Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»


Sual 21. Azərbaycan iqtisadiyyati məşğulluğun təmin edilməsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   19   20   21   22   23   24   25   26   ...   33
Azərbaycan İqtisadiyyatı

Sual 21. Azərbaycan iqtisadiyyati məşğulluğun təmin edilməsi. 

Azərbaycan xalqı tarixi inkişafın müxtəlif dövrlərində mövcud olmuş, yaşamış 

və öz varlığını qoruyub saxlamışdır. Xalq nə qədər öz varlığını qoruyub 

saxlayırsa öz ölkəsini də qoruyub saxlayır. Hər bir ölkənin keçmişi, bu günü və 

gələcəyi burada yaşayan əhalinin fəaliyyəti ilə bağlıdır. Əhali və iqtisadiyyat 

vahid ictimai orqanizmin ünsürləridir. Lazımi sayda və tərkibdə əhalinin 

mövcud olması cəmiyyətin inkişafının hər bir dövründə ölkənin iqtisadi 

tərəqqisini, ictimai istehsal prosesinin normal gedişini təmin etmək üçün başlıca 

şərtdir. Buna görə sosial-iqtisadi həyatın mürəkkəb orqanizmində əhali fəal və 

başlıca rol oynayır. Əhali özlüyündə mücərrəd anlayış olsa da, onda baş verən 




 

59 


 

dəyişikliklər demoqrafik proseslərdə əks olunur. Demoqrafik proseslər demək 

olar ki, cəmiyyətin həyatının bir çox tərəfləri ilə qarşılıqlı əlaqədədir. Bu əlaqə 

sosial-iqtisadi hadisələrin demoqrafik proseslərə və öz növbəsində demoqrafik 

proseslərin də sosial-iqtisadi hadisələrə təsirində təzahür edir. Buna görə bütün 

ölkələrdə həmişə demoqrafik proseslər dövlətin, siyasətçilərin, müxtəlif 

tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Demoqrafik prosesləri və hadisələri 

öyrənən xüsusi elm-Demoqrafiya elmi yaranmışdır. Demoqrafiya məhz əhali 

haqqında biliklər sistemidir. Demoqrafik proseslərə və hadisələrə əhalinin 

sayında,tərkibində və yerləşməsində baş verən dəyişikliklər,başqa sözlə onun 

təbii təkrar istehsalı prosesləri və mexaniki hərəkəti daxildir. 100 ilə yaxın bir 

dövrdə Azərbaycanın əhalisi dörd dəfədən çox artmışdır.Bu artım həm şəhər 

əhalisinin,həm də kənd əhalisinin artımı hesabına olmuşdur. Əhalinin 

məskunlaşmasının araşdırılması göstərir ki, şəhər və kənd əhalisinin sayında 

kəskin fərq yoxdur.Belə ki, 1996-cı ildə respublika əhalisinin 52.7 %-i şəhər 

yerlərində, 47.3 %-i isə kənd yerlərində məskunlaşmışdır.Şəhər əhalisinin 

ümumi əhalinin tərkibində xüsusi çəkisinin artması kənd əhalisinin axını və bir 

sıra yaşayış məntəqələrinin şəhərlərə çevrilməsinin nəticəsidir. Əhalinin 

müəyyən ərazidə məskunlaşması, bu və ya digər əraziyə axını iqtisadi, sosial, 

mədəni, məişət, demoqrafik və s. amillərlə əlaqədardır.Əhalinin ayrı-ayrı 

şəhərlərdə həddən çox cəmləşməsi müsbət hal hesab edilə bilməz.Ona görə 

əhalinin öz daimi yaşayış yerlərində işləməsi üçün lazımi şərait yaradılması üzrə 

tədbirlər görülməsi zəruridir. Demoqrafik proseslərdə həm demoqrafiya, həm də 

iqtisadi əhəmiyyət baxımından əhalinin cins tərkibi həmişə diqqəti cəlb edir. 

Hazırda respublika əhalisinin 49.3 %-ini kişilər 50.7 %-ini isə qadınlar təşkil 

edir. Statistik rəqəmlərin təhlili göstərir ki,aşağı yaşlarda kişilərin xüsusi çəkisi 

yüksək olur və getdikcə bu nisbətlik qadınların xeyrinə dəyişir.Bunun səbəbi 

yaşlar üzrə kişilər arasında ölüm hallarının çox olması və onların qadınlara 

nisbətən respublikadan kənara daha çox getmələri ilə əlaqədardır.Demoqrafik 

proseslərdə əhalinin yaş quruluşu da mühüm əhəmiyyət kəsb edir.Yaş quruluşu 

ölkənin əmək potensialını, iş qüvvəsi ilə təmin olunma imkanlarını ifadə edir. 

Respublika əhalisinin əksəriyyətini əmək qabiliyyətli yaşda adamlar təşkil edir 

ki, onların əmək fəaliyyətinə cəlb edilməsi üçün müxtəlif istiqamətli tədbirlər 

görülməsini zəruri edir. Əhalinin artımı, yaş və cins tərkibində baş verən 

dəyişiklik ilk növbədə onun təbii artımı ilə bağlıdır.Əhalinin təbii artımı 

doğulanlarla ölənlərin arasındakı fərqi ifadə edir.Doğum, ölüm, və təbii artım 

əhalinin təbii hərəkətini səciyyələndirir. Doğum səviyyəsi xeyli dərəcədə nigah 

və boşanma ilə əlaqədardır. Hazırda ölkəmizdə əhalinin doğum səviyyəsinin 




 

60 


 

sürətlə aşağı düşməsi və bununla əlaqədar olaraq, ailədəki uşaqların sayının 

əhəmiyyətli dərəcədə azalması qanunauyğun hal kimi deyil, SSRİ-nin dağılması 

və keçid dövrünün təzadları ilə bağlı olan keçici xarakter daşıyan hal kimi 

qiymətləndirilməlidir.İndi dövlət səviyyəsində elə demoqrafik siyasət tədbirləri 

işlənib hazırlanmalı və həyata keçirilməlidir ki, doğum səviyyəsi və ailədə 

uşaqların sayı əhalinin normal təkrar istehsalı prosesinin həyata keçirilməsini 

təmin edə bilsin. Əhalinin sadə təkrar istehsalı prosesinin həyata keçirilməsi 

üçün yeni yaradılan hər bir ailədə ən azı iki, geniş təkrar istehsal prosesinin 

təmin edilməsi üçün isə üç və daha çox uşaq doğulub tərbiyə edilməlidir. Bunun 

üçün ölkəmizdə hər cür imkan və şərait vardır. Respublika əhalisinin artıb-

azalmasına təsir edən ən mühüm amillərdən biri də insanların sağlamlığı və 

onların ölüm səviyyəsindən ibarətdir. Ümumiyyətlə Azərbaycanda məşğulluq 

sahəsində siyasət aşağıdakı istiqamətlərdə həyata keçirilməlidir. 

-Mülkiyyətin müxtəlif formaları əsasında çoxukladlı iqtisadiyyatın 

formalaşdırılması ilə əmək ehtiyyatlarının iqtisadiyyatın bölmələri üzrə yenidən 

bölüşdürülməsinə nail olmaq; 

-Büdcə vəsaitinin və xüsusi kapitalın, əhalinin pul yığımlarının cəlb edilməsi 

yolu ilə iqtisadiyyatın strukturca yenidən qurulması üzrə irimiqyaslı dövlət 

proqramının həyata keçirilməsi və əmək ehtiyyatlarının sahələr üzrə yenidən 

bölüşdürülməsinə nail olunması; 

-Maddi istehsalda, xüsusən kənd təsərrüfatında məşğul olanların xüsusi 

çəkisinin tədricən azaldılması; 

-Xidmət sahələrində məşğul olanların xüsusi çəkisinin artırılması; 

-Dövlət mülkiyyətinin özəlləşdirilməsi yolu ilə kiçik və orta sahibkarlığın 

inkişafına əlvarişli şərait yradılması və bu sferada məşğulluğun 

genişləndirilməsi; 

-İşsizlik səviyyəsinin optimal normadan yuxarı qalxmasına yol verməmək üçün 

xüsusi sosial institutların-əmək birjası, məşğulluq xidməti və s. köməyi ilə 

iqtisadi və hüquqi vasitələrlə əmək bazarının, iş qüvvəsi tələbi və təklifinin 

tənzimlənməsi; Burada artıq iş qüvvəsinin azad olunması, əmək bazarında 

rəqabət mühitinin yaradılması, fəal iş axtaranların yenidən öyrədilməsi və 

operativ işə düzəldilməsi sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir. 



 

61 


 

-Qaçqınların və məcburi köçkünlərin məşğulluğun təmin olunması. Məlumdur 

ki, uzun müddət işsiz vəziyyətində olan adam öz peşə vərdişini və işləmək 

adətini, əməyə marağını itirir.Qaçqınlar və köçkünlər üçün bu amil daha təsirli 

olmuşdur.Çünki onların əksəriyyəti kənd əhalisi olduğu halda şəhərlərdə 

yerləşdirilmişdir və onların yenidən kənd təsərrüfatı məşğuliyyətinə cəlb 

edilməsi çətinliklərlə bağlı olacaqdır.Buna görə işsizlərin psixoloji 

reabilitasiyası institutlarının yaradılması, müvəqqəti ictimai işlərin və 

məşğulluğun standart olmayan formalarının təşkili vacibdir. 

-Aşağı rəqabət qabiliyyəti olan gənclərin, əlillərin, qadınların məşğulluğunun 

təmin edilməsi üzrə xüsusi tədbirlərin hazırlanıb həyata keçirilməsi; 

-İş qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, məşğul olmayan əhalinin peşə-

ixtisas hazırlığının artırılması və yenidən hazırlanması sisteminin 

təkmilləşdirilməsi; 

-Əhalinin özü məşğulluğu üçün əlverişli şərait yaradılması və s. 

Bütün bu istiqamətlərdə görülən tədbirlər Azərbaycanda əhalinin səmərəli 

məşğulluğuna nail olmağa imkan verəcəkdir.Əmək bazarı dedikdə, əmtəə, iş və 

xidmətlər istehsalı şəraitində  əmək resurslarının, yaxud işçi qüvvəsinin əmək 

potensialının təkrar istehsalı ilə əlaqədar formalaşan və  fərdi əmək 

qabiliyyətinin mübadiləsini xarakterizə edən iqtisadi münasibətlər sistemi başa 

düşülür. Deməli əmək bazarı işçi qüvvəsinin-əmək resurslarının və əməyin 

deyil, iş qabiliyyəti və qüvvəsinin alqı-satqısını özündə əks etdirir. Əmək 

bazarının fəaliyyəti və bu bazar növündə dəyişikliklər digər bazar növlərində 

olduğu kimi iqtisadi qanunların, o cümlədən tələb və təklif qanununun təsiri 

altında baş verir. Əmək bazarında qiymətlərin formalaşması da məhz tələb və 

təklif qanununun tələblərinə tabe olur. Yəni bazarda iş qüvvəsinə tələb çox 

olduqda qiymətlər yüksək, az olduqda aşağı olur. Eyni zamanda təklif artdıqda 

qiymətlərin səviyyəsində ucuzlaşma müşahidə olunur və əksinə. Tələb və 

təklifin təsiri və iş qüvvəsinin məhsuldarlığının nəzərə alınması şərti ilə əmək 

bazarında alqı-satqı tərəfləri arasında tarazlıq qiyməti formalaşır. 

1.İş qüvvəsinin təklif göstəriciləri:                 

- əhalinin sayı; 

- əmək resursları; 

- iqtisadi fəal əhali. 




 

62 


 

2. İş qüvvəsinə tələb göstəriciləri: 

- iş yerlərinin sayı; 

- istehsal həcmi; 

- müəssisələrin gəlirləri. 

3. Məşğulluq və işsizlik göstəriciləri: 

- məşğul əhalinin sayı; 

- işsizlərin sayı; 

- işsizlik səviyyəsi. 

Əmək bazarının göstəricilər sisteminə həmçinin onun struktur və tarazlıq, iş 

qüvvəsinin təkrar istehsal, əmək bazarının infrastruktur və səmərəlilik 

göstəriciləri də daxildir. Əmək bazarının fəaliyyətinin səmərəliliyinin təmin 

olunmasında onun göstəricilər sisteminin nəzərə alınması və tədqiqi ilə yanaşı 

seqmentlərinin fəaliyyətinin öyrənilməsi də mühüm əhəmiyyət daşıyır. Əmək 

bazarı aşağıdakı seqmentlərdən ibarətdir: 

- birinci seqment yüksək əmək haqqı səviyyəsinə və iş şəraitinə malik işçilərdən 

ibarətdir; 

- ikinci seqmentdə fəaliyyət göstərənlər daimi və cəlb edilmiş işçilərdən ibarət 

olsa da adətən burada iş yerlərinin azaldılması müşahidə olunur; 

- üçüncü seqment bir növ işsizlərdən ibarətdir. 

Əmək bazarının hər bir seqmentinin fəaliyyətində işçilərin təhsili, ixtisası, etnik 

xüsusiyyətləri, cinsi və yaş qrupları xüsusi rol oynayır. Eyni zamanda rəqabət 

mühitinin yaradılması, bazarda alqı-satqı prosesində iştirak edən çoxsaylı 

subyektlərin mövcudluğu və onların fəaliyyətinin sərbəstliyi (bazara sərbəst 

daxil olma və çıxma imkanları və s.) və s. də əmək bazarının fəaliyyətində, onun 

səmərəliliyinin yüksəlməsində ciddi əhəmiyyət daşıyır. Əmək bazarının 

səmərəliliyi onun infrastrukturu, xüsusilə əmək yarmarkaları ilə birbaşa bağlıdır. 

Ümumi formada məşğulluq əmək qabiliyyətli əhalinin istehsal prosesində 

iştirakını və fəaliyyətini xarakterizə edir. Kənd təsərrüfatında məşğulluq 

özünəməxsus xüsusiyyətlərə malikdir. Bu özünü məşğulluğun tam və natamam 

(yarımçıq) formalarında büruzə verir. Belə ki, tam məşğulluq istehsalın 

mövsümlüyündən asılı olmayaraq il ərzində işçi qüvvəsinin işlə təminatını 




 

63 


 

xarakterizə edir (sürücülər, mexaniklər, rəhbər işçilər, mütəxəssislər və s.). 

Natamam məşğulluq isə ilin müxtəlif istehsal dövrlərində işlə təmin olunmanı 

bildirir. Kənd təsərrüfatında məşğul əhali qrupuna sahibkarlıq fəaliyyəti ilə 

məşğul olanlar, muzdla istehsalata cəlb olunmuş işçilər, mövsümi, müvəqqəti və 

daimi işçilər, köməkçi istehsalatda çalışanlar, müstəqil işçilər və onların ailələri 

və  s. aid edilir. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin