228
quru maddənin 0,2-0,3%-i qədər, ürək əzələsində - 0,2% ; qanda
0,8-1,1% olur.
amin şəkərləri (0,1%-dək OH qrupu NH
2
qrupu ilə əvəz
edildikdə əmələ gəlir) – qlükoza-qlükozamin;
qalaktoza- qalaktozaminə çevrilir;
uron turşuları (oksidləşmə nəticəsində əmələ gəlir); qlü-
koza-qlükozon turşusu,
qalaktoza-qalakturon turşusu;
birəsaslı oksiturşular (aldehid qruplarının oksidləşməsi
nəticəsində əmələ gəlir); qlükoza-qlükon turşusu, qalaktoza-
qalakton turşusu;
ikiəsaslı oksiturşular (ilkin hidroksilin oksidləşməsindən
əmələ gəlir):
qlükoşəkər turşusu;
altıatomlu spirt (monoşəkərlərin bərpası zamanı əmələ
gəlir): qlükozasorbit, qalaktozadulsit.
Dişəkərlər qrupuna –yosunlarda olan arabinoza, treqaloza;
kitəbənzərlərin südündəki laktoza; mədə-bağırsaq sistemində
qlikogenin parçalanmasından yaranan maltoza aiddir.
Suda həll olmayan formadan suda həll olan birləşməyə
çevrilən polisaxarid qrupu aşağıdakılardır :
qlikogen (karpın əzələsində 0,9-1,8%, ölümcül pikşa
balığında 0,6%, iki gündən sonra 0,3%);
süd turşusu (qlikogenin parçalanmasından əmələ gəlir və
balığın əzələsində 0,05-0,40% olur);
suda həll olanlar (dəniz otlarında – zocterin, qonur yosun-
larda- laminarin, alqin, fukoidin, qırmızı yosunlarda- karragen,
aqaroid).
Zülal və karbohidratların polimer kompleks qrupu. Bunlar
məşhur
heksozaminlər olub, fizioloji aktiv maddələrdir. Heksoza-
minlərin toplanma yeri, birləşdirici toxumanın aralıq maddəsidir.
O, həmişə prokollagenə malik olan kollageni müşayiət edir.
Qialuron turşusu (qlükozaminə, qlükoron turşusuna malikdir)
birləşdirici toxumaların tərkibinə daxildir.
Heparin (tərkibində qlükozamin, qlükoron, kükürd turşusu
vardır)
ciyərlərin, ürəyin tərkibində olur.
Xondraitin kükürd turşusu (tərkibində aminsaxar, qlükoron,
229
kükürd turşusu, asetil qrupu olur) selik və qığırdağın tərkibində
olur.
Xitin (tərkibində qlükozamin olur) zirehli xərçəngəbənzər-
lərin tərkibində 200 mq% miqdarında olur.
Kukumariya lipidlərində kollagenin miqdarının çox olması,
onda heksozaminlərin olmasına şərait yaradır. Onlarda heksoza-
min 299-301 mq%, kukumariyanın daxil orqamlarında isə 120
mq% olur. Dəniz kirpisinin qılafında heksozaminlər – 380,5 mq%
olur.
Qlükolipid qrupunda tərkibində karbohidratlar olan birləşmə-
lər vardır.
Beyində olan serebrozidlərin tərkibində - monoqalaktozilqli-
serid, diqalaktozilqliserid, sulfoxinovozaqliserid, serebron, sereb-
ron turşusu, nevron,
nevron turşusu, oksinevron, kerozin olur.
Triterpenoid qrupunun tərkibində triterpen qlükozidlərini
özündə birləşdirməklə qoloston sıralı, henin və karbohidratlara
(qlükoza, metilqlükoza) malik olur.
Qolotur və xüsusilə yapon kükumariyasının toxumalarında
triterpen qlükozidlərinin miqdarının öyrənilməsi göstərmişdir ki,
onların ən çox miqdarı, ağ fərdlərin qılafında və daxili orqanlarda
olur. Quru maddəyə görə qara səthli dəri-əzələ toxumasında
qlükozidlərin miqdarı 0,42%; açıq qəhvəyi rənglidə - 0,49%; ağ
rənglidə - 0,72%; qoloturyanın daxili orqanlarında – 0,69% olur.
Qlükozidlərin monosaxarid qalığının müxtəlifliyinə görə
kukumariyanın daxili orqanları digər bütün xammal növlərini
üstələyir.
Daxili orqanların kütləsi, balığın və heyvanların kütləsinin
təxminən 60%-ni təşkil edir.
Dostları ilə paylaş: