293
Ət məhsullarının tərkibində ekstraktiv maddələr (azotlu və
azotsuz) vardır. Azotlu maddələr insana tonuslaşdırıcı təsir göstə-
rir, həzm şirəsinin ayrılmasını stimullaşdırır və iştahanı artırır.
Ətin əsas dəyərlərindən biri ondan geniş çeşiddə məmulat və
xörəklərin hazırlanmasıdır. Ət, orqanizm tərəfindən yaxşı mənim-
sənilir (96-98%) və uzun müddətli toxluq hissiyatı yaradır. Ancaq
ətin artıq miqdarda qəbul edilməsi orqanizmin azot mübadiləsinin
son məhsulları ilə yüklənməsinə səbəb olur ki, bu da faydalı sayıla
bilməz.
Quş əti öz kimyəvi tərkibinə görə 2 qrupa bölünür. Birinci
qrupa yüksək miqdarda zülal və ekstraktiv maddələrə malik olan
toyuq və hind toyuğu əti, ikinci qrupa suda üzən quşların (qaz,
ördək) yüksək yağlı və tünd rəngli ətləri aiddir.
Yüksək miqdarda zülal və ekstraktiv maddələrlə daha zəngin
olan ağ quş ətidir. Quş ətində çox zülal (17-21%) və yağ (10-22%)
olur. Quş əti özünün aminturşusu tərkibinə görə yüksək keyfiyyətli
zülallara aid olub, bütün əvəzolunmayan aminturşularına malikdir
Mənimsənilməsinə görə optimal balanslaşmiş olur. Ağ ət xeyli
miqdarda fosfora (360 mq/100 q), kaliuma (190-300 mq/100 q) və
dəmirə (orta hesabla 2,1 mq/100 q) malik olur.
Yumurta-konsentrasiyalı məhsul olub, yüksək bioloji dəyərə
malikdir. Yumurta 12,5% zülala malikdir. Bu zülallar optimal
aminturşuları tərkibinə və xeyli əvəzolunmayan aminturşularına –
lizin, triptofan və metioninə malik olur. Yumurtada 11% yağ,
doymamış yağ turşuları olan fosfolipidlər və lesitin vardır.
Yumurtada xeyli miqdarda A – vitamini (0,35 mq/100 q) və D
vitamini (4,7 mq/100 q) olur. Yumurtanın üstünlüyü onun yaxşı
mənimsənilməsidir. İlıq bişirilən soyutma və çiy yumurta daha
yaxşı mənimsənlir.
Dostları ilə paylaş: