256
bioloji dəyəri nöqteyi nəzərdən kifayət qədər yüksək göstəricidir.
Funksional məqsədli içkilərdə, birinci sıxım şirəsinə nisbətən
aminturşulardan tirozinin, ?????? -fenilalaninin, histidinin, treoninin
miqdarı çox olur. Həm də ?????? -fenilalanin və treonin
“əvəzolunmayan” aminturşularına aid olub, insan orqanizmi
tərəfindən sintez olunmur. Fenilalanin qalxanvari və böyürəküstü
vəzlərin funksiyalarının təmin olunmasında iştirak edir, treonin isə
böyümə prosesinə təsir edir. Funksional məqsədli içkilər vitamin-
lərin və fenolkarbon birləşmələrinin miqdarının yüksək olması ilə
seçilir. Onda askorbin, xlorogen, nikotin, orot, kofe və qal turşuları
aşkar olunmuşdur.
Üzümün birbaşa sıxım şirəsi ilə müqayisədə vitaminlərin və
vitaminbənzər maddələrin konsentrasiyası 10-dəfə artmışdır. Əsa-
sən askorbin turşusunun yüksək miqdarı dəyərli olub, normal
zülal, karbohidrat və yağ mübadiləsinin nizamlanmasında mühüm
rol oynayır. C-vitamininin təsiri ilə insan orqanizmi qlikogenlə
zənginləşir, qanda piroüzüm turşusunun miqdarı artır, polipeptid
və xolesterinin miqdarı nizamlanır.
Nikotin turşusu (PP-vitamini) hüceyrənin tənəffüs prosesində,
karbohidratların oksidləşməsində, əsəb sisteminin fəaliyyətinin
nizamlanmasında, zülal və xolesterinin mübadiləsində iştirak edir.
Orot turşusu vitaminəbənzər maddələrə aid olub, zülal müba-
diləsini stimullaşdırır və qaraciyərin funksional xüsusiyyətinə
əlverişli təsir göstərir.
Xlorogen, kofe və qal turşuları antioksidant aktivliyinə malik
olan fenol birləşmələrinin tərkibinə daxildir.
Beləliklə, yüksək bioloji, və qida və orqanoleptiki xüsusiyyət-
lərə malik olan keyfiyyətli içki alınmışdır. Bu içkidən 3 yaşdan
yuxarı olan uşaqların, həmçinin yod çatışmazlığı olan rayonlarda
yaşayan əhali üçün, qalxanvari vəzi, ateroskleroz, anemiya, hiper-
toniya və digər ürək-damar xəstəliklərinin profilaktikasında
istifadə tövsiyə olunur.
Dostları ilə paylaş: