Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə1/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
  1   2   3   4   5   6   7   8   9   ...   33
Azərbaycan İqtisadiyyatı



 

 



Sual 1. Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. 

Azərbaycan iqtisadiyyatmm «keçid dövründə» iqtisadi islahatlar, onların 

zəruriliyi və reallaşmasının xüsusiyyətləri mövzunun öyrənilməsində təsnif 

edilərək aşağıdakı kimi qruplaşdırdmaqdadır: 

• XX əsrdə Azərbaycan xalqmm taleyinə iki dəfə keçid dövrünü yaşamaq qismət 

olmuşdur. Bunlardan biri kapitalizmdən sosializmə (1920-1937-ci illər), digəri 

isə sosialist 'sistemi dağıldıqdan sonra (1991-ci il) sosializmdən kapitalizmə olan 

keçid dövrüdür. Hər iki inkişaf mərhələsi çoxlu çətinliklərlə və mürəkkəb 

proseslərlə zəngindir. Bunlar keçid dövrünün xarakterindən və qarşıya qoyduğu 

məqsəddən irəli gəlir. Azərbaycan xalqı çox çətin olan keçid dövründə digər 

keçid iqtisadiyyatlı dövlətlərə nisbətən çoxlu və ağlagəlməz problemlərlə 

qarşılaşmışdır. Bu bir tərəfdən marksist-leninçi iqtisadi təliminin qeyri-elmiliyi, 

digər tərəfdən rus şovinizminin erməni xəyanəti və nankor- luğu birləşərək 

Azərbaycam Qafqazda bir dövlət kimi yox etmək niyyətinin olması ilə 

əlaqədardır. 

•Hər iki keçid dövrünün ümumi və fərqli cəhətləri vardır. Bıma hər şeydən əvvəl 

mülkiyyət münasibətlərinin formalaşması nöqteyi-nəzərindən baxmaq lazımdu. 

Çünki mülkiyyət münasibətləri iqtisadi münasibətlərin əsasmda dayanır və 

iqtisadi sistemin və iqtisadi münasibətlərin dəyişməsi deməkdir. Hər iki keçid 

dövrünün ümumi cəhətləri ilə yanaşı fəırqli tərəfləri də vardır. Fərqli cəhətlərdən 

biri odur ki, birinci keçid dövründə mülkiyyət dəyişikliyi asan və qısa müddətdə 

başa çatdığı halda ikinci keçid dövründə bu dəyişiklü; çətin olmaqla bərabər 

uzun müddətli prosesdir və onun vaxtım müəyyən etmək olmaz. Daxili və xarici 

şəraitdən, millətin mənəvi saflığmdan, dövlətin rəhbərinin istedadmdan asılı 

olaraq bu dövr uzım və ya nisbətən qısa ola bilər. Məsələn, Azərbaycanm zorla 

Ermənistan Uə müharibəyə cəlb edilməsi və kommunistlərin yaratdığı Qarabağ 

problemi Azərbaycanda keçid dövrünün vəzifələrini uğurla yerinə yetirməkdə ən 

böyük maneələrdən biridir. 

• Azərbaycanm ikinci keçid dövrü birinci keçid dövründən perspektivliyi 

baxımmdan da fərqlidir. Birincisi, ona görə ki, əgər birinci keçid dövrü 

mütərəqqi iqtisadi sistemdən mürtəce iqtisadi sistemə keçməyi qarşısma məqsəd 

qoymuşdursa, ikinci keçid dövründə inzibati-amirlik sistemindən daha 

mütərəqqi olan bazar iqtisadi sisteminə keçməyi Azərbaycan dövləti strateji 

məqsəd kimi qəbul etmişdir. İkincisi, əgər Azərbaycan birinci keçid dövründə 

sabiq SSRİ-nin müstəmləkəsi idisə, ikinci keçid dövründə müstəqil dövlət kimi 



 

 



istehsalm strukturunun qurulması və məhsuldar qüvvələrin səmərəli 

yerləşdirilməsmi Azərbaycanm milli mənafeyinə uyğun həyata keçirməyə imkan 

tapnuşdır. Üçüncüsü, əgər birinci keçid dövründə marksist- leninçi iqtisadi 

təlimi ilə silahlanmış bolşeviklər və kommunistlər sahibkarları, ziyalıları məhv 

etmək, iqtisadi fəaliyyət azadlığım onların əllərindən almaq yolunu seçərək qısa 

müddətdə kapitalizmdən sosializmə keçməyi» qarşılarına məqsəd 

qoymuşdularsa ikinci keçid dövründə Azərbaycan dövləti iqtisadi fəaliyyət 

azadlığına şərait yaradıb, bazar iqtisadi sisteminm inkişafmı təmin edən 

qanunlar qəbul edib və onun həyata keçirilməsinə məhdudiyyət qoyulmayıb və 

təkamül mkişaf yolu ilə bazar iqtisadi sisteminin formalaşdırılmasma əlverişli 

şərait yaradılıb. 

•Azərbaycanda birinci keçid dövrü ilə ikinci keçid dövrünün bir fərqli xüsusiyy 

əti də ondan ibarətdir ki, birincinin perspektivinin olmadığı gözlənildiyi halda 

ikinci keçid dövrünün gələcəyinin yaxşı olması gözləniləndir və daha 

ümidvericidir. Bu cümləni ona görə ehtiyatla yazırıq ki, hər bir dövlətin sağlam 

milli iqtisadiyyatmm formalaşması və inkişafı onun öz əlindədir. Bunun üçün 

Azərbaycanm hər cür şəraiti vardır. Çünki o həm müstəqil dövlətdir, həm də 

iqtisadiyyatın inkişafına əngəllər törədən sovet iqtisadi sistemindən xilas 

olmuşdur. Təəssüf ki, bunu Azərbaycan vətəndaşlarınm hamısı düzgün 

qiymətləndirmir. 

•Sosializmin sovet modeli sistemində yaşayan bütün xalqlar və millətlər, o 

cümlədən Azərbaycan xalqı öz təcrübəsində gördü ki, bazar iqtisadi sistemi 

inzibati-amirlik sistemindən daha mütərəqqi quruluşdu. Ona görə də sabiq SSRİ 

süqut etdikdən sonra Azərbaycan dövləti sosializm adlanan inzibati-amirlik 

sistemindən bazar iqtisadi sistemə keçməyi öz qarşısına əsas məqsəd 

qoymuşdur. 

•Bazar iqtisadiyyatma keçid dövründə Azərbaycan dövləti bazar iqtisadi 

sistemini formalaşdırmaq və inkişaf etdirmək üçün azaci salıibkarlığm inkişafına 

lazım olan şəraiti yaratmışdır. Ona görə ki, azad sahibkarlıq bazar iqtisadi 

sisteminin əsasmı təşkil edir. Azad sahibkarlıq isə iqtisadi azadlığa əsaslanır. 

İqtisadi cəhətdən azad olmaq üçün aşağıdakı şərtlər lazımdır. 

•İqtisadi fəaliyyətlə məşğul olmaq istəyənlər və cəmiyyətin qalan üzvləri şəxsən 

azad olmalıdır ki, onlar istədikləri kimi fəaliyyət göstərə bilsinlər. 

•İqtisadi azadlığı təmin edən hüquqi aktlar, qanunlar olmalıdır. 




 

 



•İqtisadi fəaliyyətlə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər istehsalm 

maddi amilinin (istehsal vasitələrinin) sahibi, mülkiyyətçisi və tələb olunan 

miqdarda pul sərvətinə malik olmahdır. Bu isə öz başlanğıcım ilkin kapital 

yığımı prosesindən götürüb. 

•Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yuxarıda göstərilən üç şərtin 

birinci və ikincisinin təmin edilməsi Azərbaycan dövləti üçün elə bir çətinlik 

törətməmiş və qısa müddətdə onlara nail olunmuşdur. Belə ki, dövlət sistem 

dağılan kimi Azərbaycan özünün müstəqilliyini və Azərbaycanm sovet iqtisadi 

sistemindən bazar iqtisadi sisteminə keçməyi strateji məqsədi olduğunu bəyan 

etdi. Bımunla da Azərbaycanda söz, mətbuat və başqa sahələrdə azadlıqla 

bərabər iqtisadi fəaliyyət azadhğı üçün də əlverişli şərait yaradıldı. 

•Keçid dövrünün başlanğıcında azad sahibkarlığm hüquqi əsaslarınm 

yaradılması da nisbətən qısa müddətdə və heç bir müqavimətə rast gəlmədən öz 

həllini tapmışdır. Məsələn, 1992-ci ildə «Sahibkarlıq fəaliyyəti haqqmda» 

Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra irəliyə gedərək 

sahibkarlığın inkişafına yol açan Azərbaycan Konstitusiyası qəbul olundu. 

Azərbaycan Respublikasmda 1995-ci ildə dövlət mülkiyyətinin 

özəlləşdirilməsinin Dövlət Proqramı qəbul edildi və sonra bu proqrama qanun 

statusu verildi, «Aqrar islahatın əsasları haqqında» və «Sovxoz və kolxozlarm 

islahata haqqında», «Torpaq islahata haqqında» Azərbaycan Respublikasının 

qanunları qəbul edildi. Bunlarla yanaşı, sahibkarlığın inkişafına kömək 

məqsədilə Azərbaycan prezidentinin bir neçə fərmanı olmuş və onun təşəbbüsü 

ilə 1994-cü ilin sentyabr aymda Bakıda «Sahibkarlıq strategiyası və iqtisadi 

yenidənqurma» mövzusunda beynəlxalq konfrans keçirilmiş, 1995-ci ildə 

Londonda Adam Smit İnstitutimda konfrans və Bakıda Azərbaycan-Türkiyə 

iqtisadi əlaqələrinə həsr olunmuş beynəlxalq konfrans, sahibkarlarla görüş və s. 

bu kimi çoxsaylı tədbirlər Azərbaycanda sahibkarhq fəaliyyətinin formalaşması 

və inkişafında böyük rol oynamış və oynayacaqdır. Sonrakı illərdə də bu sahədə 

çoxlu qanunlar, fərmanlar və başqa hüquqi sənədlər qəbul edilmiş və sahibkarlıq 

fəaliyyətinin genişlənməsi üçün zəruri olan hüquqi baza yaradılmışdır. 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin