Çörəyin lipidləri. Reseptinə yağ daxil olmayan çörək məmu-
latlarında yağ çox az miqdarda (0,5-1,2 %) olur. İstifadə olunan
sortluluq artıqca çörəkdə olan xüsusi yağların miqdarı azalır. Tədqiqatlar göstərir ki, çovdar və buğda ununun və həmçinin
çörəyin lipidləri – (mono, - di, - triqliseridlər) fosfatidlər, qlükoli-
pidlər və tokoferoldur.
Yağların bioloji dəyəri onların tərkibində olan yarımdoyma-
mış yağ turşularının miqdarı ilə müəyyən olunur.
Müxtəlif sort çörəklərin triqliseridlərinin yağ turşu tərkib gös-
təriciləri 3.4 saylı cədvəldə verilmişdir.