Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»


Sual 9. Azərbaycan sənaye strukturu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   5   6   7   8   9   10   11   12   ...   33
Azərbaycan İqtisadiyyatı

 

Sual 9. Azərbaycan sənaye strukturu. 

Sənaye maddi istehsal sferasının və ümumiyyətlə iqtisadiyyatın vacib və 

əhəmiyyətli sahələrindən biri olmaqla hər bir ölkənin ümumi inkişafında, onun 

milli iqtisadiyyatının formalaşmasında əsaslı yer tutur. O, ölkənin strateji 

məqsədlərinin həyata keçirilməsində digər sahələrə nisbətən daha böyük 

potensial imkanlara malikdir. Ölkənin dünya iqtisadiyyatına inteqrasiyası, dünya 

bazarlarına çıxarılması əsasən sənaye məhsullarının istehsalı hesabına həyata 

keçirilə bilər. Buna əyani sübut kimi son illərdə özlərinin güclü sənaye istehsalı 

malları vasitəsilə dünya bazarlarını ələ almış ABŞ, Almaniya, Yaponiya, Çin, 

Cənubi Koreya və digər ölkələri nümunə gətirmək olar. əksər İEÖ-in 

iqtisadiyyatında ÜDM həcmində sənaye məhsullarının xüsusi çəkisi əsasən 25-

30% və daha çox olur. Məsələn, Dünya Bankının hesabatlarına görə son illərdə 

ÜDM-da sənaye məhsulunun payı ABŞ-da 26%, Yaponiyada 37%, Türkiyədə 

26%, Hindistanda 25% olmuşdur. Həyata keçiriləçək islahatlar çərçivəsində 

qeyri-neft sektorunda ən böyük potensiala malik olan aqrar sahəyə dövlət 

dəstəyinin daha da artırılması, o cümlədən, “Aqrolizinq” səhmdar cəmiyyətinin 

fəaliyyətinin daha yeni mexanizmlərlə təkmilləşdirilməsi, yeni yardım 

üsullarının tətbiqi nəzərdə tutulur. Sahibkarlığın dəstəklənməsi sahəsində 

güzəştli kreditlərin verilməsi ilə bərabər, xüsusi zonaların, sənaye şəhərciyinin

biznes-inkubatorlarının, yeni biznes-tədris mərkəzlərinin yaradılması 

istiqamətində real addımlar atılmalıdır. Bu zaman Azərbaycandan dünya 

bazarına rəqabətqabiliyyətli malların çıxarılmasını təmin etmək üçün müqayisəli 

üstün sahələrin inkişafına xüsusi diqqət yetirilməli, maliyyə imkanlarının 

artması üçün dövlət bu proseslərdə daha fəal iştirak etməlidir. Beləliklə hazırda 

əsas vəzifə milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və dünya 

təsərrüfat sisteminə səmərəli inteqrasiyası, qeyri-neft sektorunun inkişafının 

sürətləndirilməsi əsasında uzunmüddətli perspektivdə ölkədə davamlı inkişafı 

təmin etməkdir. Dünya təsərrüfatında sənaye kompleksi öz tərkibində 3 qrupda 

sənaye sahələrini cəmləşdirir: I qrup - hasilat sənayesi sahəsi; II qrup - emal 

sənayesi sahəsi; III qrup - digər sənaye sahələri. Bu gün sənaye sahəsi maddi 

istehsalın əsas sahələrindən biridir. Hər bir ölkənin ümumi inkişaf səviyyəsi, ilk 

növbədə, onun sənayeləşməsi ilə ölçülür. Təsadüfi deyildir ki, sənayeni iqtisadi 

inkişafın mühərriki hesab edirlər. Hazırda dünya ÜDM-da sənayenin xüsusi 



 

22 


 

çəkisi təxminən 30%-dən artıqdır. Sənaye sahələrində 500 milyon nəfərdən çox 

işçi çalışır, dünya ticarətinin isə təxminən 80-90% sənaye məhsullarının payına 

düşür. Hasilat sənayesinin özü də bir çox sahə və yarımsahələrdən ibarətdir. 

Məsələn: 

- dağ-mədən sənayesi (metal filizi, boksit və digər faydalı qazıntılar); 

- yanacaq-enerji məhsullarının hasilatı ( neft və qaz, daş kömür, torf və s.). 

Hasilat sənayesində daha böyük xüsusi çəkiyə neft-qaz hasilatı malikdir. Emal 

sənayesi daha mürəkkəb bir kompleks olub özündə 30-dan artıq sahə və 

yarımsahələri birləşdirir. Burada da sahələri uyğun qruplara ayırırlar. Məsələn: 

- maşınqayırma və metallurgiya; 

- konstruksiya materialları və kimyəvi məhsullar istehsalı; 

- yüngül sənaye; 

- yeyinti sənayesi. 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin