Respublika.- 2008.- 26 aprel.- S. 8.
Səs qəzeti
2006
Ələsgərov B.
Heydər Əliyev və Azərbaycanda kitabxana işi
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir
yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə, elə
kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş
etdirən amillərdən biridir".
(Heydər Əliyev)
Bu günlərdə "Heydər Əliyev və Azərbaycanda kitabxana işi"
adlı kitabı işıq üzü görmüşdür. Kitabın müəllifi əməkdar elm
xadimi, əməkdar mədəniyyət işçisi, BMT yanında Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının akademiki, tarix elmləri
doktoru, professor Abuzər Alı oğlu Xələfovdur. Məlumat üçün
deyim ki, o, 50 ildir ki, Bakı Dövlət Universitetində səmərəli elmi-
pedaqoji fəaliyyət göstərir. Milli kitabxanaşünaslıq elminin banisi,
Azərbaycan kitabxanalarının tarixinin ilk tədqiqatçısı,
respublikamızda ali təhsilli kitabxanaşünas-biblioqraf və
kitabşünaslar hazırlayan ilk fakültənin yaradıcısı kimi professor
Abuzər Xələfov adı vətənimizin sərhədlərindən çox-çox uzaqlarda
da məhşurdur.
250-dən artıq elmi əsərin, o cümlədən, 50-dən artıq monoqrafiya,
dərslik və dərs vəsaitinin müəllifi olan Abuzər Xələfov, eyni
zamanda, ikicildlik "Kitabxanaşünaslığa giriş" və "Azərbaycanda
kitabxana işinin tarixi" fənlərinə dair ilk orijinal milli dərsliklərin
yaradıcısıdır. 2000-ci ildə professor Abuzər Xələfov Azərbaycanda
kitabxanaşünaslıq elminin və ali kitabxanaçılıq təhsilinin
inkişafındakı xidmətlərinə görə Prezident Heydər Əliyevin fərmanı
ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Professor, Abuzər Xələfovun geniş oxucu auditoriyasına təqdim
olunan "Heydər Əliyev və Azərbaycanda kitabxana işi" adlı
fundamental monoqrafiyası müəllifin uzun illər gərgin əməyinin
nəticəsi olub, ulu öndər Heydər Əliyevin kitabxana quruculuğu
sahəsindəki fəaliyyətinin tədqiqinə həsr edilmişdir.
Kitabın məsləhətçisi AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri
doktoru, professor Ş.Məmmədəliyev, elmi redaktoru əməkdar elm
xadimi, tarix elmləri doktoru, professor T.Musayev, redaktorları
pedaqoji elmlər namizədi, dosent K.Aslan, tarix elmlər namizədi
L.Məmmədovadır.
Kitabda ümummilli lider Heydər Əliyevin Azərbaycan
mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana qurulucuğu
sahəsindəki misilsiz xidmətləri ümumiləşdirilərək, elmi nəticələr
çıxarılır. Burada kitabxanaların xalqımızın mədəni-mənəvi
tərəqqisində və cəmiyyətdəki rolu haqqında Heydər Əliyev fikirləri
şəhr olunmuş, həmçinin, onun XX əsrin ikinci yarısında
respublikada kitabxana şəbəkələrinin inkişafı, kitabxanaların
mərkəzləşdirilməsi, kitabxana fondlarının inkişafı, əhaliyə
kitabxana xidmətinin yaxşılaşdırılması, kitabxanaların maddi-
texniki bazasının və kadr potensialının möhkəmləndirilməsi
istiqamətindəki fəaliyyəti konkret faktlar əsasında təhlil edilmişdir.
Yeni nəşrdə müstəqillik dövründə kitabxanaların qorunub
saxlanılması, kitabxana işinin inkişaf istiqamətləri və dövlətin
kitabxana siyasətinin formalaşmasında Heydər Əliyev ideyalarının
şəhrinə geniş yer verilmişdir.
Kitabxana işi sahəsində çox mürəkkəb dövr olan son 10 ildə
olduqca ciddi tədbirlər həyata keçirildi. Hər şeydən əvvəl, kəskin
maliyyə çətinliyinə baxmayaraq, kitabxana şəbəkələri qorunub
saxlandı. Bu gün fəxrlə demək olar ki, Azərbaycan MDB ölkələri
içərisində dövlət kitabxana şəbəkəsini qoruyub saxlayan, kitabxana
müəssisələrinin özəlləşdirilməsini qadağan edən yeganə
respublikadır.
Qeyd etdiyimiz dövrdə böyük öndər Heydər Əliyev bir neçə
dəfə M.F.Axundov adına Milli Kitabxanasına getmiş, şəxsi
kitabxanasından həmin kitabxanaya xeyli kitab bağışlamış,
kitabxana, kitabxana işi haqqında parlaq nitqlər söyləmiş,
kitabxananı "xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer,
mənəviyyat, bilik, zəka mənbəyi" adlandırmışdır. Fərəhləndirici
haldır ki, son 13 ildə kitabxana işi haqqında bir çox sərəncamlar və
dövlət qərarları verilmiş, 1999-cu ildə Milli Məclis tərəfindən
"Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu
qəbul edilmişdir. Həmin qanunun böyük öndərimiz tərəfindən
imzalanması mədəniyyətimizin bu mühüm sahəsinə böyük dövlət
qayğısının təzahürüdür.
Beləliklə, xalqımızın böyük oğlu, dünyaşöhrətli siyasətçi,
müstəqil Azərbaycan dövlətçiliyinin memarı, ümummilli liderimiz
Heydər Əliyev respublikamıza 34 illik rəhbərliyi dövründə
kitabxana dövlət qayğısı ilə əhatə edilmiş, bu sahə həmişə böyük
öndərin diqqət mərkəzində olmuşdur. Məhz buna görədir ki, həmin
illər respublikamızda kitabxana işinin tarixinə inkişaf və tərrəqi
dövrü kimi daxil olmuşdur.
İllər, əsrlər keçəcək, ancaq Azərbaycan tarixinin Heydər
Əliyev dövrü tariximizin ən parlaq səhifələrindən biri kimi
qalacaqdır. Azərbaycanda kitabxana işinin tarixinə dönüş dövrü
kimi daxil olan bu illərdə kitabxana quruculuğu sahəsində əldə
olunan nailiyyətlərin, baş verən proseslərin, əhaliyə kitabxana
xidmətinin təşkili sahəsində meydana gələn yeni iş forma və
üsullarının təhlil edilib öyrənilməsinə və ümumiləşdirilməsinə
böyük ehtiyac duyulmaqdadır. Hazırda oxuculara təqdim olunan
"Heydər Əliyev və Azərbaycanda kitabxana işi" adlı bu kitab, məhz
kitabxana tariximizdə olan boşluğu doldurmaq, kitabxana
quruculuğu sahəsində ulu öndərin titanik fəaliyyətini, böyük-qayğı
və məhəbbətini, kitabxana işi haqqmda ölməz ideyalarını, nəzəri
irsini gələcək nəsillərə çatdırmaq məqsədini öz qarşısına
qoymuşdur.
İki fəsil, son sözəvəzi və əlavələrdən ibarət olan kitabın
birinci fəsli "Azərbaycanda kitabxana işinin inkişafında Heydər
Əliyev mərhələsi (XX əsrin 70-80-ci illəri)" adlanır. Burada,
əsasən, Heydər Əliyevin fəaliyyətinin sovet dövrü mərhələsi öz
əksini tapır.
İkinci fəsil "Heydər Əliyev və müstəqillik illərində
Azərbaycanda kitabxana işi" adlanır ki, bu fəslə aşağıdakılar
daxildir: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
kitabxana şəbəkəsi müstəqillik illərində; M.F.Axundov Milli
Kitabxanası müstəqillik illərində; Azərbaycan Respublikası Təhsil
Nazirliyinin kitabxana şəbəkəsi müstəqillik illərində; Respublika
Elmi-Pedaqoji kitabxanası müstəqillik illərində; Azərbaycan Milli
Elmlər Akademiyasının Mərkəzi kitabxanası müstəqillik illərində;
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin kitabxanası
müstəqillik illərində; Azərbaycan Respublikası Milli Məclisin
kitabxanası müstəqillik illərində; Müstəqillik illərində kitabxana işi
sahəsində dövlət siyasəti və s. Bu fəsillərdə respublikanın əsas
kitabxanaları haqqında tam məlumat verilir.
Vəsaitdə diqqəti cəlb edən başlıqlardan biri də "Əlavələr"
adlanır. Burada 5 bölmə,və 12 yarım bölmə öz əksini tapmışdır.
Birinci böimə "Heydər Əlirza oğlu Əliyev haqqında qısa bioqrafik
məlumat" adlanır. ikinci bölmə isə "Təltiflər" adlanır. Buraya
"Heydər Əliyevin təltif olunduğu SSRİ-nin orden və medalları",
"Heydər Əliyevin təltif olunduğu beynəlxalq orden və medalları",
"Heydər Əliyevin təltif olunduğu fəxri elmi adlar", "Heydər
Əliyeviri təltif olunduğu fəxri adlar və mükafatlar" daxildir.
Maraqlı başlıqlardan biri də "Heydər Əliyevin kəlamlarından"
adlanır. Müəllif bu kəlamları "Biblioqrafik məlumat kitabı"ndan
götürmüşdür.
"Əlavələr"ə "Dünyanın görkəmli siyasətçiləri, elm və
mədəniyyət xadimləri Heydər Əliyev haqqında" bölməsi də daxil
edilmişdir. Görkəmli şəxslər Corc Buş (ABŞ), Jak Şirak (Fransa),
Ockar Lui Skalfaro (İtaliya), Əlahəzrət Arixito (Yaponiya), Fərrux
Əhməd Xanleqari (Pakistan), Kerevil Navayana (Hindistan), Emil
Konstantineku (Ruminiya) və başqalarının Heydər Əliyev haqqında
olan fikirləri maraq doğurur.
"Heydər Əliyev və Azərbaycanda kitabxana işi" adlı kitabına
bu və ya digər yazılarla yanaşı 84 adda istifadə olunan ədəbiyyatın
siyahısı da verilmişdir.
M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim
Tahirov vəsaitin çox dəyərli olmasını nəzərə alaraq, kitabm
təqdimetmə mərasimində daha çox tirajla çap olunması təklifini
irəli sürmüşdür.
Belə bir vəsaitin Dövlət Mükafatına təqdimatı da məqsədə
uyğundur.
Səs.- 2006.- 14 iyul.- S. 12.
2007
Fərhad Bədəlbəyli Parisdə konsert verib
Bakı Mustqi Akademiyasının rektoru, xalq artisti Fərhad
Bədəlbəyli və violonçel ifaçısı Rasim Abdullayev Parisə səfər
ediblər. Səfər çərçivəsində musiqiçilər ümunnmilli lider Heydər
Əliyevin anadan olmasının 84-cü ildönümü münasibəti ilə Parisdə
konsert veriblər. Bunu Parisdə səfərdə olan bəstəkar Fərhad
Bədəlbəyli deyib. Onun sözlərinə görə, konsertdə Fransanın
tanınmış piano ifaçısı da çıxış edib. Azərbaycanın Fransadakı
səfirliyinin təşkilatçılığı ilə baş tutan konsert proqramında
Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib. F.Bədəlbəyli
deyib ki, səfər çərçivəsində Fransa Konservatoriyasının rəhbərliyi
ilə görüşüb: "Səfərimiz olduqca uğurlu keçir. Hazırda Fransa-da bu
ərəfədə keçiriləcək festivallarda iştirak etmək niyyətindəyik. Artıq
Azərbaycanın beynəlxalq bazara girmək vaxtıdır. Bu prosesin baş
tutması üçün bir sıra əlaqələr yaratmaq və Azərbaycanın beynəlxalq
musiqi bazarına daxil olmasına yardım etmək istəyirik". Rektor
bildirib ki, səfər zamanı iki ölkə arasında mədəni əlaqələrin
möhkəmlənməsi sahəsində bir sıra qərarların qəbulu da gözlənilir.
Musiqiçilərin Fransa səfəri mayın 15-də yekunlaşacaq.
Səs.- 2007.- 12 may.- S. 16.
2008
Ümummilli liderə həsr olunmuş Kitab bayramı
keçirilib
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat
xidmətindən aldığımız məlumata əsasən, Lerik rayon mərkəzi kitab-
xanası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85
illik yubileyinə həsr olunmuş "Kitab bayramı" keçirmişdir. "Kitab
bayramı" 3 saylı şəhər orta məktəbin qarşısında keçirilmiş və sözü-
gedən tədbirdə rayon təhsil və mədəniyyət müəssisələrinin kollek-
tivləri iştirak etmişlər. "Kitab bayramı"nda rayon orta məktəb şa-
girdləri ümummilli lider Heydər Əliyev haqqında şeirlər söyləmiş,
mahnılar ifa etmişlər. Tədbirdə kitablara dair ədəbi-bədii kompozi-
siya nümayiş etdirilərək, viktorinalar keçirilmişdir. "Kitab bayra-
mı"nda ümummilli lider Heydər Əliyev haqqında kitablardan ibarət
sərgilər təşkil olunmuşdur. Qeyd edim ki, "Kitab bayramı" 6 may
tarixinə qədər Xaçmaz, Dəvəçi, Qax, Tərtər, Zaqatala, Masallı, Sa-
birabad, Salyan, Beyləqan, Goranboy, Ucar, Astara, Cəlilabad, Kür-
dəmir, Quba, Neftçala, Şamaxı, İmişli, Qəbələ, Ağdaş, Xanlar, Ağs-
tafa rayonlarında, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Lənkəran şə-
hərlərində keçiriləcəkdir.
Səs.- 2008.- 24 aprel.- S. 12.
Heydər Əliyev və müstəqil Azərbaycan
Şəxsiyyətlər Muzeyində Ümummilli liderin 85 il-
lik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən aldığımız
məlumata əsasən, Xaçmaz rayonunun Şəxsiyyətlər Muzeyində,
Xaçmaz rayon Mərkəzi Kitabxanası Heydər Əliyevin 85 illik yubi-
leyinə həsr olunmuş "Kitab bayramı" keçirilib. Tədbirə rayon icra
hakimiyyətinin başçısı Ş.Xanbabayev, Mədəniyyət və Turizm Na-
zirliyinin nümayəndəsi O.Muxtarov, Cəfər Cabbarlı adına Respubli-
ka Gənclər Kitabxanasının şöbə müdirləri X. Məmmədova, Z. Meh-
diyeva, Xaçmaz rayon Turizm və İnformasiya Mərkəzinin direktoru
V. Əhmədov və rayon ziyalıları dəvət olunmuşlar. Tədbiri giriş sö-
zü ilə rayon mədəniyyət və turizm şöbəsinin müdiri N.Ağayev açıb.
O, Heydər Əliyevin mədəniyyət sahəsində gördüyü işlərdən, hazır-
da isə dövlətin mədəniyyət və kitabxana işi sahəsində verdiyi qərar
və göstərişlərin əhəmiyyətini vurğulayıb. Tədbirdə "Ulduzlar" ədəbi
məclisinin sədri F. Həsənov və Q. Aşkari şeirlərini oxumuşlar. Bu-
rada 45 adda sərgi nümayiş etdirilib. "Heydər Əliyev və müstəqil
Azərbaycan", "Azərbaycan Respublikasının müstəqilliyi ümummilli
liderimiz Heydər Əliyevin şah əsəridir", "Yaddan çıxmaz Qarabağ",
"Xaçmaz və xaçmazlılar", "Dünyanı uşaqlara verək" və digər kitab-
lar maraqla qarşılanıb. Şəxsiyyətlər Muzeyində Azərbaycanın 27
ədəbiyyat və incəsənət xadimlərinin büstləri qarşısında onların hər
birinin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi təşkil olunub.
Səs.- 2008.- 29 aprel.- S. 12.
İki sahil qəzeti
2007
Ulu öndərin informasiya-kommunikasiya
texnologiyaları
sahəsində rolu
Mayın 10-da müstəqil Azərbaycan dövlətinin banisi Heydər
Əliyevin anadan olmasının 84-cü ildönümü Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyində (RİTN) geniş qeyd olunmuşdur.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov
parlaq və təkrarsız şəxsiyyət, müasir Azərbaycan dövlətçiliyinin
qurucusu Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, onun xalqımız
qarşısında misilsiz xidmətlərindən danışmışdır. Nazir demişdir ki,
ümummilli lider informasiya-kommunikasiya texnologiyalarının
perspektivini daim hiss etmiş və bu sahədə inkişafa nail olmaq üçün
ardıcıl səylər göstərmişdir. Azərbaycanda mobil rabitənin bu gün
yüksək inkişaf səviyyəsi də məhz Heydər Əliyevin səylərinin
bəhrəsidir. 1994-cü ildə "Bakcell" və
1996-cı ildə "Azercell" birgə müəssisələrinin yaradılması
Azərbaycanda mobil rabitənin inkişafının əsasını qoymuşdur.
Ölkənin rabitə sektoruna ilk investisiyaların cəlb edilməsi də
ümummilli liderin səyləri nəticəsində mümkün olmuşdur. Heydər
Əliyev Azərbaycanda radio-televiziya yayımının dünya
standartlarına uyğun təşkili istiqamətində lazım olan bütün
tədbirləri görmüşdür. Əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş işləri bu gün Prezident İlham Əliyev uğurla
davam etdirir, informasiya-kommunikasiya texnologiyalarının
inkişafı üçün məqsədyönlü işlər aparır.
Ə.Abbasov RİTN tərəfindən "Heydər Əliyev və informasiya-
kommunikasiya texnologiyaları siyasəti" adlı kitabın yenicə nəşr
olunduğunu bildirmişdir. Natiq kitabda ümummilli liderimiz
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən çox
müddətdə respublikada rabitənin, elektron avadanlığının,
informasiya texnologiyaları və telekommunikasiyanın inkişafı və
müasir səviyyəyə yüksəlməsi üçün gördüyü işlərin xülasəsi
verildiyini qeyd etmişdir.
Tədbirdə iştirak edən akademik İsmayıl İbrahimov ulu
öndərin bənzərsiz tarixi şəxsiyyət kimi Azərbaycan dövlətçiliyinin
təşəkkülündə əvəzsiz xidrnətlərin, onun dövlət quruculuğu
sahəsində təcrübəsinin ölkəmizin davamlı inkişafını daim himayə
etdiyini vurğulamışdır.
"Heydər
Əliyev və informasiya-kommunikasiya
texnologiyaları siyasəti" adlı kitab tədbir iştirakçılarına
paylanmışdır.
Kitaba rabitə və informasiya texnologiyaları naziri, akademik
Əli Abbasov ön söz yazmışdır. Toplu üç bölmədən ibarətdir. I
bölmədə fərmanlar, sərəncamlar, qərarlar və protokollar verilmiş, II
bölmədə Heydər Əliyevin rabitə xidməti ilə əlaqədar tədbirlərdə
çıxışları, nitqləri, III bölmədə isə Heydər Əliyevin Azərbaycanın
rabitə sistemi ilə əlaqədar söylədiyi fikirlər, dediyi sözlər
toplanmışdır. Kitabda Heydər Əliyevin rabitə ilə bağlı tədbirlərdə
çəkilmiş fotoşəkilləri və ulu öndərə həsr olunmuş poçt markaları
əks olunmuşdur.
İki sahil.- 2007.- 11 may.- S. 6.
Üç nöqtə qəzeti
2008
Rəhimə
Beynəlxalq Heydər Əliyev Filmləri Festivalına start
verildi
Ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş I
Beynəlxalq Heydər Əliyev Filmləri Festivalına start verildi. Festi-
valla bağlı ötən gün Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçiril-
di. Layihə BBS Şirkəti və Yeni Azərbaycan Partiyasının Gənclər
Birliyi tərəfindən həyata keçirilir. Birliyin sədri Ramin Həsənovun
fikrincə, Heydər Əliyevə həsr edilən filimlərin nümayişini və seçi-
mini hədəf götürən festival ölkədə festival tipli yeganə layihədir.
Qurum rəhbəri festivalda müxtəlif zaman və məkanlarda Heydər
Əliyev haqqında çəkilən filmlərin göstəriləcəyini bildirdi: "Layihə
ümummilli lider haqqında əsl film yarışmasıdır. Festivalda yer alan
filmlər Heydər Əliyev xarakterinin və şəxsiyyətinin müxtəlif rakus
və rənglərini göstərir". BBS şirkətinin direktoru Teymur Nəcəfzadə
bildirdi ki, festivalda bu günə qədər göstərilməyən filmlər yer ala-
caq. Kino etikası və vətəndaş münasibətlərini birləşdirən rakurslar-
dan müəyyənləşdirilən festivalın seçim heyəti filimləri aşağıdakı
nominasiyalar - "Ən yaxşı rejissor işi", "Ən yaxşı operator işi", "Ən
yaxşı dramaturgiya", "Xatirələri qoruyan ən yaxşı film", "Heydər
Əliyevə kənardan ən yaxşı baxış" üzrə seçəcək. Nəticələrə görə se-
çilən filmlər xüsusi mükafat üzrə təltif olunacaq. Məlumat üçün bil-
dirək ki, layihə çərçivəsində www. heydar-aliyev.movies.az saytı
yaradılacaq. Münsiflər heyətinin seçiminə aprel ayının ortalarından
start veriləcək. Qurum festivalı mayın 3- 5-də keçirməyi planlaşdı-
rır.
Üç nöqtə.- 2008.- 10 aprel.- S. 13.
Paritet qəzeti
2007
Hüseynzadə F.
Heydər Əliyevin adını daşıyan 39 xatirə muzeyi tikilib
Zaqatala, Astara, Xızı və diqər rayonlarda belə
muzeylərin tikintisi ilə bağlı işlər gedir
Liderlərin millət üçün gördükləri işlər danılmazdır. Hər hansı
milləti, xalqı dünyada tanıtdıran və məşhur edən nə qədər onun
mədəniyyəti, milli adət-ənənəsi, tarixidirsə, bir o qədər də onun
siyasi xadimləridir. Necə ki ümummilli lider, görkəmli dövlət
xadimi Heydər Əliyev Azərbaycanı beynəlxalq aləmdə tanıtdırdı və
buna görə də xalqımız həmişə onun ruhu qarşısında borcludur.
Napoleon Bonapart, Corc Vaşinqton, Mustafa Kamal Atatürk öz
xalqları üçün nə ediblərsə və onlar dünya tarixində hansısa iz
qoyublarsa, Heydər Əliyev də bizim üçün bunu edib. Eyni zamanda
bu gün bütün dövlətlər onu dünyəvi siyasətçi kimi qəbul edir.
Elə dövlət var ki, adı dünyanın siyasi xəritəsində olsa da,
haradasa onun haqqında danışanda heç kim bu dövlətin yerini belə
bilmir. Bir vaxtlar Azərbaycan da belə ölkələrdən idi. Heydər
Əliyev Azərbaycanı məhz bu cür vəziyyətdən çıxardıb dünya
səviyyəsində tanınan və özünün xüsusi yeri olan öləkələr sırasına
qatdı. Onun xarici siyasətinini əsas istiqaməti də elə bundan ibarət
idi. Dediyimiz kimi bütün xalqımız qarşısında Heydər Əliyevin
danılmaz əməyi var. Onun ruhuna ehtiram olaraq çoxlu istiqamətdə
işlər görülüb, müxtəlif tədbirlər həyata keçirilib və bu günləri də bu
davam etdirilməkdədir. Bunlardan biri də ümumxalq
məhəbbətindən irəli gələrək ulu öndərin xatirəsini əbədiləşdirmək
üçün paytaxtda və respublikamızın rayonlarında Heydər Əliyev
adına muzeylərin yaradılmasıdır. Heydər Əliyev istər sovet
dövründə, istərsə də müstəqillik əldə etdikdən sonra rəhbər kimi
ölkənin bütün rayonlarına səfər edib, bu rayonların sakinləri ilə
birbaşa təmasda olaraq onların problem və qayğıları ilə şəxsən özü
maraqlanırdı. Ən azı buna görə həmin muzeylərin yaradılması
təqdirəlayiqdir. Qeyd edək ki, 2005-ci ildən bu istiqamətdə intensiv
işlər aparılır. Mədəniyyət və Turizm Nazirliyindən aldığımız
məlumata görə, 2006-cı ildə 25 belə xatirə muzeyi tikilib və
istifadəyə verilib. Bu il isə 14 muzey ictimaiyyətin ixtiyarına
verilib. Həmçinin Zaqatala, Astara, Xızı və digər rayonlarda Heydər
Əliyevin adını daşıyan xatirə muzeylərinin tikintisi ilə bağlı işlər
gedir.
Bu muzeylər həm də ocaqdır - Heydər Əliyev ocağı. Əhalimiz
bu işığa yığışıb milli liderlərinin kimliyini tanımalı, onun siyasi
təcrübəsindən ilham almalıdırlar. Çünki, hər bir vətəndaşın fərdi
kimliyini şəxsiyyət vəsiqəsi necə təsdiq edirsə, Heydər Əliyev də
bizim milli kimliyimizi dünyada o cür təsdiq eləyib.
Paritet.- 2007.- 13-14 dekabr.- S. 4.
Kaspi qəzeti
2007
Tbilisidə Heydər Əliyevin büstü açılıb
"Gürcüstan-Azərbaycan münasibətlərinə düşmən olan kəs
Azərbaycanın düşmənidir, Gürcüstanın düşmənidir. Çünki bizim
gücümüz birlikdədir". Bu fikirləri Gürcüstan prezidenti Mixail
Saakaşvili Tbilisinin tarixi məhəllələrindən biri olan
Abanostubanidə, Heydər Əliyev parkında ulu öndərin büstünün
təntənəli açılış mərasimində bəyan edib. Qeyd edək ki, 2004-cü ildə
prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı bu parka ulu
öndərin adı verilib. Azərbaycanın xalq rəssamı, heykəltəraş Natiq
Əliyevin hazırladığı qranit büst və postamentin hündürlüyü dörd
metrdir.
Mixail Saakaşvili bildirib ki, Azərbaycan, azərbaycanlılar
Gürcüstanın həmişə sadiq dostları olublar: "Düşünürəm ki, bugünkü
gün tarixi qardaşlığımızın, dostluğumuzun çox parlaq təsdiqidir.
Hərçənd ki, bizim çoxəsrlik dostluğumuzun sübuta ehtiyacı yoxdur.
Gürcüstanda yaşayan azərbaycanlılar ölkəmizin vətəndaşlarıdır, öz
mədəniyyətini, öz dilini saxlayan və inkişaf etdirən bu insanlar,
eyni zamanda, vətənimizin, ölkəmizin, onun gələcəyinin ayrılmaz
tərkib hissəsidirlər. Eləcə də Azərbaycan Gürcüstanın gələcək
tərəqqisinin ayrılmaz tərkib hissəsidir".
Mixail Saakaşvili: "Heydər Əliyev müasir Azərbaycan
dövlətinin, millətinin atasıdır"
Gürcüstan prezidenti Azərbaycanın çətin günlərdə ölkəsinə
yardım etməsindən də danışıb: "Keçən il bizə verilən qaz və
elektrik eneryisi eyni vaxtda hansısa, yumşaq desək, qəribə
səbəblərə görə kəsiləndə, qışın bu ən soyuq çağında Azərbaycanın
bizə qaz verməsini, öz istisini bizimlə bölüşməsini heç vaxt
unutmayacağıq. Bu, heç də, sadəcə olaraq, ürəyin hərarətini
bölüşmək deyildi. Azərbaycan öz evlərinin istisini, öz
xəstəxanalarının istisini, öz ocaqlarının istisini, öz uşaq
bağçalarının, öz məktəblərinin istisini bizimlə bölüşdü. Elə bu il də,
Gürcüstanın qaz ala bilmədiyi vaxtda, bizim üçün qiymətləri keçən
ildəkinə nisbətən dörd dəfə qaldırdıqları vaxtda da Azərbaycan yenə
öz qazının bir hissəsini Gürcüstanla bölüşdü. Düşünürəm ki, belə
hallar istənilən xalqın yaddaşında qalır". Mixail Saakaşvili Heydər
Əliyevin xidmətlərinə də toxunub: "Bəzən sual verirlər: Heydər
Əliyev bu regionun tarixində hansı rolu oynayıb? Düşünürəm ki,
çox-çox mühüm rol oynayıb. Çünki 1990-cı illərin əvvəllərində o,
deyəndə ki, Azərbaycan dünya bazarlarına Gürcüstan vasitəsilə
çıxmalıdır, bu təklifin kommersiya baxımından üstünlüyü çox da
aşkar deyildi, sırf siyasi mənada isə bu, çox riskli idi. Lakin o, bu işi
axıra çatdırdı. Bu alternativ olmasaydı, indi regionumuzun
Avropaya verdiyi ümidlər də olmazdı. Real olaraq, regionumuzun
geosiyasəti məhz Heydər Əliyevin qərarından sonra dəyişdi. Eyni
zamanda, o, müasir Azərbaycan dövlətinin banisi, müasir
Azərbaycan millətinin atasıdır. Sıx birləşmiş Azərbaycan, dost
Azərbaycan, uğurlu Azərbaycan isə Gürcüstanın özünün daxilində
inteqrasiya və müvəffəqiyyətin, bizim ümumi gələcəyimizin
rəhnidir. Bu gün strateyi tərəfdaşlar olmaq həmişəlik strateyi
tərəfdaşlar olmaq deməkdir. Strateyi tərəfdaşlıq məhz uzun müddət
və həmişəlik tərəfdaşlıq deməkdir. Biz isə öz coğrafi mövqeyimizi
nəzərə alaraq, belə olmağa borcluyuq. Biz birlikdə olmalıyıq, yeni
dostlar tapmalıyıq. Bir dünyaya baxın: nə qədər parçalanma, nə
qədər münaqişələr, nə qədər çəkişmələr, nə qədər həll edilməmiş
problemlər var. Bizim xalqlarımız isə müdriklik göstərirlər. Mən
hələ rəhbərləri demirəm, xalqlarımız bütün bu baş verənlərə
qarışmamaq üçün müdriklik göstərirlər". Onun sözlərinə görə,
Gürcüstan azərbaycanlıları Gürcüstan cəmiyyətinə inteqrasiya
olurlar. Onlar gürcü dilini öyrənir, bu dildə danışırlar: "Kim birliyin
əleyhinədirsə, hamımızın əleyhinədir. Bax, burada, arxa tərəfdə
Azərbaycan məktəbi var, orada azərbaycanlı uşaqlar təhsil alırlar.
Onların simasında Gürcüstanın gələcək vətənpərvərləri yetişir. Bir
sözlə, bu, həqiqətən, hadisələrin sınağından çıxmış dostluq və
qardaşlıqdır. Çox müxtəlif vədlər, çox müxtəlif təkliflər olub,
aramızı vurmağa və bizi bir-birimizdən ayırmağa çalışmışlar.
Amma bütün bunlar baş tutmadı və baş tutmayacaq. Çünki biz
birlikdə partikulyar, şəxsi kateqoriyalarla deyil, - hərçənd, bizim
çox güclü şəxsi münasibətlərimiz var, - ilk növbədə, dövlət
kateqoriyaları ilə düşünürük. Biz Gürcüstanı, Azərbaycanı bu gün,
2007-ci ildə görürük, biz Gürcüstanı, Azərbaycanı 2017-ci ildə
görürük. Əminəm ki, yaxın illərdə də, yaxın onilliklərdə də bu iki
qardaş özünün daha yaxşı gələcəyini tapacaq və özlərinin birliyi ilə,
müdrikliyi ilə, uğurları ilə, nümunələri ilə dünya işlərində daha
mühüm rol oynayacaq".
|