81
keyfiyyətini pisləşdirir. Buna görə də saxlanma müddətinin artırıl-
ması, nəqliyyata davamlılığının yaxşılaşdırılması üçün zərdaba
duz əlavə edərək qurutma üsulları ilə konservləşdirilmə texnologi-
yası işlənib hazırlanmışdır.
Cövhər və süddən yeni növ məhsulların alınması üzrə elmi-
tədqiqat işləri aparılır. Bu məhsullarda qida maddələri böyük qatı-
lıqda olur. Məsələn, cövhərdən yüksək turşuluqlu, südlü, qıcqırmış
cövhər, qatılaşdırılmış, turşudulmuş, ammonyaklaşdırılmış zər-
dab, süd cövhəri konsentratı və s. məhsullar hazırlanır.
Süddən isə quru, yağsızlaşdırılmış süd və uşaq qidaları üçün
süd-zülal konsentratı hazırlanır.
Bundan başqa süd məhsullarının və ya onların preparatlarının
əlavə edilməsi qıcqırma prosesini intensivləşdirir ki, bu da çörəyin
dad bə ətrinin yaxşılaşmasına səbəb olur.
Süd zərdabının tətbiqi ilə çörək-kökə məmulatlarının böyük
çeşidi işlənmişdir. Bunlardan süd zərdablı kökəni (30%),
“Neman” kökəsini (10%), süd zərdablı çörəyi
( 10%), qatılaşdırılmış zərdablı uşaq süd kökəsini ( 3%) və s.
göstərmək olar.
Dostları ilə paylaş: