Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»


Sual 27. Azərbaycan iqtisadiyyatının davamlılığı və inkişaf amilləri



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   25   26   27   28   29   30   31   32   33
Azərbaycan İqtisadiyyatı

Sual 27. Azərbaycan iqtisadiyyatının davamlılığı və inkişaf amilləri. 

Azərbaycan iqtidarının formalaşdırdığı və reallaşdırdığı makroiqtisadi 

sabitləşmə siyasətinin xarakterik cəhətləri çoxsaylı və çoxşaxəlidir. Bunlardan 

birincisi ondan ibarətdir ki, ulu öndər bu sabitliyin təmin edilməsinin əsasını neft 

siyasətində, onun bazasında reallaşdırılan xarici investisiya siyasətində görürdü. 

Bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyət və Heydər Əliyevin titanik 

səyləri sayəsində 1994-cü il sentyabrın 20-də bağlanmış “Əsrin müqaviləsi” 

ölkəmizin taleyində həlledici rol oynadı. Bu müqavilənin reallaşdırılması 

nəticəsində dünyanın ən tanınmış şirkətləri Azərbaycana cəlb edildilər. Onların 

respublikamızla birgə fəaliyyətdə olduqları son 25 il ərzində iqtisadiyyata 125 

milyard dollar həcmində xarici investisiya qoyuldu. Həmin dövr ərzində 

iqtisadiyyata qoyulan daxili investisiyaların da həcmi təqribən xarici 

investisiyaların həcmi qədər olmuşdur. Aparılan təhlillərdən belə nəticəyə 

gəlmək olar ki, ulu öndər tərəfindən aparılan köklü islahatlar nəticəsində 

iqtisadiyyat yenidən qurulmuş yeni iqtisadi sistemə transformasiya sürətlə 

getmiş, ölkənin geosiyasi və geoiqtisadi mövqeyi möhkəmlənmiş, ümumbəşəri 

dəyərlərdən bəhrələnərək idarəetmə modellərinin müsbət meyilləri əsasında 

iqtisadiyyatın sahələri inkişaf etdirilmiş və nəticədə Heydər Əliyev tərəfindən 

milli dayanıqlı və davamlı iqtisadi inkişaf modeli formalaşdırılmışdır.2003-cü 

ildən başlayaraq ümummilli liderin davamlı iqtisadi inkişaf modeli Heydər 

Əliyev məktəbinin istedadlı yetirməsi möhtərəm Prezidentimiz cənab İlham 

Əliyev tərəfindən uğurla və yaradıcılıqla inkişaf etdirilir. Daxili və xarici siyasət 

sahəsində qazanılan uğurlara, həmçinin neft strategiyasının reallaşdırılması, 

ölkədə makroiqtisadi sabitliyin davamlılığının təmin edilməsi sayəsində 

möhtəşəm nəticələrə görə cənab İlham Əliyev xalqın şəksiz liderinə 

çevrilmişdir. Onun birbaşa rəhbərliyi altında həyata keçirilən tədbirlər 

nəticəsində 2003-cü ildən bu günədək ölkə iqtisadiyyatı real ifadədə 3,2 dəfə 

artmışdır. Bu dünya miqyasında rekord göstəricidir. Həmin dövr ərzində ölkədə 

sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artmışdır. 

Son 15 il ərzində Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard ABŞ dolları 

həcmində sərmayə qoyulmuşdur. Prezident İlham Əliyevin siyasətinin ən uğurlu 

məqamlarından biri ­ondan ibarətdir ki, Azərbaycan beynəlxalq aləmdə öz 

mövqelərini durmadan möhkəmləndirir. Ölkəmiz Dünya Bankının “Doing 

Business” hesabatında 2006-cı ildə qeydə alınmış və o zaman 98-ci yerdə 

qərarlaşmışdı. Aparılan düzgün, məqsədyönlü, səmərəli islahatlar nəticəsində 

Azərbaycan 2018-ci ildə 25-ci yerə yüksəlmişdir. Azərbaycan “Doing Business 

– 2020” hesabatında islahatları inkişaf etdirən 20 ölkə sırasındadır. Bu hesabatın 



 

85 


 

bloq yazısında qeyd edilir ki, Azərbaycan 4 əsas sahədə islahat aparıb: 

“Azərbaycan “Doing Business”də asanlıqla ölçülə bilən 4 biznes yumşaltması 

həyata keçirib. Onlar “əmlakın qeydiyyatı”, “azlıqda olan investorların 

hüquqlarının müdafiəsi”, “kreditlərin alınması” və “müqavilələrin icrasının 

təmin edilməsi” sahələridir”. 2003–2018-ci illər ərzində əhalinin məşğulluq 

problemləri uğurla həll olunmuş, 2 milyon yeni iş yeri yaradılmışdır. Ölkədə 

dayanıqlı, sabit inkişafı təmin etmək məqsədilə həyata keçirilən mühüm 

proqramlardan biri regionların sosial-iqtisadi inkişafının təmin edilməsi 

olmuşdur. Bu məqsədlə üç dövrü – 2004-2008, 2009-2013, 2014-2018- ci illəri 

əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları” qəbul 

edilmiş və uğurla həyata keçirilmişdir. Hazırda yeni 2019–2023-cü illəri əhatə 

edən dördüncü proqramın icrasına start verilmişdir. Ölkəmizdə iqtisadi inkişaf 

dinamikasının təmin edilməsi məqsədilə həyata keçirilən ən mühüm tədbirlərdən 

biri də ailə biznesinə dəstəyin verilməsidir. Bu məqsədlə ölkədə Ailə Biznesinə 

Asan Dəstək – “ABAD” Mərkəzi yaradılmış və onun miqyası getdikcə 

böyüməkdədir. Bu fəaliyyət istiqaməti “ASAN” xidmətin bir qolu olmaqla əhali 

arasında çox yüksək məmnunluqla qarşılanır və geniş təşəkkül tapmışdır. İctimai 

həyatımızın bir şox sahələrinə aid olan xidmətlərin “ASAN”a verilməsi məhz bu 

layihənin Azərbaycan brendi olması və yüksək səviyyədə xidmətlərin 

göstərilməsi ilə bağlıdır. Hazırda ölkədə 15 “ASAN” mərkəzi fəaliyyət göstərir. 

Təkcə 2019-cu ildə yeni 5 “ASAN” mərkəzin fəaliyyətə başlaması planlaşdırılır. 

Son illərdə sosial-mədəni tədbirlərin genişləndirilməsində Azərbaycanın birinci 

xanımı, ­Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti ­Mehriban 

xanım Əliyevanın da misilsiz xidmətləri xüsusi vurğulanmalıdır. İnsanlara 

sosial-mənəvi dəstək verilməsində, təhsil, mədəniyyət sahəsində uğurlar daha 

böyükdür. Hakimiyyətin düşünülmüş siyasəti nəticəsində Azərbaycan həm 

iqtisadi, həm siyasi cəhətdən sabit və təhlükəsiz bir məkana çevrilmişdir. 

Azərbaycanda formalaşan və artıq beynəlxalq güclər tərəfindən də qəbul edilən 

davamlı, dayanıqlı iqtisadi inkişaf modelinin əsas gücü ondadır ki, xalq onu 

bəyənir və dəstəkləyir. Bu modelin reallaşdırılması nəticəsində ölkəmiz güclü 

dövlətə çevrilmişdir. Məhz bunun nəticəsində Azərbaycan beynəlxalq 

kürsülərdə öz sözünü deyir, müstəqil siyasət aparır və maraqlarını qoruya bilir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi və siyasi 

islahatlar nəticəsində ölkəmiz dünyada gedən riskli proseslərdən özünü qoruya 

bilmiş, dünya böhranından sonra dinamik inkişafını davam etdirmişdir. Onun 

rəhbərliyi dövründə ölkənin enerji təhlükəsizliyi tam təmin edilmiş və etibarlı 

energetika sistemi yaradılmışdır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin 




 

86 


 

imzalanması ilə ölkəmizin iqtisadiyyatında başlanan canlanma nəticəsində yeni 

neft və neft-qaz müqavilələri imzalanmış, enerji ixracı marşrutları 

reallaşdırılmışdır. Bu sahədə “Bakı  –­Tbilisi – Ceyhan” neft kəməri xüsusi 

əhəmiyyətə malikdir. Əgər “Əsrin müqaviləsi” kimi nəhəng kontraktın 

imzalanması müstəqillik illərinin enerji tarixinin ilk əsas səhifəsini təşkil edirsə 

“Bakı – Tbilisi – Ceyhan”ın inşası bu tarixin yeni və şərəfli bir səhifəsidir. 

Bunun ardınca qaz ixracının əsas marşrutu olan Bakı – Tbilisi – Ərzurum 

(Cənubi Qafqaz) boru kəməri işə salınmışdır. Hazırda ölkəmizdən neft və qazın 

ixracını təmin edən 7 kəmər mövcuddur. Avropada ən iri infrastruktur 

layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sona çatır. Dörd 

layihədən ibarət olan bu meqalayihə artıq yekunlaşmaq mərhələsindədir. Dörd 

layihədən üçü istifadəyə verilib. Ötən il TANAP və Cənubi Qafqaz dəhlizinin 

açılışı olmuşdur. Ölkədə aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində 

Azərbaycan nəinki bölgədə, eləcə də Avrasiya məkanında nəqliyyat mərkəzinə 

çevrilib. Bakı – Tbilisi – Qars dəmir yolunun işə salınması tarixi hadisədir. 

Bununla yanaşı Şimal – Cənub nəqliyyat dəhlizinin yaradılması xüsusi 

əhəmiyyət kəsb edir. Bu gün Şərq – Qərb və Şimal – Cənub nəqliyyat 

dəhlizlərində birləşən ölkələrin sayı artmaqda davam edir. Bu səbəbdən də 

Azərbaycan Avrasiyada çox böyük strateji nəqliyyat mərkəzinə çevrilmişdir. 

Heç şübhəsiz, ölkə iqtisadiyyatının davamlı inkişaf modelinə transformasiya 

olunması, dayanıqlı və tarazlı inkişaf, makroiqtisadi sabitləşmə mexanizminin 

qurulması bu dövrün ən möhtəşəm uğurlarından biri kimi qeyd olunmalıdır. Bu 

baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan 

etdiyi “Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır” ifadəsi çox 

möhtəşəm səslənir və opponentlərə qarşı ortaya qoyulan fundamental, 

təkzibedilməz bir reallıqdır. Beynəlxalq maliyyə institutları Azərbaycan 

iqtisadiyyatının 2019-cu və sonrakı illərdə iqtisadi vəziyyətinə dair yeni 

proqnozlarını açıqlayıb. Üç beynəlxalq maliyyə təşkilatı – Dünya Bankı, 

Beynəlxalq Valyuta Fondu və Asiya İnkişaf Bankının ekspertlərinin açıqladığı 

hesabatlarında Azərbaycan iqtisadiyyatının gələn il və yaxın ortamüddətli 

dövrdə dayanıqlılığının qorunub saxlanacağı, qeyri-neft iqtisadiyyatında 

inkişafın sürətlənəcəyinə dair nikbin proqnozlar öz əksini tapıb. Dünya Bankının 

Avropa və Mərkəzi Asiya regionu üzrə iqtisadi mərkəzinin təmsilçisi Hons 

Timmer bildirib ki, Azərbaycanda 2019–2020-ci illərdə ÜDM-in orta illik tempi 

3% səviyyəsində proqnozlaşdırılır. Hesabata əsasən 2019-cu ildə ÜDM-in artımı 

2,8%, 2020-ci ildə – 3,8%, 2021-ci ildə 3,7% təşkil edəcəkdir. Proqnozlara 

əsasən növbəti illərdə ölkədə iqtisadi artımın əsas mənbəyi qeyri-neft 




 

87 


 

sektorudur. Həmin sektorun payı ÜDM-də 60 faizdən yüksək olacaq. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqlı olaraq qeyd 

edir ki, qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun 

nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi 

tanınır. Bu tendensiya investisiyaların həcminin artmasına müsbət təsir 

edəcəkdir. Növbəti illərdə inflyasiya 4–6% civarında proqnozlaşdırılır. 2019-cu 

ildə tədiyyə balansının yaxşılaşacağı, 2020-ci ildə isə ixracın daha da artması 

hesabına müsbət saldonun yüksələcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondunun 

“Qafqaz və Mərkəzi Asiya” üzrə regional iqtisadi proqnoz hesabatlarında 

bildirilir ki, 2019-cu ildə qeyri-neft sektoru üzrə artım 2,8%, 2020-ci ildə isə 

daha da çox olacaqdır. Həmin fondun məlumatlarına görə 2019-cu ildə 

Azərbaycanda həm yerli, həm də xarici investisiyaların qoyuluşu artacaq, 

maliyyə bazarındakı vəziyyət tədiyyə balansını yaxşılaşdıracaq, Mərkəzi Bankın 

strateji valyuta ehtiyatları artaraq 6-7 milyard dollara çatacaqdır. Real iqtisadi 

artıma və davamlı inkişafa köklənmiş bu proqnozlar, sözsüz ki, maliyyə 

sektorunun da davamlı inkişaf proqnozlarını şərtləndirir. Belə ki, 2020-ci ildə 

dövlət büdcəsinin gəlirləri 24484,0 mln.manat məbləğində proqnozlaşdırılır ki, 

bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1316,0 mln. manat 

və ya 5,7 faiz çoxdur. Büdcə gəlirlərinin tərkibinə qeyri-neft gəlirləri (10536,5 

mln. manat) 43 faiz, neft gəlirləri (13847,5 mln. manat, o cümlədən, Dövlət Neft 

Fondundan transfert 11767,5 mln. manat) isə 57 faiz təşkil edəcəkdir. Qeyd edək 

ki, 2020-ci il üzrə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirləri 

cari ilə nisbətən 1068,8 mln. manat və ya 11,3 faiz çoxdur. 2020-ci il dövlət 

büdcəsinin kəsirinin 1133,7 mln.manat olması planlaşdırılır ki, bu da carı ilin 

göstəricisindən 888,3 mln. manat və ya 43,9 faiz azdır. 2020-ci ildə 

Azərbaycanın dövlət büdcəsinin xərcləri 25 mlrd. 617 mln.manat təşkil edəcək

2019-cu illə müqayisədə bu göstərici 427,7 mln. manat çoxdur. Sosialyönümlü 

xərclər dövlət büdcəsinin 40,7%-ni təşkil edəcəkdir, bu da 2019-cu ilin analoji 

göstəricisindən 2662,2 mln. manat, yaxud 9 faiz çoxdur. Göstərək ki, 

əməkhaqlarının ödənilməsi 6723,4 mln. manat, pensiya və sosial müavinətlərin 

ödənilməsinə 3213,4 mln. manat, icbari tibbi sığortanın tətbiqinə 902,9 mln. 

manat xərclənəcəkdir.  2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1133,7 mln. 

manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən 888,3 mln. manat 

və ya 43,9 faiz azdır. Ənənəvi olaraq, kəsirin maliyyələşdirilməsi xaricdən cəlb 

edilən kreditlər, daxili borclanma, o cümlədən, qiymətli kağızların buraxılışı, 

özəlləşdirmədən daxilolmalar və vahid xəzinə hesabının qalığı hesabına 

aparılacaqdır. Təqdirəlayiq haldır ki, ölkəmiz xarici dövlət borclarının ÜDM-in 




 

88 


 

tərkibində tutduğu xüsusi çəkisinin az olması baxımından dünya ölkələri 

içərisində ilk onluqda qərarlaşmışdır. Bu da gələcək nəsillərin üzərinə artıq yük 

qoyulmaması üçün müsbət bir göstəricidir. 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin