Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   25   26   27   28   29   30   31   32   33
Azərbaycan İqtisadiyyatı

Azərbaycan-MDB əməkdaşlığı 

24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında 

Azərbaycan Respublikasının MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul 

edilmiş və Azərbaycan MDB-yə üzv olmuşdur.Azərbaycan Respublikası MDB 

çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif 

sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu 

əməkdaşlıq həyata keçirir.Azərbaycan Respublikası hər il keçirilən MDB Dövlət 

Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri 

Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak 

edir.Avropa İttifaqı (Aİ) - Avropa İttifaqı formal olaraq 1993-cü ildə Maastrixt 

müqaviləsinə əsasən təsis edilsə də, təşkilatın təməlini 6 təsisçi dövlət - Fransa, 

Almaniya, İtaliya, Belçika, Niderland və Lüksemburq tərəfindən 1951-ci ildə 

yaradılan Avropa Kömür və Polad Birliyi və 1957-ci ildə Roma müqaviləsinə 

əsasən yaradılan Avropa İqtisadi Birliyi təşkil edib. Aİ-nin Baş qərargahı 

Brüssel (Belçika) şəhərində yerləşir, Avropa Komissarlığının (icraedici orqan) 

Prezidenti Jan-Klod Yunkerdir (Belçika). Azərbaycanın Avropa İttifaqı ilə 

münasibətlərinin əsası təsis edildiyi tarixdən etibarən qoyulub. Lakin 

münasibətlərin hüquqi çərçivəsini təşkil edən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 

1996-cı ildə imzalanıb, 1999-cu ildə qüvvəyə minib. 2004-cü ildə Azərbaycan 

Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə çoxtərəfli əməkdaşlıq platforması 

olan Şərq Tərəfdaşlığı Proqramına daxil edilib. 2014-cü ildə tərəflər arasında 

Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol 

imzalanıb (6 iyul 2016-cı il tarixində qüvvəyə minmişdir). Hazırda Aİ və 

Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır. Qara 

Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı - Azərbaycan Respublikası 1992-ci ilin 25 

iyun tarixindən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 

təsisçi üzvüdür. Təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var. QDİƏT-in Baş 

Qərargahı İstanbul (Türkiyə) şəhərində yerləşir.Azərbaycan QDİƏT 




 

75 


 

çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, 

enerji, ətraf mühit, informasiya və kommunikasiya, elm-tədqiqat və 

texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın 

inkişaf etdirilməsinə önəm verir.QDİƏT-də Azərbaycan Respublikasının 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə daxil 

olan məsələlərə dair iki işçi qrup – İKT və elm və texnologiya üzrə işçi qrupları 

fəaliyyət göstərir. Hər iki işçi qrup 1994-cü ildə yaradılıb. İKT və elm və 

texnologiya üzrə işçi qruplar çərçivəsində əməkdaşlıq üzrə tarixçə: 

Azərbaycan Respublikası 1 iyul 2014 – 30 iyun 2016-cı il tarixlərində QDİƏT-

in elm və texnologiya üzrə İşçi Qrupuna əlaqələndirici ölkə qismində rəhbərlik 

edib. Bu  dövr ərzində Azərbaycan Respublikasının Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında 

Elmin İnkişafı Fondunun təşkilatçılığı, 9 ölkənin və QDİƏT Daimi Beynəlxalq 

Katibliyinin iştirakı, PABSEC və Almaniyanın müşahidəçiliyi ilə 01-02 dekabr 

2014-cü il tarixlərində Bakı şəhərində İşçi Qrupun iclası, 03 dekabr 2014-cü il 

tarixində isə Nazirlər Toplantısı keçirilib, İşçi Qrupun 2014-2018-ci illər üçün 

Fəaliyyət Planı, həmçinin Bakı Bəyannaməsi qəbul edilib.  

Azərbaycan Respublikası 1 iyul 2009 – 30 iyun 2011-ci il tarixlərində QDİƏT-

in informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə İşçi Qrupuna 

əlaqələndirici ölkə qismində rəhbərlik edib. Azərbaycan Respublikasının Rabitə 

və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, 9 ölkənin, Beynəlxalq 

Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin, Regional Rabitə 

Birliyinin baş direktoru Nuriddin Muxitdinovun və QDİƏT Daimi Beynəlxalq 

Katibliyinin iştirakı, ABŞ-ın müşahidəçiliyi ilə 02-03 noyabr 2009-cu il 

tarixlərində Bakı şəhərində İKT üzrə İşçi Qrupunun iclası, 04 noyabr 2009-cu il 

tarixində isə Nazirlər Toplantısı təşkil olunub, TASİM layihəsinə dair xüsusi 

təqdimat keçirilmiş, həmçinin Bakı Bəyannaməsi qəbul edilib. 

İqtisadi Əməkdaşlıq Təşkilatı - Azərbaycan Respublikası 1992-ci ilin 28 noyabr 

tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlüyünə qəbul olunub. Təşkilata 

Azərbaycanla yanaşı, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, 

Özbəkistan, Türkmənistan, Əfqanıstan və Pakistan da üzvdür. İƏT-in Baş 

qərargahı Tehranda yerləşir, hazırkı Baş katibi isə İbrahim Akçadır (Türkiyə). 

 İƏT-in əsas məqsədi üzv ölkələr arasında iqtisadi əlaqələrin 

möhkəmləndirilməsi və inteqrasiya proseslərinə kömək etməkdir. Təşkilat 

çərçivəsində Azərbaycan digər üzv ölkələrlə bir sıra prioritet sahələr, o 




 

76 


 

cümlədən nəqliyyat, enerji, ticarət və investisiya sahələri üzrə əməkdaşlıq 

etməkdədir. İƏT çərçivəsində nəqliyyat və İKT sahələrində işçi qrupları 

mövcuddur. İKT üzrə işçi qrup çərçivəsində əməkdaşlıq: 11-13 noyabr 2012-ci 

ildə Tehran şəhərində İƏT-in İKT üzrə birinci Nazirlər Toplantısı keçirilmiş, 

tədbirdə nazir müavini İltimas Məmmədovun rəhbərliyi ilə Azərbaycan 

nümayəndə heyəti iştirak etmiş, yekunda Tehran Bəyannaməsi qəbul edilib. 

İƏT-in İKT üzrə ikinci Nazirlər Toplantısı 2017-ci ilin 5 dekabr tarixində Bakı 

şəhərində keçirilib. İclasda tənzimləmə, radiotezliklər, telekommunikasiya, peyk 

xidmətləri, kibertəhlükəsizlik və yüksək texnologiyalar sahəsində çoxtərəfli 

müstəvidə əməkdaşlıq perspektivləri müzakirə olunub. Sonda işçi qruplarının 

iclaslarında müzakirə olunan məsələlərin yekunu olaraq tövsiyə sənədi kimi 

Bakı Bəyannaməsinin qəbul olunması müzakirə edilib. Qeyd edilib ki, 

müzakirələr üzv ölkələrdə İKT-nin inkişafına təkan verəcək. 



 Nəqliyyat üzrə işçi qrup çərçivəsində əməkdaşlıq: 

 İqtisadi Əməkdaşlıq Təşkilatının prioritet istiqamətlərindən biri 1998-ci il 9 

may tarixində Almatı şəhərində keçirilmiş İƏT-in 5-ci Sammitində imzalanmış 

Tranzit Nəqliyyatı Çərçivə Sazişinin həyata keçirilməsidir. İƏT üzvü olan 10 

ölkədən 9-u artıq bu Sazişə qoşulub. Saziş 2006-cı il 19 may tarixindən qüvvəyə 

minib. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 04 dekabr tarixli № 

559-İQ nömrəli Qanunu ilə bu Saziş təsdiq edilib. Azərbaycan Respublikası 

Tranzit Nəqliyyatı Çərçivə Sazişi üzrə əlaqələndirici təyin edilib. Tranzit 

nəqliyyatı məsələlərinin monitorinqinin və koordinasiyasının həyata keçirilməsi 

üzrə Tranzit Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb. Şuranın fəaliyyətinin 

daha da artırılması məqsədi ilə Hüquq, Sığorta, Dəmir yolu, Avtoyol və Tranzit 

ticarəti üzrə alt komitələr yaradılıb. İƏT regionun nəqliyyat və kommunikasiya 

sisteminin və əsas nəqliyyat dəhlizləri olan “Şimal-Cənub” və “Şərq-Qərb” 

dəhlizlərinin inkişaf etdirilməsi çərçivəsində Azərbaycan Qəzvin-Rəşt-Astara 

(İran) – Astara (Azərbaycan) dəmir yolu layihəsinin iştirakçısıdır. Layihə üzrə 

Yüksəksəviyyəli İşçi qrupunun ilk iclası 22 may 2013-cü il tarixində Bakı 

şəhərində keçirilib.  Layihənin reallaşdırılması region dövlətləri üçün daha yeni 

imkanlar, o cümlədən regionda ümumi dəmir yolu şəbəkəsinin yaradılmasına, 

dəmiryol xətlərinin modernləşdirilməsinə, nəqliyyat infrastrukturunun 

təkmilləşdirilməsinə və İƏT dəmir yolu şəbəkəsinin Avropa və Yaxın Şərq 

dəmir yolu şəbəkəsinə birləşdirilməsinə imkan yaradacaqdır. Qəzvin-Rəşt-

Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu layihəsinin həyata keçirilməsinin 




 

77 


 

sürətləndirilməsi məqsədilə iştirakçı dövlətlər arasında Yüksəksəviyyəli İşçi 

Qrupun yaradılması qərara alınıb. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin