Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   14   15   16   17   18   19   20   21   ...   33
Azərbaycan İqtisadiyyatı

Sual 17. 

 


 

44 


 

Sual 18. Azərbaycan milli iqtisadiyyatında təhlükəsizliyin təmin edilməsi 

mexanizmləri. 

İqtisadi təhlükəsizliyin göstəricilər sistemi. Müstəqil, milli iqtisadi inkişaf yolu 

ilə gedən ölkələrin təbii, maddi, iqtisadi potensialını və inkişaf səviyyəsini 

xarakterizə edən ən ümumiləşdirici milli iqtisadi göstəricilər mövcuddur. 

Bütövlükdə götürülən xalq təsərrüfatı səviyyəsində ölkənin iqtisadiyyatının 

vəziyyətini, onun inkişaf səviyyəsini səciyyələndirən bir neçə iqtisadi 

göstəricilərdən istifadə olunur. Müasir ədəbiyyatda bunlar makroiqtisadi 

göstəricilər adlanır. Bunlara aiddir: 1. Milli sərvət (MS);  2. Ümumi milli 

məhsul (ÜMM);  3. Xalis milli məhsul (XMM);  4. Daxili milli məhsul (DMM);  

5. Milli gəlir (MG);  6. Ümumi daxili məhsul (ÜDM). Bunların hər birinin milli 

iqtisadi inkişaf baxımından şərh olunması lazım gəlir. 

Milli sərvət (MS) anlayışı 

Milli Sərvət (MS) makroiqtisadi kateqoriya kimi o biri iqtisadi göstəricilərdən 

fərqlənir. MS müəyyən bir dövrün deyil, uzun bir müddəti əhatə edən iqtisadi 

göstəricisidir. MS hər bir ölkədə onun tarixi boyu yaradılan, toplanan, ona 

məxsus olan və istifadə edilən bütün maddi nemətlərin, istehlak dəyərlərinin 

məcmusuna deyilir. Milli sərvət – müəyyən bir dövrdə hər hansı bir dövlətin, 

xalqın malik olduğu, onun tarixi boyu yığılmış bütün sərvətidir. Hər il istehsal 

olunan məhsulun hesabına milli sərvət artırılır və təzələnir. Milli sərvəti çox 

olan ölkə güclü, xalqı isə yaxşı yaşayır. Milli sərvət ölkənin malik olduğu bütün 

maddi nemətlərin və iqtisadi dövriyyəyə (təkrar istehsala) cəlb edilən təbii 

sərvətlərin məcmusunu özündə birləşdirir. İqtisadi dövriyyəyə cəlb edilməyən, 

yalnız geoloji ehtiyatlar kimi bəlli olan təbii sərvətlər ölkənin milli sərvətinə 

daxil deyildir. Milli sərvətin artımında istehsal və elmi-texniki nailiyyətlər 

böyük rol oynayır. Keçmiş və indiki nəsillərin yaratdığı bütün maddi nemətlər 

və cəlb olunan mövcud təbii sərvətlər iqtisadi həyatda əhəmiyyətinə görə 

aşağıdakı tərkib hissələrdə olur: 

1. Ölkənin əsas və dövriyyə kapitalların tərkibinə ölkədə mövcud olan fəal 

kapitallar (maşınlar, avadanlıqlar, qurğular, istehsal binaları və s.) və ilkin emala 

məruz qalan əmək cisimləri (xammal, materiallar və s.) daxildir. 

2. İqtisadiyyatda mal ehtiyatlarına, əvvəla, satışa göndərmək məqsədilə istehsal 

və kommersiya firmalarının anbarlarında saxlanılan hazır məhsullar, ikinci, 



 

45 


 

fövqəladə vəziyyətlərdə istifadə üçün, yaxud ola biləcək disproporsiyaları 

aradan qaldırmaq üçün təyin olunan sığorta ehtiyatları və rezervlər daxildir. 

3. Sosial sahənin əsas fondları 

- Qeyri-istehsal təyinatlı fondlara mənzil fondu, məktəblər, xəstəxanalar, teatr, 

kino, muzey və s. kimi mədəni-məişət əhəmiyyətli fondlar daxildir. 

- Əhalinin şəxsi əmlakına yaşayış evləri, mənzil şəraiti, məişət cihazları, geyim 

əşyaları və s. daxildir. 

4. Təkrar istehsal prosesinə cəlb edilən təbii sərvətlər: kənd təsərrüfatı sahələri, 

meşələr, sular, faydalı qazıntıların sənaye ehtiyatı, su enerjisi ehtiyatları və s. 

daxildir. 

5. Geniş mənada götürüldükdə cəmiyyətin mənəvi potensialı, insan zəkasının 

məhsulları və mədəniyyət də milli sərvətdir. 

Ümumi Daxili Məhsul (ÜDM) və onun hesablanma üsulları (metodları). 

ÜDM – bir il ərzində iqtisadiyyatda yaradılmış əmtəə və xidmətlərin bazar 

dəyərinin cəmidir. ÜMM mövcud ölkə vətəndaşlarının (daxildə və xaricdə) 

mülkiyyətində olan məhsulun dəyəri ilə ölçülür. ÜDM – müəyyən dövr ərzində 

mövcud ölkənin ərazisində istehsal olunmuş bütün məhsulun dəyəri ilə ölçülür. 

Bunun ölkə və xarici vətəndaşlar tərəfindən istehsal edilməsinin fərqi yoxdur. 

ÜDM iqtisadiyyatın ən mühüm göstəricilərindən biridir. İqtisadi vahidlərin-

rezidentlərin istehsal fəaliyyətinin son nəticəsini əks etdirir və həmin vahidlər 

tərəfindən son istehlak üçün istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri ilə 

ölçülür. O, özündə sahələrin ümumi əlavə dəyərinin cəmini, üstəgəl ona daxil 

edilməyən məhsula təmiz vergini əks etdirir. ÜDM-in hesablanmasında üç əsas 

metoddan istifadə olunur: 1. Məsrəflər üzrə ÜDM hesablanması;  2. Əlavə 

edilmiş dəyər üzrə ÜDM hesablanması;  3. Gəlirlər üzrə ÜDM-in hesablanması. 

I. Məsrəflər üzrə ÜDM-in hesablanması: 

1) Əhalinin istehlak xərcləri (C) 

2) Ümumi xüsusi investisiyalar (I) 

3) Əmtəə və xidmətlərin dövlət alışı (G) 

4) Xalis ixracat (ixrac və idxalın fərqi) – (Xn) 




 

46 


 

  

ÜDM = C + I + G + Xn 



 II. ÜDM-in gəlirlər üzrə hesablanması: 

1) Əmək haqqı (W) 

2) Faiz (r) 

3) Renta (R) 

4) Mənfəət (m) 

5) Amortizasiya (d) 

6) Dolayı vergilər (T), mülkiyyətdən vergi. 

 ÜDM = W + r +R + m +d + T 

III. ÜDM-in əlavə edilmiş dəyər üzrə hesablanması (bu istehsal metodu adlanır). 

Bu ÜDM-in bir il ərzində istehsal olunmuş son məhsulun hər bir mərhələsində 

əlavə edilmiş dəyərlərin məcmusudur. Əlavə edilmiş dəyər firmaların istehsal 

etdiyi məhsulun dəyəri ilə başqa firmaların xammalın, materialın, yəni aralıq 

məhsulların alınmasına sərf etdiyi məbləğ arasındakı fərqdir. Bu halda ÜDM-in 

kəmiyyəti bütün istehsalçı firmaların əlavə etdikləri dəyərlərin cəmidir. ÜDM-

dən başqa makroiqtisadi analizdə Ümumi milli məhsul (ÜMM) göstəricisindən 

də istifadə edilir. ÜMM – ölkə vətəndaşlarının daxildə və xaricdə yaratdıqları 

son məhsul və xidmətlərin məcmusudur (il ərzində). Bu zaman xarici 

vətəndaşların ölkədə əldə etdikləri gəliri ümumi məbləğdən çıxmaq lazımdır. 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin