşu-
nun jenşenlə oxşarlığı barədə məlumatlar vardır. Müəyyən edil-
mişdir ki, onların oxşarlığı fizioloji təsirlərdədir. Bununla belə
İ.İ.Brexman və B.A.Qonenkonun fikrinə görə maye toxuma
ekstraktının təsirindən qlikozidlərin təsiri 10-100 dəfə artıq olur.
Bir çox müəlliflər hesab edirlər kiu, saponinlərin ağız vasitəsilə
qəbul edilməsi tamamilə ziyansızdır. Bunu onun dərialtı üsulla
yeridilməsi haqqında demək olmaz. Triterpen qlikozidləri qanun
tərkibinə təsir göstərir. Onlardan əksəriyyəti hemolitik aktivliyə
malik olur. Belə bir məlumat da vardır ki, qlikozidazların iştirakı
nəticəsində triterpen qlükozdilərinin hemolitik aktivliyi azalır.
Q.E.Dekanosidze və başqaları hesab edirlər ki, triterpen
qlikozdlərinin istifadəsi nəticəsində qanda xolesterinin miqdarı
azalır, zülalların sitoplazmatik sintezi artır, yeni ribosom və RNT
yaranır (hormonların təsirində olduğu kimi).
Triterpen qlikozidləri müvafiq qatılıqda mərkəzi əsəb siste-
mini aktivləşdirir, stimullaşdırıcı effekt yaradır. Onlar insanın qo-
loturiya, paxlalı, kökümeyvəlilər, qənnadı və hazır məhsuldan olan
qida rasionunun tərkib hissəsinə daxil olur. Onların tərkibinə isə
sabun otu və biyan daxil olur (halva, mayonezlər və s.).
Tədqiqatlar göstərmişdir ki, konservləşdirilmiş yapon kükü-
mariyası qılafının sulu ekstraktı aşağıdakı hüceyrələrin inkişafına
köməklik edir:
Sacchoromyces cerevisiae tipli mayalar,
Dostları ilə paylaş: