Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»


Sual 6. Milli bazar və onun quruluşu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   2   3   4   5   6   7   8   9   ...   33
Azərbaycan İqtisadiyyatı

Sual 6. Milli bazar və onun quruluşu. 

Milli bazar əmtəə istehsalı ilə əlaqədardır. Başqa sözlə, bazar əmtəə 

istehsalından törəmədir. Harada əmtəə istehsalı varsa, orada bazarın olması 

zəruridir. Bazarın həcmi əmtəə istehsalının səviyyəsindən asılıdır. Məsələn, 

quldarlıq və feodalizm cəmiyyətlərində təsərrüfatın əsas forması natural 

təsərrüfat olduğundan bazarın da həcmi kiçik olmuşdur. Lakin əmtəə təsərrüfatı 

natural təsərrüfatdan iqtisadi cəhət dən üstün olduğundan tədriclə inkişaf etmiş 

və təsərrüfatın hakim formasına çevrilmişdir. Məhz bazar iqtisadi sistemi nin 

əsası əmtəə istehsalıdır, bu sistemdə amtəə təsərrüfatı yüksək səviyyədə inkişaf 

etdiyinə görə bazarın da ona uyğun istiqamətdə inkişaf etməsi təbii və iqtisadi 

qanunauyğunlu qdur. Bu iqtisadi qanunauyğunluq xarici bazarın forma laşması 

və inkişafına da aiddir. İctimai əmək bölgüsünün bir neçə formaları vardır. 

Bunlardan biri də beynəlxalq əmək bölgüsüdür. Beynəlxalq əmək bölgüsü 

beynəlxalq dairədə əmək fəaliyyətinin ixtisas laşdırılmasının və 

kooperasiyalaşdırılmasının təzahürüdür. Xarici bazarın əsas cəhəti də budur. 

Başqa sözlə, əmtəə is tehsalının əsas cəhəti ictimai əmək bölgüsü olduğu kimi 

beynəlxalq əmtəə və xidmət tədavülünün də əsas cəhəti bey nəlxalq əmək 

bölgüsüdür. Bunu şərtləndirən əsas cəhət isə müxtəlif ölkələrdə təbii iqlim 

şəraitinin və istehsalın amillə rinin müxtəlif səviyyələrdə olmasıdır. Bir haldakı 

beynəlxalq miqyasda istehsalın ixtisaslaşması var, deməli, beynəlxalq bazarın da 

olması zəruridir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həm 

beynəlxalq əmək bölgüsündə iştirak etməyə məhkumdur, həm də bunun üçün 




 

14 


 

əlverişli şərait yaranmışdır. Məhkum dur ona görə ki, beynəlxalq əmək bölgüsü 

qapalılıq və milli iqtisadiyyatın əlahəddiliyi ilə bir yerə sığmır. Bu prosesdə 

əlverişli şəraitin yaranması Azərbaycanın müstəqil dövlət olması ilə əlaqədardır. 

Çünki sovet hakimiyyəti illərində Azərbaycan müstəqil dövlət olmadığından 

dünya təsərrüfat sisteminin subyekti kimi çıxış edə bilməzdi. Azərbaycanın 

beynəlxalq əmək bölgüsündə fəal iştirak etməsi xarici dövlətlərdən mütərəqqi 

texnika və texnologiya gətirməyə, bu prosesə yüksək ixtisaslı mütəxəssislərin 

cəlb edilməsinə əlverişli şərait yaradır. Bu amil istehsalın struk turunu 

təkmilləşdirməyə, əlavə iş yerlərinin açılmasına, öl kənin valyuta gəlirlərinin 

artırılmasına imkan yaradır. Bun lar Azərbaycanın sağlam milli iqtisadiyyatının 

formalaşma sı və inkişafını təmin edən amillərdir. Bunun özü isə Azərbaycanı 

Dünya İqtisadi Birliyinə səmərəli şəkildə inteqrasiya olunmağa imkan yaradır. 

Bunlar qarşılıqlı vəhdətdədir və biri digərini şərtləndirir.Dövlətlər bu neft boru 

kəmərinin çəkilməsinə mane olmağa çalışsalar da, öz məqsədlərinə nail ola 

bilmədilər. 18 noyabr 2007-ci ildə Bakıda toplaşan türk dövlətlərinin əməkdaşlıq 

və dostluq qurultayında Azərbaycanın prezidenti İ.Əliyev demişdir ki, indiyə 

qədər bizim Avropa bazarlarına çıxışı mız yox idi, indi isə türk qardaşlarımız 

bizə bu yolu vermiş dir. Bundan iki gün sonra Gürcüstanda üç dövlətin Azər 

baycan, Türkiyə və Gürcüstanın prezidentləri Bakı-Tiflis Qars dəmir yolu 

layihəsinin bağlanmasının əsasını qoydu lar. Bundan sonra Bakı-Tiflis-Ərzurum 

qaz boru kəmərinin çəkilişinin reallaşdırılması işinə başlanacaqdır. Bütün bun 

lar «Qədim ipək yolunun» bərpası deməkdir və bura istəni lən dövlət daxil ola 

bilər. Bu tədbirlərin həyata keçirilməsi adi çəkilən dövlətlərin deyil, bütün dünya 

dövlətlərinin iqti sadiyyatının inkişafında və Qafqazda əmin-amanlığın, sa 

bitliyin yaranmasında böyük əhəmiyyəti vardır. Təəssüf ki, Ermənistanın 

təcavüzkar siyasətini müdafiə edən dövlətlərin ədalətsizliyi bu prosesə mənfi 

təsir göstərir. Bu ilk növbədə Ermənistanın özünə ağır iqtisadi zərbə vurmuşdur. 

Belə ki, o bu layihələrdən kənardan qaldığı üçün iqtisadiyyatı iflic vəziyyətinə 

düşmüşdür. Lakin buna baxmayaraq Gürcü standa Bakı-Tiflis-Qars dəmir yolu 

layihəsinin təməli qoy ulma mərasimindəki nitqində Türkiyyə prezidenti 

Abdullah Gül Ermənistan təcəvüzkarlıq siyasətini dayandırarsa onun da bu 

layihədə iştirak etməyinə şərait yaradılacağına bəyan etmişdir. İstər ictimai 

əmək bölgüsü və istərsə də onun təzahür forması kimi iqtisadiyyatın strukturu 

əsasən ölkənin təbii potensialına və bu potensialın səmərəli şəkildə təsərrüfat və 

bazar dövriyyəsinə cəlb edilməsinə əsaslanır. Təbii sərvətlər ölkə ərazisində 

onların müxtəlif növlərinin çoxluğu və on lardan istifadə imkanları iqtisadi 

strukturların (təsərrüfat strukturlarına) formalaşmasına ciddi təsir göstərir. Təbii 




 

15 


 

potensiala əsaslanmaqla, ilk növbədə sənaye sahələrinin strukturu formalaşır və 

iqtisadiyyatın digər sahələrində də. Azərbaycan müstəqil bir ölkə kimi 

beynəlxalq əmək bölgüsü sisteminə qoşulmağa və dünya bazarına çıxmağa 

imkan bilən bir neçə istiqamətdə «müqayisəli verə üstünlüyə malikdir. Bu 

üstünlüklər aşağıdakılardan ibarət dir: 1) zəngin neft ehtiyatlarının olması; 2) 

əlverişli geopoli tik məkanda yerləşməsi; 3) ildə bir neçə dəfə müxtəlif növ 

məhsul götürməyə imkan verən əlverişli iqlimin olması; 4) ucuz işçi qüvvəsinin 

olması və s. Azərbaycanın milli bazarının formalaşması və inkişa fina onun 

əlverişli coğrafi mövqedə yerləşməsi müsbət təsir göstərən amillərdəndir. 

Azərbaycan dövləti bundan istifadə edərək nəqliyyat növlərinin bazar 

strukturunu formalaş dırmaqla yanaşı «Qədim ipək yolunun» üzərində yerləşən 

bir ölkə kimi özünün yeni beynəlxalq infrastrukturlarını da formalaşdırmalıdır. 

Bu sahədə Azərbaycan dövləti XXI əs rin əvvələrində regionlar və beynəlxalq 

əhəmiyyətli bir neçə layihələr işləyib hazırlınmış və uğurla həyata keçirmişdir. 

Bunlardan biri «Bakı-Tiflis-Ceyhan» neft boru kəmərinin işə düşməsidir. Bu 

nəinki Azərbaycan neftinin dünya baza rına çıxarılmasında, habelə Orta 

Asiyadakı türk dilli dövlət lərin neftinin Avropa bazarlarına çıxarılmasında 

böyük əhəmiyyət kəsb edir. Azərbaycan dövlətinin əsas vəzifələrindən biri 

beynəlxalq əmək bölgüsündə fəal iştirak etmək və xarici bazarın 

üstünlüklərindən istifadə edərək sovet dövründə mənfi isti qamətdə formalaşmış 

istehsalın strukturunu yenidən Azər baycanın milli mənafeyinə uyğun 

formalaşdırmaqdır. Bu sahədə gecikmə Azərbaycanın sağlam milli 

iqtisadiyyatının formalaşmasının ləngiməsi və bir çox xoşagəlməz fəsadların 

meydana çıxması ilə nəticələnə bilər. Bunu dərk edən Azerbaycan dövləti 

Azərbaycanın xarici iqtisadi əlaqələrini ge nişləndirmək, dünya dövlətləri ilə 

ticarət əlaqələri yaratmaq la çətin vəziyyəti aradan qaldırmağa üstünlük 

vermişdir. Lakin müstəqillik dövründən 18-19 il keçsə də, xalq təsərrü fatının 

əsas sahələrində köklü struktur dəyişiklikləri istəni lən səviyyədə deyil. 

Azərbaycanın beynəlxalq əmək bölgüsündə iştirak et məkdə və dünya bazarına 

qovuşmaqda məqsədi bu amildən istifadə edərək istehsalın aşağıdakı optimal 

strukturunu qurmaqdır. Bunlar aşağıdakılardır: 1) bazar iqtisadiyyatına keçidi; 

2) milli bazarın formalaşmasını; 3) iqtisadiyyatın müstəqil inkişafını; 4) təkrar 

istehsal prosesini; 5) beynəl xalq əmək bölgüsünün üstüklüklərindən istifadə 

etməni; və 6) ölkənin malik olduğu mütləq üstün sahələrinin inkişafına təminat 

verən bir struktur olmalıdır; 7) o ölkənin seçmiş ol duğu sosial-iqtisadi inkişaf 

modelinin reallaşdırılmasını tə min etməlidir; 8) ölkənin mövcud potensial 

imkanından isti fadə etməyə təminat yaradan struktur yaradılmalıdır; 9) 




 

16 


 

bütövlükdə cəmiyyətdə əhalinin həyat səviyyəsinin yüksəl dilməsi, nəhayət; 10) 

ölkənin müdafiə qabiliyyətinin artırılmasını təmin edə bilən bir struktur 

olmalıdır. 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin