Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»


Sual 10. Azərbaycanda infrastruktur sahələrinin inkişafı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   6   7   8   9   10   11   12   13   ...   33
Azərbaycan İqtisadiyyatı

Sual 10. Azərbaycanda infrastruktur sahələrinin inkişafı. 

Dünya təsərrüfatında sənaye kompleksi öz tərkibində 3 qrupda sənaye sahələrini 

cəmləşdirir: 

I qrup - hasilat sənayesi sahəsi

II qrup - emal sənayesi sahəsi; 

III qrup - digər sənaye sahələri. 

Bu gün sənaye sahəsi maddi istehsalın əsas sahələrindən biridir. Hər bir ölkənin 

ümumi inkişaf səviyyəsi, ilk növbədə, onun sənayeləşməsi ilə ölçülür. Təsadüfi 

deyildir ki, sənayeni iqtisadi inkişafın mühərriki hesab edirlər. Hazırda dünya 

ÜDM-da sənayenin xüsusi çəkisi təxminən 30%-dən artıqdır. Sənaye 

sahələrində 500 milyon nəfərdən çox işçi çalışır, dünya ticarətinin isə təxminən 

80-90% sənaye məhsullarının payına düşür. 

Hasilat sənayesinin özü də bir çox sahə və yarımsahələrdən ibarətdir. Məsələn: 

- dağ-mədən sənayesi (metal filizi, boksit və digər faydalı qazıntılar); 




 

23 


 

- yanacaq-enerji məhsullarının hasilatı ( neft və qaz, daş kömür, torf və s.). 

Hasilat sənayesində daha böyük xüsusi çəkiyə neft-qaz hasilatı malikdir. Emal 

sənayesi daha mürəkkəb bir kompleks olub özündə 30-dan artıq sahə və 

yarımsahələri birləşdirir. Burada da sahələri uyğun qruplara ayırırlar. Məsələn: 

- maşınqayırma və metallurgiya; 

- konstruksiya materialları və kimyəvi məhsullar istehsalı; 

- yüngül sənaye; 

- yeyinti sənayesi. 

Emal sənayesinin inkişafı. 

Sənaye - ölkə iqtisadiyyatının inkişaf etmiş sahələrindən biridir. Əsasən yanacaq 

və energetika, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər 

sənaye sahələrini özündə birləşdirən bu vacib sahə Azərbaycan xalqının 

ümummilli lideri Heydər Əliyevin gərgin əməyi sayəsində ötən əsrin 

ortalarından başlayaraq inkişaf etmişdir. 

Yuxarıda göstərilənlərlə yanaşı qeyri-neft sektorunun inkişafı istiqamətində 

aşağıdakı tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcəkdir: 

•  restrukturizasiya və özəlləşdirmə prosesinin sürətləndirilməsi; 

•  satış bazarı olan və yenidən qurulması iqtisadi cəhətdən məqsədəuyğun olan 

sənaye müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı tədbirlərin həyata 

keçirilməsinin davam etdirilməsi

•  müasir texnologiyalara əsaslanan sənaye müəssisələrində beynəlxalq 

standartların tətbiqinə keçidin sürətləndiriməsi; 

•  azad rəqabət mühitinin inkişaf etdirilməsi; 

•  investisiyaların təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsinin 

sürətləndirilməsi; 

•  ənənəvi milli sənətkarlıq sahələrinin inkişafı; 

•  elm tutumlu istehsalın inkişaf etdirilməsi məqsədilə tətbiqi elmlərin, müasir 

şəraitdə bazar konyunkturunun tələblərinə uyğun elmi-tətqiqat institutlarının 

maddi-texniki bazasının gücləndirilməsi. 



 

24 


 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin