Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   25   26   27   28   29   30   31   32   33
Azərbaycan İqtisadiyyatı

Azərbaycanın müasir vergi sistemi 

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində 

Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında yenidən 

quruldu, makroiqtisadi sabitliyin möhkəmlənməsi və iqtisadiyyatın tarazlı 

inkişafının təmin olunması sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə 

başlanıldı. Həmin dövrdə irimiqyaslı islahatlara yönələn iqtisadi siyasətin 

ayrılmaz tərkib hissəsi olan vergi siyasətində də köklü dəyişikliklərin aparılması, 

vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması bir zərurət kimi 

qarşıda dururdu. Ümummilli Lider Vergilər Nazirliyinin yaradılması, Vergi 

Məcəlləsinin qəbul edilməsi və digər aidiyyəti qərarları ilə müstəqil Azərbaycan 

dövlətinin müasir vergi sisteminin formalaşmasının təşəbbüskarı və banisidir. 

Azərbaycanın vergi sisteminin dünya standartlarına uyğunlaşdırılması 

istiqamətində siyasət kursunu şərti olaraq iki mərhələyə bölmək olar: 

-1999 –cu illər, 

-2003-cü illər. 

Birinci mərhələ 1993-1999 cu illəri əhatə edir. Bu dövrdə yeridilən iqtisadi 

siyasətin əsas məqsədi ölkənin iqtisadi xaosdan çıxarılmasına, makroiqtisadi 

sabitliyin möhkəmləndirilməsinə, əlverişli investisiya mühitinin yaradılmasına, 

milli istehsalın artırılmasına nail olmaqdan ibarət idi. O zaman respublikada 

həyata keçirilən irimiqyaslı islahatların tərkib hissəsi kimi vergilər sahəsində də 

köklü dəyişikliklər aparılmışdır. Aparılan uğurlu islahatlar nəticəsində inflyasiya 

və büdcə kəsiri minimuma endirilmiş, ötən əsrin doxsanıncı illərinin birinci 

yarısında iqtisadiyyatda mövcud geriliyin qarşısı alınmış və uzunmüddətli 

böhrandan sonra iqtisadi artıma nail olunmuşdur. Azərbaycan Respublikası 

Prezidentinin Fərmanları 

yun 1996-cı il tarixli «İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət 

nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi 

barədə» 


-ci il tarixli «Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və 

sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında» 




 

82 


 

əti kursunun ikinci mərhələsi1999-cu ildən sonrakı dövrü 

əhatə edir. 1999-cu ildən başlayaraq respublikamızda vergi sisteminin kompleks 

islahatlarının planı işlənib hazırlanmışdır. 

İslahatların 1999-cu ildən başlanan ikinci mərhələsində bütün diqqət mükəmməl 

vergi qanunvericiliyinin yaradılmasına, inzibati idarəetmənin 

yaxşılaşdırılmasına və vergilərin dövlət büdcəsinə tam səfərbər olunmasına 

yönəldildi. Müasir vergi sisteminin formalaşdırılması sahəsində ümumimilli 

lider Heydər Əliyevin qərarı ilə yeni inkişaf mərhələsinə Vergilər Nazirliyinin 

yaradılması ilə start verildi. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 

2000-ci il tarixli fərmanına əsasən Baş Dövlət Vergi müfəttişliyinin bazasında 

Azərbaycan Respublikası Vergilər. 



Azərbaycanın vergi sisteminin modernləşdirilməsi 

2005-ci il Azərbaycanın vergi xidməti üçün keyfiyyətcə yeni bir mərhələnin 

başlanğıcını qoydu. Prezident İlham Əliyevin 12 sentyabr 2005-ci il tarixdə 

imzaladığı «Vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı 

(2005-2007-ci illər)», həmçinin 21 oktyabr 2005-ci il tarixdə təsdiq etdiyi 

«Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı 

üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı»nın (Elektron Azərbaycan) qəbul 

edilməsi vergi orqanları qarşısında çox mühüm vəzifələr müəyyənləşdirmişdir. 

Bu tədbirlərin davamı olaraq, Avropa İttifaqı ilə Azərbaycan arasındakı 

Qonşuluq Siyasəti çərçivəsində qəbul olunmuş fəaliyyət planına əsasən bir çox 

sahələrdə, o cümlədən vergi sahəsində qanunvericiliyin və inzibatçılığın 

beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi tələb olunur. Bu strateji 

prioritetlər və ölkənin maliyyə imkanlarının sürətlə artması vergi 

qanunvericiliyinin və inzibatçılığının beynəlxalq standartlara uyğunlaşma 

proseslərinin daha sürətlə aparılmasına tələblər və eyni zamanda imkanlar 

yaradır. Vergi inzibatçılığının müasirləşdirilməsinin digər istiqaməti kimi vergi 

ödəyicilərinə keyfiyyətli və operativ xidmətin göstərilməsi məqsədilə 2003-cü 

ildə Vergilər Nazirliyi tərəfindən «195» nömrəli vahid telefon-məlumat xidməti 

təsis edildi. Hazırda bu xidmət 2006-cı ilin may ayının 1-dən etibarən 

respublikanın bütün ərazisində fəaliyyət göstərir. Vergi sistemində müasir 

texnologiyaların tətbiqi ilə müşayiət olunan islahatlara iki prizmadan baxmaq 

olar. Vergi orqanlarının nəzərindən baxıldıqda, bu daha təkmil nəzarət 

mexanizmlərinin qurulmasıdır. Bu məsafədən nəzarət, proqram təminatlarından 

istifadə etməklə ödəyicilərin bəyannamələrinin təhlili, vergilərin ödənilməsinin 

hərəkət halqası üzərində şəffaf nəzarət mexanizmlərinin müəyyən edilməsidir. 



 

83 


 

Düzgün işlənib hazırlanmış və tətbiq edilmiş analitik tədbirlər vergi yığımının 

səmərəliliyini artırır, çox qiymətli məlumatların toplanmasına imkan verir ki, bu 

da vergi siyasətinin gələcək istiqamətlərinin düzgün müəyyən edilməsində 

böyük əhəmiyyət kəsb edir. Vergi ödəyicilərinin nəzərindən baxıldıqda, aparılan 

islahatlar daha çox vergi ödənilməsi ilə bağlı proseslərin vergi ödəyicilərinin 

vaxtının və xərclərinin azaldılmasına şərait yaratması, eyni zamanda, vergi 

ödənilməsi prosesinin sadə və rahat olması ilə bağlıdır. Bu, vergi ödəyicilərinin 

öz ödəmələrini həyata keçirməsi prosesində daha loyal olmağa və könüllü 

əməletmə səviyyəsinin artmasına birbaşa təsir edir. Bu gün Azərbaycanda vergi 

ödəyicilərinin 90 faizi bəyannamələrini vaxtında təqdim edir, 80 faizi isə vergi 

ödəmələrini vaxtında həyata keçirir. Bu inkişaf etmiş ölkələrlə belə müqayisədə 

yüksək göstəricidir və əslində əldə edilən ən mühüm nailiyyətlərdən biridir. 

Digər tərəfdən, informasiya-kommunikasiya texnologiyaları dövlət qurumlarının 

fəaliyyətində şəffaflığın təmin olunmasında mühüm rol oynayır. Elektron 

xidmət dövlət qurumuna olan inamı möhkəmləndirir, eləcə də korrupsiya və 

süründürməçiliyin qarşısının alınmasına şərait yaradır. Eyni zamanda, bu proses 

vergi ödəyicilərinin də fəaliyyətinin şəffaflaşmasına, onlara yeni 

texnologiyalardan faydalanmağa və istifadəyə stimul verir. Şəffaflığın 

artırılması istiqamətində aşağıdakı tədbirlər həyata keçirilmişdir: 

əşkilatları ilə əməkdaşlıq – ictimai nəzarət 

 

 



əmur-sahibkar təmaslarının azaldılması 

əyicilərinə göstərilən xidmətlər 

– xidmətlər 

Vergi sistemində son illər ərzində aparılan islahatların əsas xətti xidmətin 

texnoloji baxımdan inkişafına çatmaqla bütövlükdə vergi xidmətinin bütün 

sahələrində uğurun təmin edilməsinə nail olmaqdır. Vergilər Nazirliyi elektron 

hökumətin tərkib hissəsi hesab ediləcək xidmətlərin elektronlaşdırılması 

prosesinə 2005-ci ildən başlamış, vergi sistemində vergi inzibatçılığının 

təkmilləşdirilməsi üzrə geniş bir Dövlət Proqramı həyata keçirilmişdir. 

Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzi. 

 



 

84 


 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin