28. Hekayət Tərki–dünya bir dərviş səhrada tənha bir guşədə oturmuşdu. Bir
padşahın yolu onun yanından düşdü. Qənaət mülkündə əyləşən dərviş
əsla ona etina etmədi. Böyüklər adətincö hökmdar bu etinasızlıqdan
hiddətlənib dedi:
–Bu cındır keyinən tayfa eynən heyvan kimi şeydir, nə ünsiyyət
bilir, nə insaniyyət.
Vəzir dərvişə yaxınlaşıb soruşdu:
–Ey qoca, dünya hökmdarı sənin yanından keçir, nə üçün baş
əyib nəzakət qaydalarını yerinə yetirmirsən?
Dərviş dedi:
–Hökmdara de ki, xidməti o adamdan umsun ki, onun şahdan bir
gözətləməsi olsun. Onu da bilməlisən ki, hökmdar rəiyyəti qorumaq
üçündür, nəinki rəiyyət əl bağlayıb, onun qabağında qurumaq üçün.
Şer
Padşah yoxsulun pasibanıdır,
Nə qədər olsa da güclü hökmran.
Qoyunlar çobanın malı deyildir,
Qoyuna baxmaqçın qoyulur çoban.
Şer
Birisi olmuşdur bu gün namdar
Başqası döyüşdə edir ahü zar.
Sən bir an səbr eylə ta ki, bu torpaq,
Udaraq onları etsin tar–mar.
O zaman fərqlər qalxar aradan,
Bilinməz kim quldur, kimdir hökmdar,
Kim açsa ölünün qəbrini bilməz,
Bu yatan fəqirdir, ya da bir kübar.
Hökmdar dərvişin doğru sözünü bəyənib dedi:
–Məndən bir şey tələb et!
Dedi:
–Ey hökmdar, səndən tələbim budur ki, bundan artıq mənə
63
əziyyət verməyəsən!
Hökmdar dedi:
–Mənə bir nəsihət ver! Dedi:
Şer
Qədrini bil əldə var ikən nemət.
Ki, əl–əl dolanır bu mal, bu dövlət