Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»


Sual 23. Azərbaycan enerji və ərzaq təhlukəsizliyinin təmin edilməsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   23   24   25   26   27   28   29   30   ...   33
Azərbaycan İqtisadiyyatı

Sual 23. Azərbaycan enerji və ərzaq təhlukəsizliyinin təmin edilməsi. 

Məsələyə mövcud nümunələr kontekstindən yanaşdıqda Avropanın enerji 

təhlükəsizliyində Azərbaycan yeni, yeganə, alternativ eneji mənbəyi 

funksiyasına malikdir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard 

Morninqstar və ABŞ-ın Avrasiya Enerji məsələləri üzrə xüsusi elçisi Riçard 

Morninqstarın təbiri ilə desək “Azərbaycan təbii qazı Cənub Dəhlizinin 

genişləndirilməsi üçün mütləq vacibdir.” Bu mənada Cənub Qaz Dəhlizi layihəsi 

Orta Asiya və Xəzər bölgəsindən Avropaya təbii qazın nəql edilməsi və ən 

başlıcası Rusiyanın təbii qaz tədarükündən asılılığı ilə bağlı narahatlıqlarına 

Avropa İttifaqının reaksiyası hesab edilə bilər. Cənub Qaz Dəhlizinin 

reallaşdırılması ilə Azərbaycan qazı Avropaya nəql ediləcəkdir. Bu hədəfə 

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans Anadolu Boru Kəməri 

və Trans Adriatik Boru Kəmərinin inkişafı ilə nail olmaq mümkündür. Bu 

məqsədlə 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub 

Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Nəticə etibarilə 

Azərbaycan ilə Avropa İttifaqı  arasında olan münasibətlərdə əhəmiyyətli 

dərəcədə irəliləyiş əldə olunmuşdur. Əgər əvvəllər Azərbaycan bir vasitəçi ölkə 

kimi görünürdüsə, hal-hazırda ölkəmiz Cənub Dəhlizinin formasını və 

gələcəyini təyin edən əsas iştirakçıya çevrilməkdədir. Bu həm də bir mənada o 

deməkdir ki, boru kəmərləri Azərbycana Avropa İttifaqı ilə münasibətlərində 

daha çox səlahiyyətlər verəcəkdir. Bundan əlavə, Azərbaycan Respublikası 

zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və 

enerji sisteminə malikdir. Azərbaycanın dünyanın enerji sistemində artan 

əhəmiyyətli rolu, transmilli enerji bazarlarında özünəməxsus yeri və Avropanın 

enerji təhlükəsizliyində fəal iştirakı qlobal, regional, geosiyasi və geoiqtisadi 

mövqeyinə mühüm təsir göstərir. Bütün bu amilləri nəzərə alaraq Avropa İttifaqı 




 

69 


 

Azərbaycanla münasibətlərinə xüsusi diqqət yetirir. 9 iyul 2019-cu ildə Avropa 

İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri bu münasibətin 

əsas göstəricilərindən biridir. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk 

ilə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: 

“Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunur. Şərq-Qərb və Şimal-Cənub 

dəhlizləri ölkəmizin ərazisindən keçməkdədir.” Öz növbəsində Donald Tusk 

bəyan etdi: “Avropa İttifaqı ilə Azərbaycan hər il bir-birinə daha da yaxınlaşır. 

Münasibətlərimiz daha da güclənir və Cənub Qaz Dəhlizi layihəsi bizi 

birləşdirir. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə 

qaldırmalı, xalqlarımıza fayda gətirməli və Azərbaycanın öz islahat proseslərini 

və iqtisadi şaxələndirilməsini müşayiət etməlidir.” Son dörd ildə Azərbaycan və 

Avropa İttifaqının təşəbbüsü ilə hər il Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət 

Şurasının iclasları keçirilmişdir. 2015-ci ildən bəri Avropa İttifaqı bu tədbirlərdə 

ən yüksək səviyyədə təmsil olunur. Bu məqamda xüsusilə vurğulamaq lazımdır 

ki, Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində birbaşa Ümummilli 

Lider Heydər Əliyevin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində 

baş tutan “Əsrin müqaviləsi” dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas 

özəyini təşkil edir. Müqavilə 20 sentyabr 1994-cü ildə imzalandığı müddətdə 

Azərbaycan praktiki olaraq siyasi və iqtisadi blokada vəziyyətində idi. Bu çətin 

vəziyyətdə Ümummilli Lider Heydər Əliyev yeddi ölkədən on bir xarici neft 

şirkətini inandırmağa müvəffəq oldu ki, yenicə müstəqillik əldə etmiş gənc bir 

dövlətə sərmayə qoysunlar. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki 

neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. “Əsrin 

müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Bu 

müddətdə Azərbaycanın yeni neft strategiyası və onun doktrinası uğurla başladı. 

Azərbaycan Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dünyada özünü 

təsdiq edə bildi. Qeyd olunduğu kimi Cənub Qaz Dəhlizi Layihəsinin 

təşəbbüskarı Azərbaycan Respublikası olmuşdur. Hal-hazırda sözügedən 

layihənin reallaşması istiqamətində  son tamamlanma işləri  başa çatmaqdadır və 

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməyə hazırdır. 

Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans Anadolu Təbii Qaz Boru Kəməri 

(TANAP) 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazını birbaşa 

Avropaya çatdırmağa hazırdır. TANAP həm Türkiyənin, həm də Orta Şərqin ən 

uzun və ən böyük təbii qaz kəməri hesab olunur. Nəticə etibarilə “Cənub Qaz 

Dəhlizi” layihəsi Avropa İttifaqının əsas enerji və geosiyasi təşəbbüsü olaraq 

qalacaq və Azərbaycan öz qazını Avropa İttifaqına ixrac etməkdə maraqlıdır.. 

Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti olan Trans-Adriatik Boru 




 

70 


 

Kəməri (TAP) tamamlandıqdan sonra Azərbaycan Şahdəniz 2 yatağından 

çıxarılan təbii qazı TANAP və TAP vasitəsilə Avropaya ötürəcəkdir. Onu da 

qeyd etmək lazımdır ki, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə işlərin 

88 faizdən çoxu tamamlanmışdır. Ərzaq təhlükəsizliyi həm də ölkənin müstəqil 

siyasət yürütməsi, söz sahibi kimi öz hüquqlarını tələb etməsi, hər hansı 

problemin həllində vahid mövqe sərgiləməsi deməkdir. Bu baxımdan 

Azərbaycan ən üstün mövqedə olan ölkələr sırasındadır. Belə ki, 

respublikamızda iqtisadi, siyasi və ekoloji təhlükəsizliyin əsas elementi olan 

ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çox mühüm addımlar atılır. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, görülən işlər, 

qəbul edilən Dövlət proqramları, həmçinin ölkə başçısının “Azərbaycan 

Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair 

Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin 

etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 

yaradılmasına dair Fərmanı bunun əyani sübutudur. Ərzaq təhlükəsizlyinin əsas 

elementi ölkənin milli ərzaq sisteminin iqtisadi baxımından müstəqilliyidir.  Bu 

gün ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün strateji məhsullar arasında 

mühüm yeri tutan taxıl istehsalının artırılması istiqamətində  mühüm addımlar 

atılır. İlk növbədə məhsuldarlığın artmasına xidmət edən iri taxılçılıq 

təsərrüfatları yaradılır.Təbii ki, bütün bunlar həm ölkəmizin özünütəminatına, 

həm də xaricdən idxala yönələn maliyyə sərfinin azalmasına ciddi  təsir edir. Bu 

sahədə atılan addımlar bir daha təsdiq edir ki, dövlətin əsas siyasəti idxaldan 

asılılığı azaltmaq, ərzaq bolluğu yaradaraq ixrac potensialına münbit şərait 

yaratmağa yönəlib. Şübhəsiz, ərzaq təminatı sahəsində təhlükəsizlik ölkəyə qida 

məhsullarının idxalının tamamilə dayandırılmasına nail olmaq demək deyil. Bu, 

qeyri-mümkündür. Belə ki, dünyanın heç bir ölkəsi yerli istehsal hesabına özünü 

ərzaqla 100 faiz təmin edə bilməz. İdxalsız keçinmək mümkün olmadığı kimi, 

xaricdən bu və ya digər növ qida məhsulları gətirmədən daxili bazarı bütün növ 

yeyinti ilə təmin etmək də real deyil. Bunun üçün inkişaf etmiş, həmçinin ən çox 

ərzaq məhsullarının ixracı üzrə ixtisaslaşmış ölkələrin  (ABŞ, Avropa Birliyi) 

bazarlarına nəzər salmaq kifayətdir. Respublikamızda meyvə istehsalının artımı, 

intensiv bağçılığın inkişafı ərzaq təhlükəsizliyində əsas amillərdən biridir. 

Ölkəmizdə bağçılığın inkişaf etdirilməsi, bu sahəyə diqqətin artırılması həm də 

ixracın potensialının gücləndirilməsi baxımından mühüm amillərdən biridir. 

Ötən il tərəvəz istehsalı və ixracı da əvvəlki illərə nisbətən daha da artıb. Yüz 

hektarlarla ərazidə  yeni istixanaların yaradılması məhsul istehsalını daha da 

artırıb. Təkcə 2017-ci ildə pomidor ixracından 151 milyon dollar gəlir əldə 




 

71 


 

edilib. Respublikamızda yaradılan aqroparklar  ərzaq təhlükəsizliyinin təminatı 

üçün atılan addımlardan birinə çevrilib. Kənd təsərrüfatı istehsalının qeyri- kənd 

təsərrüfatı fəaliyyətləri ilə vahid istehsal məkanında birləşməsinə zəmin yaradan 

aqroparklar artıq ölkə iqtisadiyyatında ən səmərəli iqtisadi model kimi öz yerini 

möhkəmləndirib. Respublikamızın müxtəlif  bölgələrində 48 aqroparkın 

yaradılması nəzərdə tutulur ki, onlardan 27-si bitkiçilik, 16-sı isə heyvandarlıq 

üzrə ixtisaslaşacaqdır. Aqroparklar, eləcə də yeni fermalar, quş fabrikləri, süd 

emalı müəssisələrinin fəaliyyəti bu sahələrdə təminatı daha da gücləndirəcək. 

Son illər ölkəmizdə heyvandarlığın inkişafı istiqamətində mühüm addımların 

atılması ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət 

kəsb edir. Xaricdən cins mal-qaranın alınması, dünya standartlarına uyğun 

heyvandarlıq komplekslərinin yaradılması, Göygöl rayonunda Süni Mayalanma 

Mərkəzinin yaradılması istiqmətində görülən işlər, süni mayalanma yolu ilə 

alınan hər balaya görə dövlət tərəfindən subsidiyaların verilməsi bu sahənin 

inkişafına, əhalinin süd və süd məhsulları ilə təminatına  böyük töhfələr verib. 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin