Sual 3. Azərbaycan milli iqtisadiyyatının formalaşması və inkişafı.
Hər bir xalqın, müstəqil dövlətin mövcudluğunun maddi əsası, onun
iqtisadiyyatıdır. Bu mənada iqtisadi sistem kimi Azərbaycan İqtisadiyyatını və
bu iqtisadiyatı bir elm olaraq öyrənən “Azərbaycan iqtisadiyyatı”-ndan
fərqləndirmək lazımdır, onlar bir-birindən fərqli olan anlayışlardır və onları
eyniləşdirmək olmaz. I halda söhbət insanların əsas fəaliyyət sahəsindən gedirsə,
II halda elmin xüsusi saəsindən, konkret tədris fənnindən gedir. I mənada,
Azərbaycan iqtisadiyyatı təsərrüfat sahələrinin vəhdət halında birləşdirən,
özünün milli ənənələri və xüsusiyyətləri ilə fərqlənən, kifayət qədər təbii
sərvətləri və məhsuldar qüvvələrə malik, ictimai təşkiliu forması və idarəetmə
mexanizmi ilə səciyyəvi olan bir iqtisadiyyatdır, iqtisadi bir sistemdir. Bu
sistemdə məhsuldar qüvvələr (maddi-texniki və subyektiv amil) iqtisadiyyatın
məzmununu, istehsal münasibətləri onların ictimai təşkili formasını, idarəetmə
mexanizmini isə onu hərəkətə gətirən və tənzimləyən tərəfini təşkil edir.
Bütövlükdə götürülən iqtisadi sistem Azərbaycanın milli iqtisadiyyatıdır ki,
milli ictimai məhsulun istehsalı, bölgüsü, mübadiləsi və istehlakı onun
sayəsində baş verir. Azərbaycan iqtisadiyyatı: 1) iş qabiliyyətli əhalini işlə təmin
edir; 2) xalqın sərvətinin yaradılması və artırılması burada baş verir; 3) əməyin
ictimai təşkili və insanlararası iqtisadi münasibətlər burada formalaşır; 4) elmin,
səhiyyənin, incəsənətin, idmanın inkişafı üçün zəruri olan maddi şəraiti yaradır;
5) ölkənin müdafiə qabiliyyətini artırır, maddi-texniki bazasını
möhməkləndirməyin etibarlı dayağı olur. ən başlıcası da odur ki, Azərbaycan
Respublikasının müstəqil dövlət kimi mövcud olub yaşamasının və dünya
dövlətləri cərgəsinə qoşulub fəaliyyət göstərməsinin iqtisadi əsasını da onun
milli iqtisadiyyatı təşkil edir. Bütün bunlara görə bir elm kimi “Azərbaycan
iqtisadiyyatı” bütövlikdə götürülən milli iqtisadiyyatımızı özünün tədqiqat
obyekti kimi seçib öyrənir. Bununla belə, Azərbaycanın bütövlükdə götürülən
iqtisadiyyatı konkret fəaliyyət sahələrinə ayrılır və nisbi müstəqil sahələr kimi
fəaliyyət göstərir ki, onların hər birini müstəqil öyrənən bir elm vardır.
“Azərbaycan iqtisadiyyatı” isə ictimai sosial bir elmdir, o da öz predmetini
Azərbaycanın iqtisadi həyatından götürüb tədqiq edir və bir çox funksiyaları
yerinə yetirir. Beynəlxalq iqtisadi inteqrasiya dövlətlər arasında istehsal
amillərinin və malların sərbəst hərəkətini nəzərdə tutur. İqtisadi inteqrasiyaya
8
uğrayan Azərbaycan Respublikası siyasi cəhətdən müstəqil olmaqla iqtisadi
cəhətdən qarşılıqlı asılı vəziyyətdə olur. Azərbaycan Respublikasının regional
iqtisadi birləşmələrini nəzərdən keçirdikdə məlum olur ki, coğrafi mövqe
mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan Respublikasının xarici
iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli
xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da ictimai həyatın bütün
sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır. Müstəqilliyi bərpa etdikdən
sonra (1991-ci ilin oktyabr ayının 18-də) ölkənin ilk əməkdaşlıq münasibətləri
əldə etdiyi beynəlxalq iqtisadi təşkilatları aşağıdakı kimi təsnifləşdirmək olar:
1. İslam Konfransı Təşkilatı (İKT) – 8 dekabr 1991-ci il;
2. İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) – fevral 1992-ci il;
3. Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
– 1992 - ci il;
4. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) – 1993-cü il;
5. Ümumdünya Ticarət Təşkilatı (keçmiş QATT) müşahidəçi statusunda – 1993-
cü il;
6. Müstəqil Dövlətlər Birliyi (MDB) – 1993-cü il;
7. Avropa Şurası – 25 yanvar 2001-ci il.
Dostları ilə paylaş: |