Sual 2. Müstəqil Azərbaycanın iqtisadi inkişafının əsas mərhələləri.
Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın müstəqilliyinə yenidən
qovuşması ilə nəticələnən planlı iqtisadiyyatın Azərbaycan iqtisadiyyatına miras
4
qoyduğu problemlər aşağıdakı şəkildə sıralana bilər: 1. İqtisadi strukturun
sağlam olmaması. 2. İstehsal gücünün regional və sektoral bölgüsünün bərabər
olmaması. 3. İstehsal edilən malların həm keyfiyyətinin aşağı olması, həm də
adam başına düşən miqdarın Sovet İttifaqından iki qat az olması. 1990-cı illərın
əvvəllərində Azərbaycanda istehlakın sadəcə 50%-i daxili istehsaldan əldə
edilmişdir. 4. İqtisadi strukturun sağlam olmaması nəticəsində Azərbaycanın
xarici ticarətində 1980-ci illərın sonlarında ixrac idxaldan 30-40% artıq
olmuşdur. İqtisadi cəhətdən müsbət qiymətləndirilməli olan bu vəziyyət, ölkənin
ərazi və coğrafi quruluşunun uyğun olmaması baxımından arzu edilməz bir
vəziyyət idi. Belə ki, xam maddə və ara malların ixracın 55-60%-ni təşkil
etməsi, ümimilikdə isə idxal və ixracın 45-50%-nin Rusiya ilə həyata
keçirilməsi, daha sonra iqtisadi inkişafın ləngiməsinə səbəb olmuşdur.
İqtisadiyyatın ümumi balansı üçün lazımi islahatların həyata keçirilməməsi,
dövlət büdcəsinin böyük bir hissəsinin müharibə üçün xərclənməsi, torpaqlarının
20%-i işğal edilərək 1 milyondan çox əhalinin qaçqın vəziyyətinə düşməsi,
xarici sərmayənin ölkə iqtisadiyyatına çəkilə bilməməsi və özəlləşdirmənin
sənaye sektorunda faktiki olaraq başlaadıla bilməməsi kimi çatışmamazlıqlar
Azərbaycan iqtisadiyyatını ciddi bir böhrana aparmışdır. Sərbəst bazar
iqtisadiyyatına keçidə dair strategiyanın müəyyənləşdirilməməsi səbəbiylə, bu
illərdə həyata keçirilməyə çalışılan iqtisadi qərarlar da birbiri ilə uyğun
gəlməyən xarakter daşımışdır. Seçkilər nəticəsində 1993-cü ilin yayında 30 ildən
çox idarəçilik təcrübəsi olan Heydər Əliyev cənablarının Azərbaycan
Respublikasının prezidenti seçilməsi ilə birlikdə Azərbaycan idarəçiliyində
nəzərə çarpacaq dəyişikliklər olmuşdur. Həmin tarixdən etibarən hüqüqi
islahatların həyata keçirilməsi sürət qazanmışdır. Bu dövrdə iqtisadiyyatda
mənfiyə doğru gedişi dayandırmaq üçün iqtisadi islahatlar proqramı
hazırlanarkən, stratejik iqtisadi inkişaf yolunda da modellər hazırlanmağa
çalışılmışdır. Dövrün tələbinə uyğun olaraq iqtisadiyyatda sərbəst bazarın
təşəkkül etdirilməsi, özəlləşdirmə və özəl sahibkarlığın inkişaf etdirilməsi, yeni
iqtisadi strukturun, gömrük, vergi və maliyyə sisteminin yenidən qurulması,
ticarətin liberallaşdırılması, torpaq və kənd təsərrüfatı islahatlarının həyata
keçirilməsi, xalqın sosial imkanlarının artırılması, təhsil və səhiyyə şərtlərinin
inkişaf etdirilməsi üçün lazımi hüquqi infrastrukturun yaradılması məqsədi ilə
mühüm qanunlar qəbul edilmişdir. İqtisadi keçid prosesinin bu dövründə üç əsas
məqsəd istiqamətində nəticələr əldə edilməsi nəzərdə tutulmuşdur:
1. Ölkənin təbii ehtiyatlarının istismarı və istifadəsinin əldə edilməsi
5
2. Liberal-demokratik bazar prinsiplərinə müvafiq iqtisadi strukturun
yaradılmasına cəhd edilməsi
3. Dünya iqtisadiyyatı ilə qlobal və regional iqtisadi inteqrasiyanın həyata
keçirilməsinə cəhd edilməsi
Struktur dəyişikliyinə dair qəbul edilən qərarların da təsiriylə bu dövrdə
meydana gələn irəliləyişlər əsas olaraq belə sıralana bilər:
1. Ölkə iqtisadiyyatında stabillik əldə edilmiş,
2. Ölkənin mühüm təbii ehtiyatlarını aktivləşdirmək strategiyası istiqamətində
böyük nəaliyyətlər əldə edilmiş,
3. Torpağın özəl mülkiyyətə verilməsi ilə Azərbaycan kəndlərində yeni bir
sosio-iqtisadi vəziyyət yaradılmış
4. İqtisadiyyatda liberallıq əldə edilməsi, xarici əlaqələrin inkişaf etdirilməsi və
xarici investorların özəlləşdirməyə qoşulmasının əldə edilməsi ilə iqtisadi
inkişaf yolunda təməl, mütəmadi və əhəmiyyətli bir qaynaq əldə edilmişdir.
2003-ci ildən sonrakı dövr müstəqillikdən sonrakı üçüncü dövr olaraq-
dəyərləndirilə-bilər. Heydər Əliyev məktəbinin davamçısı İlham Əliyevi
hakimiyyətə gəlməsi ilə siyasi və iqtisadi kurs daha da möhkəm təməllərlə
Azərbaycanın inkişafına tövhə vermişdi.
Bu dövrdə;
1. İqtisadi böyümənin sürət qazanaraq davam etdirilməsi və iqtisadi siyasətlərin
gücləndirilməsi,
2. İkinci dövlət özəlləşdirmə proqramının qəbul edilməsi ilə enerji sektorunun
yenidən qurulması və həcminin artırılması,
3. Əldə edilən irəliləyişə görə, iqtisadi siyasətlərin sosial istiqamətinin
gücləndirilməsi, sosial rifah səviyyəsinin artırılması, bunun tərkibində cari
perspektivdə hökümətin iqtisadi siyasətində enerji sektorunun sürətlə inkişafı
nəticəsində əldə edilən qaynaqların digər sektorlara istiqamətləndirilməsi,
reallaşdırılması kimi mühüm məqsədlər qarşıda dururdu.
Bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan dövləti bazar iqtisadi
sistemini formalaşdırmaq və inkişaf etdirmək üçün azad salıibkarlığm inkişafına
lazım olan şəraiti yaratmışdır. Ona görə ki, azad sahibkarlıq bazar iqtisadi
6
sisteminin əsasmı təşkil edir. Azad sahibkarlıq isə iqtisadi azadlığa əsaslanır.
İqtisadi cəhətdən azad olmaq üçün aşağıdakı şərtlər lazımdır:
• İqtisadi fəaliyyətlə məşğul olmaq istəyənlər və cəmiyyətin qalan üzvləri şəxsən
azad olmalıdır ki, onlar istədikləri kimi fəaliyyət göstərə bilsinlər.
• İqtisadi azadlığı təmin edən hüquqi aktlar, qanunlar olmalıdır.
• İqtisadi fəaliyyətlə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər istehsalm
maddi amilinin (istehsal vasitələrinin) sahibi, mülkiyyətçisi və tələb olunan
miqdarda pul sərvətinə malik olmahdır. Bu isə öz başlanğıcım ilkin kapital
yığımı prosesindən götürüb.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yuxarıda göstərilən üç şərtin
birinci və ikincisinin təmin edilməsi Azərbaycan dövləti üçün elə bir çətinlik
törətməmiş və qısa müddətdə onlara nail olunmuşdur. Belə ki, dövlət sistem
dağılan kimi Azərbaycan özünün müstəqilliyini və Azərbaycanm sovet iqtisadi
sistemindən bazar iqtisadi sisteminə keçməyi strateji məqsədi olduğunu bəyan
etdi. Bununla da Azərbaycanda söz, mətbuat və başqa sahələrdə azadlıqla
bərabər iqtisadi fəaliyyət azadhğı üçün də əlverişli şərait yaradıldı. Bazar
iqtisadiyyatına keçid dövründə azad sahibkarlığın inkişafı. Keçid dövrünün
başlanğıcında azad sahibkarlığın hüquqi əsaslarınm yaradılması da nisbətən qısa
müddətdə və heç bir müqavimətə rast gəlmədən öz həllini tapmışdır. Məsələn,
1992-ci ildə «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının
Qanunu qəbul edildikdən sonra sahibkarlığın inkişafma yol açan Azərbaycan
Konstitusiyası qəbul olundu. Azərbaycan Respublikasında 1995-ci ildə dövlət
mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı qəbul edildi və sonra bu
proqrama qanun statusu verildi, «Aqrar islahatın əsasları ha- qqmda» və
«Sovxoz və kolxozların islahata haqqında», «Torpaq islahata haqqında»
Azərbaycan Respublikasmm qanunları qəbul edildi. Bunlarla yanaşı,
sahibkarlığın inkişafma kömək məqsədilə Azərbaycan prezidentinin bir neçə
fərmanı olmuş və onun təşəbbüsü ilə 1994-cü ilin sentyabr aymda Bakıda
«Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma» mövzusunda beynəlxalq
konfrans keçirilmiş, 1995-ci ildə Londonda Adam Smit İnstitutimda konfrans və
Bakıda Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə həsr olunmuş beynəlxalq
konfrans, sahibkarlarla görüş və s. bu kimi çoxsaylı tədbirlər Azərbaycanda
sahibkarhq fəaliyyətinin formalaşması və inkişafında böyük rol oynamış və
oynayacaqdır. Sonrakı illərdə də bu sahədə çoxlu qanunlar, fərmanlar və başqa
7
hüquqi sənədlər qəbul edilmiş və sahibkarlıq fəaliyyətinin genişlənməsi üçün
zəruri olan hüquqi baza yaradılmışdır.
Dostları ilə paylaş: |