göstəricilərindən biridir. İstər maddi, istərsə də qeyri-maddi istehsal sahələrində
həcmi ilə ölçülür. Mahiyyətcə daxili milli məhsul əlavə edilmiş dəyərdir. Bu
məbləğ bütün milli istehsalçıların yalnız ölkə daxilində milli kapitallarla əlavə
edilmiş dəyər hissəsini cəmləməklə əldə edilir. Burada xaricilərin qoyduqları
çıxmaq lazımdır. Daxili milli məhsuldan istifadə edilməsi (xərclər üsulu) mallar
və xidmətlərin son istehlakını, milli kapitalın ümumi yığımını, yerli dövriyyə
51
vəsaitləri ehtiyatlarının dəyişməsini, milli istehsal mallarının və xidmətlərin
ixrac və idxal saldosunu özündə birləşdirir. Əvvəlki dövrlərlə müqayisədə
hesabat dövründə DMM-in fiziki həcmi indeksini hesablamaq üçün onu DMM-
in əvvəlki dövrdəki kəmiyyətinə bölmək lazımdır. DMM-in fiziki həcmi indeksi
uzun müddət üçün hesablanarkən zəncirvarı indekslər metodu tətbiq edilə bilər.
Daxili milli məhsul inzibati-ərazi xüsusiyyətlərinə əsasən hesablanır. Bu
xüsusiyyətə görə ölkə ərazisində yerləşən milli istehsal müəssisələrinin (həm
dövlət və həm də xüsusi) buraxdığı məhsulların xarici kapitallarla birgə işləyən
milli kapitalların məhsul buraxılışındakı payını ifadə edən ümumi dəyəri
müntəzəm hesablanır. Milli iqtisadiyyatın, milli hesablar sisteminin yuxarıda
qeyd etdiyimiz ÜMM və DMM kimi əsas göstəriciləri dünyanın bir çox
ölkələrində iqtisadiyyatın daha konkret göstəriciləri kimi qəbul edilir. Ümumi
milli məhsulla (ÜMM) ümumi daxili məhsulun (ÜDM) müqayisəsi diqqəti cəlb
edir. Ümumi milli məhsul ümumi daxili məhsuldan ölkənin resurslarının xaricdə
istifadə olunmasından (xarici ölkələrə kapital qoyuluşu, orada mövcud olan
mülkiyyətdən ölkəyə gətirilmiş mənfəət, xaricdə işləyən işçilərin əməkhaqqı)
alınan gəlirlər qədər çox, xarici ölkə vətəndaşlarının bu ölkədən apardıqları
uyğun gəlirlər qədər azdır. İqtisadçıların hesablamalarına görə Qərbin bazar
iqtisadiyyatlı ölkələrində ÜMM ilə ÜDM arasında fərq 1-3 faiz həddindədir.
Dostları ilə paylaş: