Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»


Sual 22. Azərbaycan Regional ve beynəlxalq neft və qaz nəqiliyyat



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   21   22   23   24   25   26   27   28   ...   33
Azərbaycan İqtisadiyyatı

Sual 22. Azərbaycan Regional ve beynəlxalq neft və qaz nəqiliyyat 

proyektlərində  iştirakı: 

Boru xəttləri də iqtisadi cəhətdən əhəmiyyət kəsb edir. Enerji qaynaqlarının 

faydalı istifadəsində ən əsas problemlərdən biri, qaynaqların dünya bazarına 

çıxarılması üçün lazımi nəqliyyat xəttərinin yaradılmasıdır. Rusiya xaricində 

nəqliyyat xəttlərinə sahib olunması iqtisadi cəhətdən atılmış ən əsas addım oldu 

Azərbaycan nefti Dağıstan, Gürcüstan, İran kimi xarici ölkələrə 1880-ci ilə 

qədər qatarla yük formasında, Xəzər dənizində isə gəmilərlə nəql olunurdu. 

Daha sonra isə Bakı nefti Rusiya, Gürcüstan və digər ölkələrə, o cümlədən, 

Qroznudan 720 km uzunluğunda olan boru xəttləri ilə nəql edilməyə başlan- 

dı191. Bu xəttlər Bakı-Novorossiysk və Bakı–Supsa xəttləri idi. Xəzər neftinin 

kəşf edilməsi və Azərbaycanın yenidən müstəqilliyindən sonra Bakı–Tbilisi– 

Ceyhan aktuallaşdı. Azərbaycan neftinin dünyanın müzakirə obyektinə 

çevrildiyi günlərdə, nef- tin nəqli üçün 7-8 kəmərin gündəmə gəlməsinə 

baxmayaraq, Azərbaycan neftini çıxartmaq məqsədiylə qurulan Azərbaycan 

Beynəlxalq Neft Konsersiyumu (AIOC)'nun hazırladığı hesabatda kəmər sayısı 

Bakı-Novorossiysk, Bakı-Supsa ve Bakı-Tiflis-Ceyhan olarak 3-ə endirildi. 



Bakı- Novorossiysk Neft Boru Xətti 

İstehsal olunan ilkin neftin hansı kəmərlə daşınacağının müzakirə edildiyi 

vaxtlarda Rusiya Bakı-Novorossiysk limanı arasında artıq bir boru xəttinin 

olduğunu və bu boru xəttinin həm ucuz, həm də sürətli həyata keçirilə biləcək 




 

65 


 

tək yol oduğunu irəli sürdü. Rusiya bununla da kifayətlənməyib, boru xəttinin 

Çeçenistan torpaqlarından da keçəcəyinə görə, Çeçenistanla razılığa gəldi. Daha 

sonra Azərbaycan Rusiya və Çeçenistan arasında Bakı-Qroznu-Tixorotesk- 

Novorossiysk boru xəttiylə əlaqədar olaraq müqavilə imzalandı. AİOC və 

Rusiyanın Transneft şirkəti arasında 1996-cı il 16 yanvarda imzalanan müqavilə 

ilə Bakı-Qroznu-Novorossiysk xətti ilə neftin ilkin ixracına qərar verildi. 1997-

ci ilin noyabr ayından etibarən neft bu xəttdən ixrac edilir. Boru xətti ilə 

Bakıdan Rusiyanın Novorossiysk limanına ötürülən nefti, buradan tanker- lərlə 

dünya bazarlarına daşıyan tankerlərin ilki 1997-ci il 12 dekabr tarixində İstanbul 

boğazından keçmişdir. Bakı-Novorossiysk neft boru xətti ilə ildə 2.5 milyon ton 

Azərbaycan nefti ixrac edilir. SOCAR ixrac edilən neftin hər tonu üçün 

Rusiyaya 15.67 dollar ödəyir. Bu miqdar Bakı-Supsa boru xətti ilə ixrac edilən 

neftin hər tonu üçün ödənilən miqdardan yüksəkdir. 



Bakı-Supsa Neft Boru xətti 

Bakı-Novorossiysk xətti ilə bərabər 1995-ci il oktybar ayının 9-da Bakıda 

istehsal edilən neftin beynəlxalq bazaralarda satılması üçün qərarlaşdırılan digər 

terminal isə, Bakıdan Gürcüstanın Supsa limanına qədər uzanan Qərb boru 

xəttidir. Əliyev və Şevernadzenin iştirakı ilə 1996-cı il 8 mart tarixində Tbilisidə  

F. Ş. Əliyev, Azərbaycan Respulikasının Yeraltı Suları və Ehtiyatlarından 

İstifadə və Geoloji Problemləri , ilkin neftin Azərbaycandan Gürcüstana nəqlini 

qərarlaşdıran müqavilə AİOC, Gürcüstan höküməti və SOCAR arasında 

imzalandı. Müqavilədə ilk olaraq Azəri, Çıraq və Günəşli yataqalarından 

çıxarılan neftin beynəlxalq bazarlara nəqli planlanmışdır.Çeçenistan problemi 

Bakı-Novorossiysk kəmərini təhlükəyə saldığından Bakı-Supsa boru xətti inşa 

edildi. Bu xətt planlaşdırıldığı kimi 1999-cu ildə inşa edilərək fəaliyyətə 

başlamışdır. Fəaliyyətə başladığı tarixdən etibarən neftin ixrac edilməyə 

başlandığı xətt- dən 2004-cü ildən bəri 6.3 milyon ton neft ixrac edilmişdir. 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin