247
qarşısını ala biləcək maddələrin (antioksidant vitraminlərin,
mineral maddələrin, aminturşularının və s.) olmaması ilə əlaqədar-
dır.
Qida əlavəsi olan “Sevva” fizioloji təsirinə görə, xüsusi farma-
koloji aktivliyə malik olub parafarmasevtiklərə aid edilə bilər.
Kolbasa formasında ət məmulatları işlənmişdir. Onlara, əlavə
şəklində dəniz kələmi, yerkökü, çuğundur, gicitkən qatılmışıdr.
Xarici görkəminə görə ət məmulatları kolbasadan seçilməmiş və
kəsilmiş hissəsi isə müxtəlif rəngli kolbasa farşının bərabər qa-
rışmış kütləsini xatırladır.
Dəniz kələmindən alınan natrium alqinat əlavəsi bişirilmiş
kolbasalarda əvvəllər də istifadə edilirdi. Bu məhsullar radiopro-
tektor xüsusiyyətinə malikdir.
“Sevva” əlavəsindən istifadə etməklə, bir çox məhsullar işlən-
mişdir. Onladan patentləşmiş kökə məmulatlarını, dərin dondurul-
muş qatlı xəmir testi yarımfabrikatını, süd turşusu içkilərini, çörək
və süd turşusu pendirlərini misal göstərmək olar.
Dostları ilə paylaş: