Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»


Sual 29. Azərbaycanın regional proseslerinde iştirakı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə33/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   25   26   27   28   29   30   31   32   33
Azərbaycan İqtisadiyyatı

Sual 29. Azərbaycanın regional proseslerinde iştirakı. 

İkitərəfli münasibətlər. Azərbaycan ayrı-ayrı xarici dövlətlər, o cümlədən, qonşu 

ölkələrlə ikitərəfli münasibətlərinə xüsusi əhəmiyyət verir. Azərbaycan 

Respublikasının müstəqilliyini tanımış ilk dövlət olan və bu-günədək 

Azərbaycanın mövqeyini dəstəkləməkdə davam edən Türkiyə Cümhuriyyəti ilə 

münasibətlər son dərəcə mühümdür. Etnik, mədəniyyət və dil baxımından bir-

birilə sıx bağlı olan bu iki ölkə arasında qarşılıqlı münasibətlər strateji 

əməkdaşlıq səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. 

Azərbaycan və Türkiyənin bölgədə geosiyasi və iqtisadi vəziyyətin inkişafına, 

transregional iqtisadi layihələrin gerçəkləşdirilməsinə münasibəti, eləcə də rəsmi 

Ankaranın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldilmiş səyləri, 

müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində atdığı addımlar da daxil olmaqla, 

onların mövqelərinin tam uyğunluğunu və bu iki ölkə arasında əməkdaşlığın 

keyfiyyət səviyyəsini nümayiş etdirir. Rusiyanın Cənubi Qafqazda güclü 

nüfuzunu nəzərə alan Azərbaycan özünün xarici siyasətində şimal istiqamətinə 

xüsusi diqqət verir. Bölgədə gərginliyin azaldılması və mehriban qonşuluq 

şəraitinin yaradılması naminə səylər göstərən Azərbaycan Rusiya ilə iqtisadi, 

siyasi-ictimai və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da 

genişləndirilməsinin tərəfdarıdır. Bu mənada, hər iki ölkə prezidentlərinin 

qarşılıqlı səfərləri, Xəzər dənizinin milli sektorlara bölünməsi üzrə Azərbaycan-

Rusiya sazişi, eləcə də hər iki tərəfin təhlükəsizliyinin təmin edilməsi də daxil 

olmaqla, müxtəlif sahələr üzrə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Tarix 

və mədəniyyət sahələrində zəngin müştərək irsə malik Azərbaycanla İran 

arasında münasibətlər Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən 

biridir. Müstəqilliyinin ilk günlərindən Azərbaycan qonşu İranla siyasi-iqtisadi 

və mədəni sahələrdə qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsinə çalışır. 

Azərbaycanla oxşar maraqları olan Gürcüstan və Ukrayna ilə əməkdaşlıq və 

tərəfdaşlığın hərtərəfli intensivləşməsi ölkə üçün mühüm əhəmiyyət kəsb edir. 

Azərbaycanın bu dövlətlərlə ümumi maraqlarının mövcudluğu, Xəzərin 

karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılması və Avropanı Asiya 

ilə birləşdirmək üçün tarixi "İpək Yolu"nun bərpası, eləcə də ümumi 

təhlükəsizliyə təminat verən birgə transregional layihələrdə iştirakı bu 




 

89 


 

münasibətlərin mühümlüyünün göstəricisidir. Mərkəzi Asiya ölkələri ilə 

münasibətlər də Azərbaycanın xarici əlaqələr sistemində əhəmiyyətli yer tutur. 

Azərbaycanın əsas iştirakçılarından biri olduğu layihələrə Mərkəzi Asiya 

dövlətlərinin qoşulması onların Avropa məkanına və bazarlarına çıxması üçün 

imkan yaradır və Azərbaycan bu işdə etibarlı körpü rolunu oynayır. 

Azərbaycanın qonşu olmayan dövlətlərlə münasibətləri. Azərbaycanın onunla 

bilavasitə qonşu olmayan inkişaf etmiş Qərb dövlətləri ilə münasibətləri xarici 

siyasətdə ən mühüm yerlərdən birini tutur. Azərbaycan öz təhlükəsizliyi, ərazi 

bütövlüyü və müstəqilliyini qorumaq imkanlarmı möhkəmləndirmək naminə 

Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir. Bu 

münasibətlərin inkişafı Azərbaycanın iqtisadi və siyasi tərəqqisinə, Xəzərdə neft 

və qaz layihələrinin gerçəkləşdirilməsinə, Şərqlə Qərbi birləşdirən transregional 

dəhlizlərin yaradılmasına təkan verir. Azərbaycanla ABŞ arasında əməkdaşlıq 

ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının başlıca elementi kimi çıxış edir. 

Müasir dünyada beynəlxalq təhlükəsizliyi sarsıdan yeni təhdidlərin yaranması 

Azərbaycanla ABŞ arasında əməkdaşlığı daha da möhkəmləndirmişdir. 

Azərbaycanın Qərbi Avropa dövlətləri ilə münasibətləri xüsusi əhəmiyyət kəsb 

edir. Bu münasibətlərin inkişafı dövlət və özəl sektorda əsaslı islahatların həyata 

keçirilməsinə və xarici sərmayələrin cəlb edilməsinə müsbət təsir göstərir. Qərbi 

Avropa ölkələri Azərbaycan üçün əsas ixrac bazarı kimi çıxış edir. Bundan 

əlavə, Azərbaycan ölkədə vətəndaş cəmiyyətinin təşəkkülü prosesində Qərbi 

Avropa ölkələri ilə faydalı əməkdaşlıqdan bəhrələnir. Uzaq Şərqin qabaqcıl 

dövlətləri olan Çin və Yaponiya ilə qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanı 

"İpək Yolu" layihəsinin gerçəkləşdirilməsində daha fəal çıxış etməyə sövq edir. 

Çinin artan beynəlxalq nüfuzu və Avrasiyada onun mövqelərinin 

möhkəmlənməsi Azərbaycan-Çin münasibətlərinin intensivləşməsinə təkan 

vermişdir. Yaponiyanın Azərbaycandakı iqtisadi layihələrə fəal qoşulması və 

ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə olan qarşılıqlı marağı 

Azərbaycan-Yaponiya münasibətlərinin genişlənməsi üçün əlverişli zəmin 

yaratmışdır. Cənub-Şərqi və Cənubi Asiyada yeni iqtisadi və siyasi güc 

mərkəzlərinin təşəkkülü Azərbaycanın xarici siyasətinin bu istiqamətə 

marağının artmasına səbəb olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin 

həllində Azərbaycanın mövqeyini beynəlxalq səviyyədə tam dəstəkləyən 

Pakistanla münasibətlər tərəfdaşlıq, Hindistanla isə əməkdaşlıq səviyyəsində 

qurulmuşdur. Azərbaycanın Yaxın və Orta Şərq dövlətləri ilə münasibətləri də 

böyük perspektivə malikdir. Bu münasibətlər Yaxın və Orta Şərqin geosiyasi 

əhəmiyyəti, zəngin enerji ehtiyatları və bu bölgədə böyük sərmayə potensialının 




 

90 


 

mövcudluğu əsasında qurulur. Azərbaycan bu bölgə ölkələrinin ticarət, texnoloji 

və maliyyə imkanlarından istifadə etməklə, Yaxın və Orta Şərq dövlətləri ilə 

qarşılıqlı faydalı münasibətləri genişləndirir. Beləliklə, Azərbaycan 

Respublikasının xarici siyasəti Azərbaycan xalqının təhlükəsiz gələcəyinin 

təminatına, Xəzər-Qafqaz bölgəsində Azərbaycanın ən mühüm ölkəyə 

çevrilməsinə yönəlmişdir. Hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 

57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş 

konsulluğu, 7 təmsilçilik ofisi və 11 fəxri konsulluğu fəaliyyət göstərir. 

Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 

20 beynəlxalq çoxtərəfli əməkdaşlıq və münasibətlər. Azərbaycan Respublikası 

müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş 

Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa 

Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda 

digər təşkilatlara üzv olmuşdur. Azərbaycan həmçinin NATO və Avropa Birliyi 

kimi qurumlarla əməkdaşlığı, eləcə də anti-terror koalisiyası tərkibində 

fəaliyyəti durmadan inkişaf etdirir. Azərbaycan Respublikası həm də GUAM 

regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional 

təşəbbüslərdə iştirakı ilə Azərbaycan Respublikası öz milli maraqlarını 

gerçəkləşdirir. Azərbaycan - BMT. Azərbaycan Respublikası öz xarici 

siyasətində 1992-ci ildən üzv olduğu BMT- yə müstəsna əhəmiyyətli universal 

beynəlxalq təşkilat kimi yanaşır. Bu mənada, BMT TŞ-nın Ermənistan- 

Azərbaycan münaqişəsinə dair qətnamələrini, BMT-nin Qaçqınlar üzrə Ali 

Komissarlığının xəttilə Azərbaycan qaçqınları və məcburi köçkünlərinin ağır 

şəraitinin qismən yaxşılaşdırılmasına yönəldilmiş yardımlarını xüsusi qeyd 

etmək olar. Bundan əlavə, Azərbaycanın YUNESKO, YUNİSEF və BMT-nin 

digər ixtisaslaşdırılmış təşkilatları ilə əməkdaşlığı diqqətəlayiqdir. Azərbaycan - 

İƏT. 1991-ci ildə İKT-yə (İƏT) üzv olduqdan sonra Azərbaycan bu təşkilatın 

fəal iştirakçısına çevrilmişdir. İslam Konfransı Təşkilatı Ermənistanı təcavüzkar 

qismində tanıyan və pisləyən ilk beynəlxalq təşkilat olmuşdur. İƏT-in bu həyati 

əhəmiyyətli məsələyə dair aydın və ədalətli mövqeyi həmin təşkilatla 

münasibətlərin yüksələn xətlə inkişafına əlverişli zəmin yaratmışdır. 

Azərbaycan-ATƏT. Azərbaycan Respublikasının 1992-ci ildən üzv olduğu 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Avropa qitəsinin bütün 

ölkələrini əhatə edən yeganə təşkilatdır. Azərbaycan Respublikası təşkilatın əsas 

sənədləri olan ATƏM-in Helsinki Yekun Aktına (1992), Paris Xartiyasına və 

Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur (1999). Ermənistan-Azərbaycan 

münaqişəsinin həllində ATƏT çərçivəsində əməkdaşlıq Azərbaycan 




 

91 


 

Respublikasının xarici siyasətində xüsusi yer tutur. Azərbaycan ATƏT-lə 

həmçinin demokratikləşdirmə sahəsində də əməkdaşlıq edir. Buraya seçkilərin 

müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 

xəttilə həyata keçirilən layihələr və s. daxildir. Azərbaycan - Avropa Şurası. 

Azərbaycan Respublikası 2001-ci ildən üzv olduğu Avropa Şurası ilə 

əməkdaşlıqda öz milli qanunvericiliyinin yüksək beynəlxalq standartlara 

uyğunlaşdırılması istiqamətində tədbirlər görür. Belə ki, Azərbaycan milli 

qanunvericiliklərin demokratikləşdirilməsinə yardım göstərən AŞ-nın Venesiya 

Komissiyası ilə sıx əlaqələr qurmuş, Avropa Şurasının başlıca sənədi sayılan 

İnsan Hüquqdarı və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyası və onun 

Protokollarını 2001-ci il yanvarın 25-də imzalamış, 2002-ci il aprelin 15-də isə 

onları ratifikasiya etmişdir. Azərbaycanın nümayəndə heyəti Ermənistan-

Azərbaycan münaqişəsinə dair ədalətli mövqeyin formalaşdırılmasında Avropa 

Şurası çərçivəsində məqsədyönlü və məhsuldar fəaliyyət göstərir. Azərbaycan-

Avropa Birliyi. Azərbaycan Respublikası Avropa Birliyi ilə münasibətləri 

TACİS, TRACECA və s. proqramlar çərçivəsində inkişaf etdirir. Azərbaycan ilə 

Avropa Birliyi arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq 

sazişi 1999-cu ildən qüvvəyə minmişdır. 2004-cü ildə Avropa Birliyinin Şərqə 

doğru genişləndirilməsi ilə Azərbaycan Cənubi Qafqaz ölkəsi kimi 

"Genişləndirilmiş Avropa" təşəbbüsü çərçivəsində AB-nin "Yeni qonşuluq 

siyasəti"nə daxil edilmişdir. Bu, ölkənin Avropa Birliyi ilə əməkdaşlığını daha 

da inkişaf etdirərək keyfiyyətcə yeni mərhələ üçün zəmin yaradır. Azərbaycan-

NATO. Azərbaycan NATO-nun "Sülh naminə Tərəfdaşlıq" proqramına bu 

proqamın təqdim edildiyi ildən (1994) qoşulmaqla, Avro-Atlantika Tərəfdaşlıq 

Şurasında öz yerini tutmuşdur. Azərbaycanın Avro-Atlantika məkanında 

təhlükəsizliyinin başlıca elementlərindən olan NATO ilə münasibətlər bu 

dövrdən etibarən uğurla inkişaf etməkdədir. Planlaşdırma və analiz prosesi və 

Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan hərbiçiləri NATO-nun 

başçılığı ilə Kosovodakı sülhməramlı əməliyyatlarda iştirak etmişlər. 

Azərbaycan-Antiterror koalisiyası. Erməni terrorçuluğu timsalında bu bəlanın nə 

olduğunu tam dərk edən Azərbaycan 2001-ci il sentyabrın 11-dən ABŞ-ın 

rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının fəal üzvü kimi terrorçuluğun 

qlobal təhdidlərinə qarşı mübarizəyə qoşulmuşdur. Azərbaycanlı 

sülhməramlıları Əfqanıstan və İraqda həyata keçirilən əməliyyatlarda iştirak 

etmişlər. Azərbaycan-GUAM. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan 

ibarət transregional GUAM təsisçilərindən biri olan Azərbaycan bu qurumun 

vasitəsilə həm özü, həm də digər iştirakçı dövlətlər üçün mühüm əhəmiyyət kəsb 




 

92 


 

edən məsələlərdə səylərin birləşdirilməsi məqsədini daşıyır. Bu, münaqişələrin 

sülh yolu ilə həllində və separatizmlə mübarizədə qarşılıqlı fəaliyyət, sülhü 

təminetmə sahəsində əməkdaşlıq, səmərəli və təhlükəsiz nəqliyyat dəhlizlərinin 

inkişafında əməkdaşlıq, Avropa və trans- Atlantika qurumları ilə əməkdaşlıq və 

qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlıq kimi istiqamətləri əhatə edir, üzv 

ölkələrin və bütövlükdə bölgənin tərəqqisinə xidmət göstərir. Azərbaycan-

Müstəqil Dövlətlər Birliyi (MDB). 1993-cu ildən MDB-nin üzvü olan 

Azərbaycan bu təşkilat çərçivəsində öz müstəqilliyini möhkəmləndirmək və 

mehriban qonşuluq zonası yaratmaq məqsədi güdür. MDB həm-çinin ətraf 

mühitin qorunması, elmi və mədəni əməkdaşlıq, eləcə də qanunsuz dövriyyələrə 

və cinayətkarlığa qarşı mübarizədə səylərin əlaqələndiricisi kimi çıxış edir. 



 

 

Uğurlar diləyirəm bunu oxuyanlara. Hərşey yaxşı olacaq! Sizə xoş-pozitiv 



enerjilər göndərirəm   

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin