Sual 19. Azərbaycanın Ümumi daxili məhsulunun artım dinamikası.
ÜDM – bir il ərzində iqtisadiyyatda yaradılmış əmtəə və xidmətlərin bazar
dəyərinin cəmidir. ÜMM mövcud ölkə vətəndaşlarının (daxildə və xaricdə)
mülkiyyətində olan məhsulun dəyəri ilə ölçülür. ÜDM – müəyyən dövr ərzində
mövcud ölkənin ərazisində istehsal olunmuş bütün məhsulun dəyəri ilə ölçülür.
Bunun ölkə və xarici vətəndaşlar tərəfindən istehsal edilməsinin fərqi yoxdur.
ÜDM iqtisadiyyatın ən mühüm göstəricilərindən biridir. İqtisadi vahidlərin-
rezidentlərin istehsal fəaliyyətinin son nəticəsini əks etdirir və həmin vahidlər
tərəfindən son istehlak üçün istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri ilə
ölçülür. O, özündə sahələrin ümumi əlavə dəyərinin cəmini, üstəgəl ona daxil
edilməyən məhsula təmiz vergini əks etdirir. ÜDM-in hesablanmasında üç əsas
metoddan istifadə olunur: 1. Məsrəflər üzrə ÜDM hesablanması; 2. Əlavə
edilmiş dəyər üzrə ÜDM hesablanması; 3. Gəlirlər üzrə ÜDM-in hesablanması.
I. Məsrəflər üzrə ÜDM-in hesablanması:
52
1) Əhalinin istehlak xərcləri (C)
2) Ümumi xüsusi investisiyalar (I)
3) Əmtəə və xidmətlərin dövlət alışı (G)
4) Xalis ixracat (ixrac və idxalın fərqi) – (Xn)
ÜDM = C + I + G + Xn
II. ÜDM-in gəlirlər üzrə hesablanması:
1) Əmək haqqı (W)
2) Faiz (r)
3) Renta (R)
4) Mənfəət (m)
5) Amortizasiya (d)
6) Dolayı vergilər (T), mülkiyyətdən vergi.
ÜDM = W + r +R + m +d + T
III. ÜDM-in əlavə edilmiş dəyər üzrə hesablanması (bu istehsal metodu
adlanır). Bu ÜDM-in bir il ərzində istehsal olunmuş son məhsulun hər bir
mərhələsində əlavə edilmiş dəyərlərin məcmusudur. Əlavə edilmiş dəyər
firmaların istehsal etdiyi məhsulun dəyəri ilə başqa firmaların xammalın,
materialın, yəni aralıq məhsulların alınmasına sərf etdiyi məbləğ arasındakı
fərqdir. Bu halda ÜDM-in kəmiyyəti bütün istehsalçı firmaların əlavə etdikləri
dəyərlərin cəmidir. ÜDM-dən başqa makroiqtisadi analizdə Ümumi milli
məhsul (ÜMM) göstəricisindən də istifadə edilir. ÜMM – ölkə vətəndaşlarının
daxildə və xaricdə yaratdıqları son məhsul və xidmətlərin məcmusudur (il
ərzində). Bu zaman xarici vətəndaşların ölkədə əldə etdikləri gəliri ümumi
məbləğdən çıxmaq lazımdır.
Ümumi Daxili Məhsul istehsalı
Ilkin məlumatlara əsasən 2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq və ya
əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz az ümumi daxili məhsul istehsal
olunmuşdur. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz, neft-
qaz sektorunda isə 7,0 faiz azalmışdır. ÜDM istehsalının 33,7 faizi sənaye, 11,5
53
faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,7 faizi tikinti, 7,1 faizi nəqliyyat və
anbar təsərrüfatı, 6,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0
faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə
sahələrinin, 20,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis
vergilər ÜDM-in 9,7 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM
7262,8 manata bərabər olmuşdur. 2004-cü ildən bu günə qədər ÜDM- 3,4 dəfə
artmışdır ki, bu da dünyada rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə
artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya
qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə,
bu gün 50 milyard dollardan çoxdur. Dövlət Statistika Komitəsinin
makroiqtisadi göstəricilərə dair məlumatlarına əsasən 1995-2003-cü illər ərzində
ÜDM-in orta illik artımı 9 faiz, adambaşına düşən ÜDM 3 dəfə, orta aylıq
əməkhaqqı isə 5,3 dəfə artıb. Xarici investisiya qoyuluşları 10 dəfə, daxili
investisiyalar 5 dəfə, büdcə gəlirləri 3 dəfə artıb, büdcənin defisiti minimum
həddə enib. Özəl sektorun ÜDM-dəki payı da 2003-cü ilə qədər 73 faizə qədər
artıb. Rəsmi statistik göstəricilərə görə, 2004-2011-ci illərdə Azərbaycanda
ÜDM bir qədər də yüksələrək orta hesabla 14 faiz, o cümlədən qeyri-neft
sektoru üzrə ÜDM 9 faiz artıb. Bu müddət ərzində ölkədə adambaşına düşən
ÜDM 5 dəfə, ÜDM-də özəl sektorun payı isə 81,9 faizədək artıb.
Dostları ilə paylaş: |