Sual 11. Azərbaycan maliyyə-kredit münasibətləri və onun heyata
keçirilməsində bankaların rolu.
Dövlətin pul tədavülü sahəsində həyata keçirdiyi tədbirlər kompleksi pul-kredit
siyasəti adlanır. Ölkədə müstəqil valyuta və pul-kredit siyasətinin
formalaşmasında «Azərbaycan Respublikası milli valyutasının tətbiqi haqqında»
12 iyul 1992-ci il tarixli Fərman, 1992-ci ilin avqust ayında qəbul olunmuş
«Milli Bank haqqında», «Banklar və bank fəaliyyəti haqqında» qanunlar mühüm
rol oynamışdır. Prezident Fərmanı ilə 1992-ci il avqustun 15-dən Azərbaycan
Respublikasının milli valyutası (manat) dövriyyəyə buraxılmış və 1 manat 10
rubl nisbəti ilə onun rublla yanaşı ödəniş vasitəsi kimi istifadəsinə icazə
verilmişdir. 1993-cü ilin dekabr ayında imzalanmış Prezident Heydər Əliyevin
Fərmanı ilə manat 1994-cü il yanvarın 1-dən Azərbaycan Respublikası
ərazisində yeganə ödəniş vasitəsi funksiyasını yerinə yetirməyə başlamışdır.
Azərbaycan Respublikası Prezidentinin «Əhalinin sosial müdafiəsinin
gücləndirilməsi və iqtisadiyyatda maliyyə vəziyyətinin sabitləşdirilməsi
tədbirləri haqqında» 15 iyun 1994-cü il tarixli fərmanı və Azərbaycan
Respublikası Milli Məclisinin 28 iyun 1994-cü il tarixində qəbul etdiyi «1994-cü
il üçün pul-kredit siyasətinin başlıca istiqamətləri haqqında» qərarı proqram
sənədləri olaraq pul-kredit siyasətinin uzun bir dövr üçün yeni mərhələsinin
başlanğıcını qoydular. Yeni pul-kredit siyasətinin əsas mahiyyətini kredit
siyasətini sərtləşdirmək, əsassız və ucuz pul-kredit emissiyasının qarşısını
almaq, nəticə etibarilə pul kütləsinə nəzarəti gücləndirmək, maliyyə sabitliyinin
əsas göstəricisi olan inflyasiya tempinin minimuma endirilməsinə və
Azərbaycanın milli valyutası olan manatın xarici dönərli valyutalara nisbətən
məzənnəsinin möhkəmlənməsinə nail olmaq təşkil etmişdir. 1998-ci ildən sonra
respublikada həyata keçirilən pul-kredit siyasətinin əsas məqsədi davamlı
maliyyə sabitliyinə və bank sisteminin inkişafına nail olmaq, milli valyutanın
məzənnəsini çevik tənzimləməklə onun sabitliyini qorumaq, beynəlxalq
normalara uyğun xarici valyuta ehtiyatları yaratmaq və bu əsasda respublikada
hökumət tərəfindən ümumi daxili məhsulun artımının davamlı xarakter
almasına, iqtisadiyyatda struktur dəyişikliklərinə nail olunmasına yönəlmiş
genişmiqyaslı iqtisadi islahatların uğurlu aparılmasına daha əlverişli ümumi
iqtisadi şərait yaratmaqdan ibarət olmuşdur. Milli Bank qeyri-neft sektoruna da
kreditlər verməyə başladı. 90-cı illərin ikinci yarısında pul-kredit siyasətinin
başlıca məqsədi əldə olunmuş maliyyə sabitliyini qorumaq olmuşdursa, 1999-cu
ildən sonra deflyasiyanın qarşısını almaq kimi məqsəd ön plana çəkilmişdir. Bu
zaman maliyyə sabitliyinə xəta yetirmədən pul kütləsini artırmaq və bunun üçün
25
pul parametrlərini lazımi həddə çatdırmaq nəzərdə tutulmuşdur. Deflyasiya
problemi həll olunduqdan sonra, Milli Bank pul-kredit siyasətində yeni
strategiyalar izləməyə başladı.
Kredit münasibətləri.
Maliyyə bazarının əsas funksiyası istifadəsiz olan pul ehtiyatlarının borc
kapitalına çevrilməsini təmin etməkdir. Maliyyə bazarını iki yerə bölmək olar:
birincisi bank kreditləri bazarı, ikincisi qiymətli kağızlar bazarı. Kredit — (lat.
creditum) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə
(müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti
ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik,
qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla
satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin
qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Bu
anlayışa Bank fəaliyyəti ilə əlaqədar birbaşa və ya dolayı yol ilə Bank tərəfindən
nağd pul şəklində verilən ssudalar, yaxud Bank tərəfindən üzərinə götürülən
öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən
və gözlənilməyən öhdəliklər aiddir. Bank krediti – bank tərəfindən borcalanla
bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin
uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə,
təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Kredit
sistemi dedikdə, kredit-hesablaşma münasibətlərinin, kreditləşmənin forma və
metodlarının və kredit-maliyyə institutlarının məcmusu başa düşülür. Kredit
sisteminin 2 forması mövcuddur. Funksional forma - kredit münasibətlərinin
məcmusu, kreditləşmənin forma və metodları başa düşülür. İnstitsional forma -
maliyyə-kredit təşkilatlarının məcmusu, sərbəst pul vəsaitlərini bir yerdə
cəmləşdirən və onları borc verən kredit sistemi başa düşülür. Funksional
formadan yanaşdıqda kredit sistemi bank, istehlak, kommersiya, dövlət,
beynəlxalq kreditlə meydana çıxır. Kredit sisteminin institsional strukturunun
aparıcı istiqaməti banklardır. Tarixən kredit sisteminin əsası kimi banklar çıxış
edirdi. Kredit sistemi o zaman bütöv və obyektiv olar ki, o , aşağıdakı 3 elementi
özündə əks etdirsin: 1.Kredit münasibətləri sistemini; 2.Kredit idarələri
sistemini; 3.Kreditləşmə sistemini.
Müasir kredit sistemi 2 əsas anlayışı özündə birləşdirir: 1.Kreditləşmənin
müəyyən formaları və metodları üzərində bazalaşan hesablama-kredit və ödəniş
26
münasibətlərinin məcmusu; 2.Fəaliyyət göstərən maliyyə-kredit institutlarının
məcmusu.
Bank sisteminə malik istənilən ölkənin pul-kredit sistemlərinin əsasını Mərkəzi
banklar təşkil edir. Mərkəzi bank ikipilləli bank sisteminin ilk pilləsində mövqe
tutur. Mərkəzi bank ilk növbədə dövlətlə iqtisadiyyat arasında vasitəçidir və
vasitəçi kimi qanunvericiliklə təsdiqlənmiş qanunlar vasitəsilə pul və kredit
axınını tənzimləyən bir təşkilatdır. Kredit sisteminə daxil olan 2-ci qurum
kommersiya banklarıdır. Kommersiya bankları –bank qanunvericiliyinin imkan
verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Kredit sistemində mövcud olan
digər bir qurum isə holdinqlərdir.
Kreditin əsas prinsipləri: 1.Təcililik; 2.Əvəzlilik; 3.Qaytarılma.
Müasir dövrdə kreditin aşağıdakı formaları var.
1.Dövlət krediti – zamanı borc verən və ya kreditor rolunda dövlətin özü çıxış
edir.
2. Kommersiya krediti – bir sahibkar tərəfindən digərinə əmtəələr formasında
verilən kreditdir.
3. Veksel krediti – banklar tərəfindən veksel sahiblərinə və təhcizatçılar
tərəfindən alıcılara verilən kredit növüdür.
4. İstehlak krediti – əhaliyə istehlak mallarının alınması və məişət xidmətlərinin
ödənilməsi üçün verilən kreditdir.
5. İpoteka krediti – əmlakın girov qoyulması əsasında verilən kreditdir.
6. Kommunal krediti – kommunal təsərüfatın və mənzil tikintisinin ehtiyacları
üçün verilən kreditdir.
7. Kənd təsərüfatı krediti – kənd təsərüfatının inkişafı üçün nəzərdə tutulmuş
kredit növüdür.
8. Beynəlxalq kredit – borc kapitalının ölkələr arasında hərəkəti və fəaliyyətidir.
Azərbaycanda kredit sistemi Milli Bank və kredit təşkilatlarından ibarətdir. Bu
sistemin ən mühüm tərkib hissəsi Milli Bankdır. Kredit təşkilatlarına isə banklar
və qeyri-bank kredit təşkilatları aiddir.
Bank sistemi. Bank sistemi - Azərbaycan maliyyə sisteminin mühüm elementi
sayılır. Bank – qiymətli kağızlar ilə alver edən və kreditorlarla borc alanlar
27
arasında vasitəçilik edən müəssisədir. Azərbaycan Bank sisteminin ilkin inkişafı
XİX əsrin ikinci yarısından başlamışdır. Lakin Azərbaycan Respublikasının
bank sisteminin institusional və hüquqi quruculuğu 1991-ci ildə dövlət
müstəqilliyinin əldə edilməsindən sonra başlamışdır. 1992-ci ildə “Azərbaycan
Respublikasının Milli bankı” və “Azərbaycan Respublikasında banklar və bank
fəaliyyəti haqqında” qanunların qəbul olunması ilə bank sisteminin hüquqi-
normativ bazasının əsası qoyulmuşdur. Müstəqil Azərbaycan Respublikası bank
sisteminin yaradılması və inkişafının birinci mərhələsi bank bazarına
daxilolmanın liberal şərtləri ilə müşaiyət olunmuşdur. Azərbaycan Respublikası
prezidentinin 10 yanvar 1992-ci il tarixli fərmanına əsasən keçmiş SSRI Xarici
Əlaqələr Bankı Azərbaycan Respublikası Kontoru bazası əsasında Azərbaycan
Beynəlxalq Bankı yaradıldı. Bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə
olduğu kimi Azərbaycanda da kommersiya bankları ikipilləli bank sisteminin
ikinci pilləsini təşkil edir. Müstəqil kommersiya banklarından 4-ü əsasən dövlət
mülkiyyətinə əsaslanırdı. Onların nizamnamə kapitalının 51 %-i, yaxud nəzarət
paketi dövlətə məxsus idi. Bunlara aşağıdakılar aiddir:
1. Azərbaycan Respublikası Aqrar Sənaye Səhmdar Kommersiya Bankı.
2. Azərbaycan Respublikası Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankı.
3. Azərbaycan Respublikası Əmanət Kommersiya Bankı.
4. Azərbaycan Respublikası Beynəlxalq Səhmdar Kommersiya Bankı.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli fərmanı ilə
keçmiş SSRI Dövlət Banki. Sənaye-Tikinti bankı və Aqrar-sənaye bankı
Azərbaycan Respublikası kontorları bazası əsasında Azərbaycan Milli Bankı və
keçmiş SSRI Əmanət Bankı Azərbaycan Repsublikasının kontoru bazası
əsasında isə Azərbaycanın Əmanət bankı təşkil edildi. 1992-ci ilin fevral
ayından avqust ayına qədər sənaye-tikinti Bankının və Aqrar-sənaye bankinın
müəssisə və şöbələri bilavasitə Azərbaycan Milli Bankının tabeçiliyinə
verilmişdir. Respublikamız müstəqillik əldə etməklə bazar əsasında inkişaf edən
ölkələrin təcrübəsinə uyğun olaraq Milli bazar yaradıldı. Bu dövrdə bankların
strukturları deyil, kredit münasibətlərində də dəyişiklik edildi. Beləliklə,
ikipilləli bank sistemi formalalaşmış oldu. Birinci pillədə Miili Bank, ikinci
pillədə kommersiya bankları dururdu. Bundan sonra Aqrar-Sənaye Bankı və
Sənaye - investisiya Bankı Miili bankın tərkibindən çıxarılaraq, Birləşmiş
Universal Səhmdar kommersiya bankına çevrildi. Azərbaycan Respublikasının
28
Əmanət Bankı və Beynəlxalq Bankı Azərbaycan Miili Məclisinin müvafiq
qərarına əsasən respublika səhmdar kommersiya bankları kimi fəaliyyət
göstərməyə başladılar. Daha sonra 1993-cü ildə Azərbaycan Respublikasının
aqrar-sənaye bankının, sənaye investisiya bankının, Əmanət bankının və
Beynəlxalq Bankın tamamilə səhmdar komersiya banklarına çevrilməsi prosesi
başa çatdırıldı. Həmin bankların nəzarət səhm paketi Maliyyə Nazirliyinin
timsalinda Azərbaycan hökumətinə məxsus idi. Səhmlərin qalan 49%-i isə
müxtəlif hüquqi və fiziki şəxslər arasında bölüşdürülərək təşkil olundu.
Azərbaycanda mərkəzi banka dair qanunla Miili Bank dünyanın müstəqil
bankları kimi fəaliyyətə başladi. Bu qanunlar qəbul edildikdən sonra Milli
Bankin ilk sədri təyin ediidi. Bank sisteminin müstəqilliyi ilə yaranan imkana
uyğun olaraq respublikamizin Milli valyutası olan «manat» dövriyyəyə buraxıldı
(1992) və Milli Bankda onun dəyərinin qorunması üçün tədbirlər həyata
keçirilməyə başlandı.
Dostları ilə paylaş: |