Sual 26. Azərbaycan vergi və gömrük sisteminin inkişafı.
Azərbaycan Respublikasının gömrük sisteminin inkişaf perspektivləri və onun
səmərəliliyi. Gömrük işinin təkmilləşdirilməsi və gömrük orqanlarının inkişaf
etdirilməsi bu sahədə mövcud olan qanunvericilik aktlarını təkmilləşdirmədən,
yəni bu aktları beynəlxalq normalara uyğun- laşdırmadan mümkün deyil. Digər
tərəfdən, ümumdünya gömrük sisteminə inteqrasiya gömrük prosedurlarının
hormonizə edilməsi və sadələşdirilməsini də tələb edir. Belə bir şəraitdə
normativ hüquqi bazaya yenidən baxılması və onun təkmilləşdirilməsi zərurəti
yaranır və keçən illərdə bu sahədə xeyli işlər görülmüşdür. Azərbaycan
Respublikasının ümummilli lideri Heydər Əliyevin 17 fevral 2003-cü il tarixli
fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının inkişafı naminə
İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-
2012-cil illər) respublikada qlobal informasiya mühitinin yaradılması və
informasiya və kommunikasiya texnologiyala- rından kütləvi istifadə
edilməsinə, o cümlədən gömrük xid- mətində bu sahədə aparılan işlərə müsbət
təsir göstərdi və böyük imkanlar yaratdı. Ölkəmizdə gömrük işinin təşkilində
informasiya texnologiyaları prioritet olaraq 1995-ci ildən başlayaraq intensiv
formada tətbiq olunur. Həmin dövrdə gömrük xidmətinin üç səviyyəli vahid
avtomatlaşdırılmış idarəetmə sisteminin(AİS) texniki tapşırığı və funksional
strukturu tətbiq olunmuşdur. Tədqiqatçılara görə, vahid AİS-in yaradılması
aşağıda göstə- rilən məqsədlərə nail olunmasını təmin etməlidir:
- gömrük rəsmiləşdirilməsi, nəzarəti və prosedurların tam avtomatlaşdırılması;
- gömrük xidmətində idarəetmə proseslərinin həllində elektron üsullardan geniş
istifadə edilməsi;
- idarəetmə proseslərinin informasiya təminatının təşkili;
- xarici-iqtisadi əməliyyatları əks etdirən məlumatların opera- tiv surətdə
yığılması, mərkəzləşdirilmiş məlumat bazalarının yaradılması və onların
təhlilinin aparılması;
- Azərbaycan Respublikasının dövlət və icra orqanlarının mü- vafiq
məlumatlarla təmin edilməsi;
78
- xarici ölkələrin mərkəzi gömrük orqanları ilə informasiya mübadiləsinin
təşkili.
Azərbaycan Respublikası gömrük xidməti vahid avtomat- laşdırılmış
informasiya sisteminin yaradılması haqqında Fəaliyyət Proqramına (2003-2012-
ci illər) müvafiq olaraq səkkiz istiqamət üzrı işlər aparır və bu sahədə müxtəlif
nailiyyətlər əldə olunub. Dövlət Gömrük Komitəsi səviyyəsində operativ
idarəçilik prosesini təmin etmək üçün vahid korporativ şəbəkənin yaradıl- ması
çox zəruridir. Körporativ şəbəkə gömrük sərhədini keçən və rəsmiləşdirilmiş
yüklər barədə operativ məlumatların “On-line” rejimində Dövlət Gömrük
Komitəsinə göndərilməsini təmin etməlidir. Hal-hazırda “On-line” rejimində
işləyən korporativ şəbəkə 36 sərhəd və gömrük rəsmiləşdirilməsi ilə məşğul olan
gömrük prosedurlarının təşkilində böyük əhəmiyyət kəsb edir. Korporativ
şəbəkənin istismarı dörd növ rabitə kanalları əsasında təşkil olunmuşdur: fiber-
optik, peyk, telefon və radio kanalları. Korporativ şəbəkənin mövcudluğu
“gömrük rəsmiləşdi- rilməsi, nəzarət və prosedurlarının avtomatlaşdırılması”
istiqamə- tində işlərin aparılmasına imkan yaratdı. Ümumiyyətlə, gömrük işinin
təşkilində müxtəlif rəsmiləşdirmə prosedurları, nəzarət for- maları, sərhədi
keçən zaman yüklərin qeydiyyatı, müşayiəti və s. prosedurların böyük çəkisi
var. Göstərilən prosedurların avtomat- laşdırılması əhəmiyyətli dərəcədə gömrük
işinin keyfiyyətini artıra bilər. “Çatdırma” proqram təminatı sərhədi keçən
zaman yüklərin qeydiyyatını, nəzarətdə saxlanmasını, daxili elektron poçt
əsasın- da göndərən və təyinat gömrük orqanları əsasında informasiya
mübadiləsini və yüklərə elektron müşahidəni təşkil edir. Gömrük xidməti üçün
ən mühüm məna daşıyan GRNAS eksperimental qaydada gömrük
rəsmiləşdirilməsi ilə məşğul olan 20 gömrük orqanında tərtib olunub, bu da
ümumi sayın 87%-ni təşkil edir. Müşahidələr göstərir ki, sistemin tətbiqi
nəticəsində rəsmiləşdirmə vaxtı təxminən altı dəfə azalır. GRNAS-ın daxilində
əsasən iki nəzarət növü istifadə olunur:
- format-məntiqi yoxlamalar;
- yük gömrük bəyənnamələrinin(YGB) elektron surəti və müşahidə sənədləri
əsasında ekspert yoxlamaları.
Format-məntiqi yoxlamalar gömrük brokeri və “məlumat kitabçası” tərəfindən
aparılır və yoxlamalar üç istiqamət üzrə təşkil olunur:
- format üzrə nəzarət;
79
- sorğu kitabçalarından və təsnifatlardan istifadə etməklə yoxlamalar;
- YGB-nin qrafalarının müqayisəli yoxlanılması.
Onu da qeyd edək ki format-məntiqi yoxlamalar tamamilə proqram məhsulu
hesabına aparılır. Ekspertlər tərəfindən aparılan əsas yoxlamalar aşağıdakılardır:
- nəqliyyat növünün, malın miqdarının və mənşə ölkəsinin yoxlanması;
- qeyri-tarif tənzimləmə tədbirlərinin və göndəriş şərtlərinin yoxlanılması;
- malın gömrük dəyərinin yoxlanılması və yenidən hesablanması;
- ödəmə üsullarının yoxlanılması.
Hər mərhələdə müəyyən olunmuş səhvlər avtomatik olaraq “elektron
protokolu”na daxil edilir və lokal şəbəkə vasitəsilə gömrük brokerinə qaytarılır.
Broker tərəfindən YGB-də düzəlişlər aparıldıqdan sonra yoxlamalar davam
etdirilir və səhvlər aradan qaldırılana qədər gömrük brokeri və gömrük orqanı
arasında informasiya mübadiləsi davam edir. Dövlət Gömrük Komitəsinin
siyasətində gömrük prosedurlarının şəffaflığı mühüm yer tutur. Bu məqsədlə
“İnformasiya köşkləri” yaradılmış və 5 gömrük orqanında tətbiq olunmuşdur.
Həmin “İnformasiya köşkləri”ndə hüquqi-normativ aktlar, mallar üzrə gömrük
tarifləri və xarici-iqtisadi əlaqələrin mal nomenklaturası yerləşdirilib.
“İnformasiya köşkləri” “Gömrük rəsmiləşdirilməsi və nəzarətinin
avtomatlaşdırılmış sistemi” ilə birbaşa birləşib və bunun nəticəsində hüquqi və
fiziki şəxslər heç bir struktur bölməyə müraciət etmədən rəsmiləşdirmə
barəsində məlumat ala bilərlər. Gömrük nəzarətini gücləndirmək məqsədilə
sərhəd postlarında və bəzi gömrükxanalarda video-müşahidə sistemlərinin
tətbiqi nəticəsində sərhəddə yüklərə baxış və rəsmiləşdirmənin müşahidəsinə
imkan yaradılmışdır. Gömrük əməkdaşları üçün avtomatlaşdırılmış iş yerlərinin
yaradılması istiqamətində çox böyük həcmli işlərin aparılması nəzərdə tutulur.
Bu istiqamətdə görülən işlər təbii ki, gələcəkdə yaradılan “elektron poçt” və
“elektron gömrük idarəsi”nin təməlini təşkil edəcək. Mal və nəqliyyat
vasitələrinə fiziki baxışın avtomatlaşdırılması, avtomatik rejimdə yüklərin
müşayiət edilməsi, normativ-sorğu sənədlərinin məlumat bazarlarının
yaradılması planlaşdırılır.Yerli gömrük orqanlarının “Statistika və AİS”
bölmələrində “Gömrük” proqram təminatının köməyi ilə gömrük fəaliyyət
zonası üzrə xarici-iqtisadi əlaqələrin təhlili aparılır. Gömrük orqanları üçün
aktual problemlərdən biri müvəqqə- ti ixrac və idxal olunmuş mallara və
80
nəqliyyat vasitələrinə səmə- rəli nəzarətin təşkilidir.Yaradılmış proqram təminatı
vasitəsilə yerli gömrük orqanlarında müvəqqəti yük və nəqliyyat vasitələrinə aid
məlumatlar, habelə həmin malların geri qaytarılması vaxtının uzadılması,
rejminin dəyişdirilməsi haqqında məlumatlar kompyuterə daxil edilir və Dövlət
Gömrük Komitəsinə göndərilir. Respublika səviyyəsində və yerli gömrük
orqanlarında məlumat bazarları müvəqqəti yüklər üzrə təhlillərin aparılmasını və
gömrük qaydalarının pozulmasını müəyyən etmək imkanını yaradır. Mal
dövriyyəsində fiziki şəxslər tərəfindən minik maşınlarının ixracı və idxalı, eyni
zamanda onların müvəqqəti ixracı və idxalı xüsusi yer tutur və nəzarət
prosesində müxtəlif problemlər əmələ gəlir. Bunu nəzərə alaraq məqsədyönlü
proq- ram təminatı yaradılmışdır. “Avtonəqliyyat” proqram təminatı minik
maşınlarının qeydiyyatını, yoxlanmasını, yaddaşda saxla- nılmasını və məlumat
mərkəzinə göndərilməsini təmin edir. “Avtonəqliyyat” proqram təminatı minik
maşınlarının dövriyyəsini beş rejimə bölür:
- şəxsi istifadə üçün gətirilən və aparılan minik maşınları;
- daimi yaşayış yerinə köçən şəxslərin gətirdikləri və apardıqları minik
maşınları;
- fiziki şəxslər tərəfindən müvəqqəti gətirilən və aparılan minik maşınları;
- kommersiya məqsədi ilə gətirilən və aparılan minik maşınları;
- tranzit keçən minik maşınları.
Dövlət Gömrük Komitəsinin gələcək planlarında xarici dövlətlərin mərkəzi
gömrük orqanları ilə ixrac, idxal və tranzit mal və nəqliyyat vasitələri üzrə
informasiya mübadiləsinin təşkili nəzərdə tutulur və bu məqsədlə web
texnologiyalarının tətbiqi planlaşdırılır. Prosedurların sadələşdirilməsi üzrə
proqram təhlükəsizliklə sadələşdirmənin birləşməsindən yaranan üstünlükləri
izah edir və bu iki istiqaməti biri-birinə qarşı qoymadan, onları harmonikləş-
dirməyə çalışır ki, bu konsepsiyalar bir səmtdə işlənsinlər və beləliklə də, dörd
əsas prinsipin təhlükəsizliyini təmin etsinlər. Birinci prinsip informasiya
kanalları vasitəsilə ilkin məlumatlarla mübadilədir. Yaxşı olardı ki, mallar
sərhədləri keçərkən onlar haqda lazımi informasiya ötürülsün. Beləliklə,
informasiyanın ilkin mübadiləsinin avtmatlaşdırma yolu ilə sistemləşdirilməsinə
nail olunur. İkincisi, riskli malların digər ölkəyə çatdırılmamış identifi-
kasiyasını keçirərək onların göndərilməsinin qarşısını almaqdır. Çünki bu
malların içərisində silah və partlayıcı qurğular ola bilər. Burada artıq xüsusi
81
texnologiyalardan, aparatlardan istifadə etmək zərurəti yaranır ki, bu halda
konteynerlərin, qutuların içərisində nə olduğunu bilmək çətin olmayacaq. Yaxşı
olardı ki, bu texnologiyalara bütün gömrük idarələri malik olsun.
Dostları ilə paylaş: |