Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   13   14   15   16   17   18   19   20   ...   33
Azərbaycan İqtisadiyyatı

Makroiqtisadi stabilliyin əsas vəzifələri və vasitələri. 

Müasir iqtisadiyyatın qeyri-stabil təbiəti, stabilliyin və iqtisadi böyümənin əldə 

olunmasına yönəlmiş effektiv dövlət strategiyasının hazırlanmasını zəruri edir. 

Stabillik yeniləşmənin, iqtisadiyyatın innovativ modelinə keçidin və iqtisadi 

artımın təmin edilməsinin ən vacib şərtlərindən biridir. Makroiqtisadi stabilliyə 

nail olmaq isə dövlətin ən vacib funksiyalarından biridir. Bu baxımdan iqtisadi 




 

41 


 

inkişafın böhrandan sonrakı mərhələsində, stabilliyin mahiyyətinin və 

xüsusiyyətlərinin öyrənilməsi zəruridir.Müasir qloballaşma prosesləri və dünya 

bazarının liberallaşlmasının dərinləşməsi nəticəsində ölkənin makroiqtisadi 

sabitliyi və iqtisadi təhlükəsizliyi potensial təhdidlərlə üzləşir. Bu şəraitdə 

iqtisadi əlaqələrin modernləşdirilməsi və iqtisadi sistemin strukturunun 

dəyişdirilməsi zərurəti yaranır. Əhalinin həyat səviyyyəsinin sosial 

keyfiyyətliliyinin təmin edilməsi (Kopenhagen bəyannaməsi), həmçinin 

cəmiyyətin rifahının yüksəlməsi amili olan makroiqtisadi stabillik çoxşaxəlidir 

və həm makroiqtisadi, həm də mikroiqtisadi baxımdan bir sıra amillərdən 

asılıdır. Müasir dünya təcrübəsində Dövlət hakimiyyətinin effektivliyinin 

dəyərləndirilməsində adətən, onun ölkədə iqtisadi, siyasi və demoqrafik sabitliyi 

təmin etmək qabiliyyəti (və ya mümkünsüzlüyü) hökmən qiymətləndirilir. Eyni 

zamanda, makroiqtisadi sabitləşmənin ölkənin iqtisadi təhlükəsizliyinin amili 

kimi öyrənilməsi, səmərəli makroiqtisadi sabitləşmənin, ölkənin davamlı sosial-

iqtisadi inkişaf trayektoriyasına malik olması üçün vacib və zəruri olmasına görə 

çox aktual hesab olunur. Makroiqtisadi stabillik problemləri , xüsusi ilə 

transformasiya ölkələrində proritet tədqiqat mövzusudur. Bununla belə 

araşdırmalar göstərir ki, problemin çoxşaxəliliyi səbəbindən "Makroiqtisadi 

stabillik" fenomenini öyrənən alimlər arasındavahid yanaşma, elmi əsaslı fikir 

birliyi yoxdur. Müxtəlif mövzular , elmi və nəzəri və təşkilati-praktik mənada 

araşdırlsa da sabitləşmə proseslərinin xüsusiyyətləri və qanunları, həmçinin 

qlobal liberallaşma şəraitində, xüsusi ilə böhrandan sonrakı dövrdə, 

makroiqtisadi sabitliyin təmin olunmasının universal modeli hələdə 

yoxdur.Müxtəlif prizmalarda olan, fərqli metodoloji əsaslı yaxınlaşmalarla, o 

cümlədən, bazarların əlaqələndirilməsi və buna nail olmağın yolları, həmçinin 

makroiqtisadi sabitliyin “xüsusi halları” kimiistehsal, qiymət, innovasiya və 

investisiya, maliyyə, xarici ticarət, resurs, siyasi, institusional sistemin sabitliyi , 

strateji, ekoloji sabitlik məsələləri öyrənilir. Milli iqtisadiyyatda pul amillərinin 

makroiqtisadi sabitliyə dominant təsiri, "makro maliyyə sabitliyinin" 

makroiqtisadi sabitliyin müstəqil bir hissəsi kimi ayrılmasını zəruri edir. 

Makromaliyyə sabitliyi isə öz növbəsində, bank və bank olmayan maliyyə 

sektorlarının sabitliyi, borc, büdcə və xarici valyuta sabitliyi və həmçinin pul –

kredit sisteminin sabitliyi kimi tərkib hissələrə ayrılırlar. Ona görədə bəzi 

tədqiqatçılar makroiqtisadi sabitliyə “qarşılıqlı və bir-birinə bağlı: iqtisadi, siyasi 

və hüquqi, demoqrafik, elmi-texniki, təbii davranış tərzi kimi amillərin 

kompleksi ilə formalaşan vəziyyət kimi baxır və hesab edir ki, belə vəziyyət 

bütövlükdə makroiqtisadi sistemin uzunmüddətli sabitliyi ilə xarakterizə 




 

42 


 

olunur”. Eyni zamanda, bir sıra ekspertlər, makroiqtisadi sabitləşmə prosesini 

“iqtisadiyyatın innovativ və texnoloji əsasda istehsal həcminin artırılmasında 

ifadə olunan sabit tarazlıq vəziyyətinə gətirməsi” kimi qiymətləndirir. Mahiyyət 

etibarı ilə,"makroiqtisadi stabilləşmə" və "makroiqtisadi stabillik" anlayışlarını 

bir-birindən ayırmaq lazımdır. "Makroiqtisadi stabilləşdirmə" proses olaraq 

"makroiqtisadi stabilliyi" yaradır. Makroiqtisadi stabilləşdirmə əslində iqtisadi 

inkişafın sabitliyini təmin etmək üçün dövlətin iqtisadi inkişaf amillərinə 

tənzimləyici institusional təsiridir. Buna görə də hesab etmək olar ki, 

makroiqtisadi stabillik, ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün 

dövlətin milli iqtisadiyyatın inkişafının endo və ekzogen amillərinə institusional 

-tənzimləyici təsirinin nəticəsidir. Məlum olduğu kimi, Keynsin 

qiymətləndirmələrinə əsasən, bazar iqtisadiyyatının mühüm daxili, zəruri 

xüsusiyyətlərindən biri də onun qeyri-stabilliyidir. Həqiqətən, bazar 

iqtisadiyyatının inkişaf tarixi Keynsin nəticələrini təsdiqləyir. Lakin düşünürük 

ki, müasir iqtisadiyyatın "vəziyyətinin" qeyri-stabilliyinin əsas amilləritəkcə 

onun inkişafının dövrü xarakteri və tezləşən böhranların nəticələrinin 

dərinləşməsi deyil, həmçinin qloballaşma proseslərinin genişlənməsi,qlobal 

bazarların liberallaşması, DTT-n formalaşması və inkişafı, məhdud iqtisadi 

resurslardan istifadə hüququ uğrunda beynəlxalq rəqabətin güclənməsidir. 

Beləliklə demək olar ki, makroiqtisadi sistemin dayanıqlı və ya "dayanıqlı 

tarazlıq" vəziyyəti kimi xarakterizə edilə biləcək makroiqtisadi stabillik, müasir 

iqtisadiyyatın üzvi yox, arzu olunan vəziyyətidir. Buna görə də hesab edirik ki, 

iqtisadiyyatın "vəziyyəti" statik haldır, "makroiqtisadi stabillik" isə daima vasitə, 

yol, metod, təhlükəsizlik və nailiyyətin ardıcıl monitorinqini tələb edir. 

"Makroiqtisadi stabillik" dəyişkən, xarici və daxili amillərə həssas və 

dinamikdir.Məsələn, AB iqtisadiyyatının vəziyyəti qeyri stabildir, lakin iqtisadi 

təhlükəsizlik kifayət qədər təminatlı səviyyədədir. Bir sıra ölkələrdə, xüsusilə də 

tranzitiv iqtisadiyyatlarda sanki stabillik mövcuddur, ancaq, iqtisadi 

təhlükəsizlik çox həssas vəziyyətdədir. Bəzi ekspertlər, makroiqtisadi sabitliyi 

"müsbət dinamika üçün sistemdə ilkin şərtlərin toplanması və zəruri şəraitin 

yaradılması, dövlətin təşkilati- iqtisadi təsiri və bazarın özünü təşkilinin köməyi 

ilə iqtisadiyyatın mütərəqqi tarazlıq vəziyyətinəkeçməsi" prosesi kimi 

qiymətləndirilir. Başqa sözlə, normal istehsal şəraitinin təmin edilməsi prosesi 

ilə makroiqtisadi sabitliyi eyniləşdirirlər. Beləliklə, "makroiqtisadi 

stabilliyə",fərdin, cəmiyyətin, dövlətin və təsərrüfat subyektlərinin artan 

ehtiyaclarını ödəmək üçün, genişlənən istehsal və davamlı iqtisadi artıma 

yönəlik təhlükələrinin qarşısının alınmasını təmin edən, davamlı, mütərəqqi 




 

43 


 

prosesin nəticəsi kimi baxılması daha doğrudur. Belə prosesdə, makroiqtisadi 

meyarların və inkişaf parametrlərinin dinamikasına dövlət tərəfindən daimi 

monitorinq və nəzarətin təmin edilməsi vacibdir. Makroiqtisadi stabilliyin 

mahiyyəti və məzmununun ən yaxşı dərki, onun iqtisadi stabilləşmə prosesinin 

nəticəsi və iqtisadi kateqoriya kimi təhlili ilə mümkündür. Stabillik, iqtisadi 

sistemin elə bir vəziyyətidir ki, özünə xas tənzimləyici vasitələrin köməyi ilə 

uzun müddət saxlanıla bilir. Stabilləşməyə dəyişkən vəziyyət kimi deyil, iqtisadi 

dayanıqlığa yaxınlaşan strateji proses kimi baxılmalıdır. Hər bir milli iqtisadi 

siyasət çərçivəsində, makroiqtisadi stabilliyin meyarları kimi qəbul ediləcək 

kifayət qədər konkret iqtisadi göstəricilər və və onların “inkişaf dəhlizi” 

müəyyən edilməlidir ki, dəhlizdən kənarlaşmalar, makroiqtisadi disbalansın 

artması kimi identifikasiya edilsin. Beləliklə, makroiqtisadi stabillik,ilk nöbədə, 

iqtisadi inkişafın bütün amillərinin səmərəliliyi, ikincisi, iqtisadi siyasətin 

səmərəliliyi, üçüncüsü,ölkənin iqtisadi təhlükəsizlik sisteminin effektivliyini 

səciyyələndirilməlidir. 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin