Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   15   16   17   18   19   20   21   22   ...   33
Azərbaycan İqtisadiyyatı

Ümumi Milli Məhsul (ÜMM), Xalis Milli Məhsul (XMM) və Milli Gəlir(MG) 

anlayışı. 

ÜMM həm mövcud ölkə daxilində, həm də həmin ölkəyə və ya onun milli 

iqtisadiyyatına məxsus və xarici ölkələrdə yerləşən iqtisadi subyektlər tərəfindən 

hesabat dövrü ərzində istehsal olunan son məhsulların və xidmətlərin 

məcmusunun istehlak dəyəri əsasında qiymətləndirilən göstəricisidir. ÜDM öz 

hesabat formasına görə ÜMM göstəricisinə çox yaxındır. Fərq ondadır ki, ÜDM 

ancaq ölkə daxilində istehsal olunmuş məhsul və xidmətlərin dəyərini ifadə edir. 

Həm ÜMM, həm də ÜDM göstəriciləri öz tərkibində istehlak edilən məhsul və 

xidmətlərin maya dəyəri və satış xərcləri ilə bərabər əlavə dəyəri də (son 

məhsula hesablanmış ƏDV formasında) cəmləşdirir. Yaradılmış ÜMM əlavə 




 

47 


 

edilmiş dəyərin məcmu kimi meydana çıxır. ÜMM-in quruluşu müxtəlif 

ölkələrdə müxtəlifdir. İnkişaf etmiş ölkələrdə ÜMM-də xidmət sferasının payı 

çoxdur. Bütün ölkələrin xarici ticarət dövriyyəsi eyni olmadığından 

iqtisadiyyatların inkişaf səviyyələrini müqayisə etmək üçün ÜDM 

göstəricisindən istifadə olunur. Çünki, bu göstərici hər bir ölkənin öz daxilində 

əldə olunmuş son nəticələri özünə daxil edir (ticarət saldosu buraya daxil 

edilmir). ÜMM-in çox mühüm bir çatışmazlığı vardır. Bu, ondan ibarətdir ki, o, 

cari ildə istehsalın həcmi haqqında şişirdilmiş təsəvvür yaradır. Çünki ÜMM-in 

tərkibində cari ildə istehsal prosesində istifadə olunan investisiya əmtəə-lərini 

yenilərilə əvəz etmək üçün zəruri olan vəsait də öz əksini tapır.  ÜMM-ə və 

ÜDM-ə yeni yaradılmış dəyərlə yanaşı amortizasiya da daxildir (əsas kapitalın 

bərpasına sərf olunan). İlkin amortizasiyanı ÜDM-dən çıxdıqda Xalis milli 

məhsul (XMM) qalır. XMM-a dövlətin müəyyən etdiyi dolayı vergilər də 

daxildir. Makroiqtisadi göstərici kimi XMM göstəricisi ÜMM və ya ÜDM-a 

görə daha təkmil və real göstərici hesab edilir. Fərq ondadır ki, XMM-da 

amortizasiya xərcləri nəzərə alınmır və özünü aşağıdakı bərabərlik formasında 

ifadə edir. 

XMM = ÜMM - amortizasiya ayırmaları 

XMM-dən dolayı vergiləri çıxdıqda yerdə qalan milli gəlir (Milli gəlir) adlanır. 

Bu və ya digər ölkənin iqtisadiyyatı miqyasında milli kapitallarla yeni yaradılan 

dəyər xalis milli məhsul adlanır. Başqa cür desək, ümumi milli məhsuldan sərf 

edilən istehsal vəsaitlərinin dəyərini çıxdıqda xalis milli məhsul əldə etmiş 

oluruq. Öz natural-əşya formasına görə xalis milli məhsul istehsalın 

genişləndirilməsi, ehtiyatlarının artırılması üçün nəzərdə tutulan, yeni istehsal 

edilən istehsal vasitələrinin və istehlak şeylərinin bütün kütləsindən ibarətdir. 

Ancaq XMM göstəricisinin müəyyən çatışmazlığı vardır. Belə ki, bəzi şeylər 

(ictimai nemətlər) və xidmətlər var ki, satılmır və bazar qiyməti yoxdur. Bu 

nemətlər və xidmətlər ÜMM xüsusi hesablama metodu üzrə daxil edilir. Bu, 

şərti əlavə edilmiş dəyərdir. ÜMM göstəricisinin başqa bir çatışmayan cəhəti də 

var. Belə ki, inflyasiya şəraitində bazar qiymətləri ÜMM-in həqiqi dəyərini 

təhrif edir. Buna görə də nominal ÜMM və real ÜMM-i fərqləndirirlər. Nominal 

ÜMM – cari bazar qiymətləri ilə son məhsul və xidmətlərin cəmidir. Real ÜMM 

– baza ilinin qiymətləri ilə hesablanmış məhsul və xidmətlərin dəyərlərinin 

cəmidir. Nominal və real ÜMM kəmiyyətlərini biləndən sonra onların fərqini 

hesablamaq olar. bu ÜMM-in deflyatoru adlanır. ÜMM deflyatoru = Nominal 

ÜMM/Real ÜMM yəni onların nisbətinə. Deflyator hesabat ilində məhsul 



 

48 


 

vahidinin orta qiymətindəki dəyişikliyi göstərir (baza ilinə nisbətən). Ölkədə 

istehsalın ümumi həcmini düzgün hesablamaq üçün il ərzində istehsal olunan 

bütün mallar və xidmətlər bir dəfədən artıq olmayaraq hesaba alınmalıdır. Əksər 

istehsal tsiklini keçməklə satılmaq üçün bazara daxil olur. Əksər məhsulların 

ayrı-ayrı hissələri və komponentləri bir neçə dəfə alınır və satılır. Beləliklə, 

ÜMM-in hesablanmasında satılan məhsulun və təkrar satılan hissələrinin təkrar 

hesabından qaçmaq üçün aralıq məhsullar istisna olmaqla yalnız son məhsulun 

bazar dəyəri nəzərə alınır. Son məhsullar dedikdə yenidən satılmaq, yaxud 

gələcək emal və ya təkrar emal üçün deyil, yalnız son istifadə   üçün   alınan   

mallar   və xidmətlər başa düşülür. Aralıq məhsullar dedikdə isə gələcək emal

yaxud təkrar emal üçün və habelə yenidən satılmaq üçün alınan mallar və 

xidmətlər başa düşülür. ÜMM-ə; yalnız satılan son məhsullar daxil edilir, ondan 

aralıq məhsulların satışı kənarlaşdırılır. Çünki özünə yer tapan    aralıq   

sövdələşmələr son məhsula daxil olmuşdur. Bu baxımdan aralıq məhsulların 

ayrıca uçotu ikiqat hesaba almaq deməkdir, bu da ÜMM-in həcminin süni 

artırılması demək olardı. Aralıq məhsullar – ÜİM bir hissəsi olub hər il cari m 

addi məsrəflər üçün ayrılır (xammal, material, yanacaq, enerji və s.). Bunlar 

istehsaldan çıxmır. Son məhsul – il ərzində yaradılmış ÜMM qalan hissəsidir və 

istehlaka daxil olur: əhalinin istehlakına, əmək vasitələrinin bərpasına və yığıma 

gedir. Son məhsula aiddir: istehlak şeyləri, maşın və avadanlıqlar (illik 

amortizasiya fondu), hazır tikinti obyektləri. Son məhsul təkrarlardan azaddır.  

Makroiqtisadi göstərici kimi MG göstəricisi də xüsusi əhəmiyyət kəsb edir. Belə 

ki, MG göstəricisi müəyyən hesabat dövrü ərzində yaradılmış yeni dəyəri ifadə 

edir. XMM-dan doiayı vergilər çıxılır və yerdə qalan hissə milli gəlir hesab 

edilir. Milli gəlir xalis milli məhsuldur və ölkədə il ərzində istehsal edilə mallar 

və xidmətlərin tam dəyərinə bərabərdir. Müasir nəzəriyyələrə görə MG bütün 

iqtisadi agentlərin gəlirinin cəmidir. MG maddi istehsal sferasında və qeyri-

maddi xidmət sahəsində yaradılır. Bu nəzəriyyələrə görə MG ÜDM istehsalı 

zamanı ödənilmiş əmək haqqı, mənfəət, faiz və rentanın cəmindən ibarətdir, 

yəni bu gəlirlərin cəmindən ibarətdir. MG-in ilkin bölgüsü zamanı istehsal 

amilləri iştirakçılarının gəlirləri formalaşır, yəni fəhlə əmək haqqı alır, sahibkar 

mənfəət, bank kapitalının sahibi faiz, torpaq mülkiyyətçisi isə renta alır. MG-in 

ilkin bölgüsündən sonra onun yenidən bölgüsü baş verir və nəticədə cəmiyyətin 

bütün üzvlərinin gəlirləri formalaşır. MG-in yenidən bölgüsündə dövlət büdcəsi 

xüsusi rol oynayır. MG-in bölgüsü zamanı sərəncamda qalan şəxsi gəlirin 

məbləği də müəyyən edilir. Sərəncamda qalan gəlir ev təsərrüfatının il ərzində 

əldə etdiyi gəlirdir. Qazanılmış gəlirlərdən sosial sığorta ödəmələri, müəssisənin 




 

49 


 

mənfəətindən vergilər çıxılır, onlar əhalidə qalmır. Dövlətdən transfertlər 

(müavinətlər) əhalinin sərəncamına keçir və onların gəlirlərinin bir hissəsini 

təşkil edir. Beləliklə, sərəncamda qalan gəlir faktiki əldə edilmiş gəlirdir. MG-

dən – müəssisələrin mənfəətindən vergilər – sosial sığortaya ayırmalar – fərdi 

gəlir vergisi – korporasiyaların bölünməmiş mənfəəti + transfert ödəmələri = 

sərəncamda qalan şəxsi gəlir. Bu əhalinin bilavasitə istifadə edəcəyi gəlirdir. 

Ancaq bu gəlirlərin hesablanması və əhalinin ehtiyaclarını ödəməsi dərəcəsi 

qiymətlərin səviyyəsindən asılıdır. 

 Davamlı iqtisadiyyatın təmin olunmasının əsas göstəricisi rəqabət 

qabiliyyətlilik və iqtisadi təhlükəsizlik göstəriciləridir. Ümumi halda bu 

göstəricilər sisteminin tərkib hissəsini ümumi makroiqtisadi göstəricilər və 

onların artırn dinamikası təşkil edir. Ümumən "iqtisadi artım" kimi 

dəyərləndirilən bu göstəricilərin arxasında müəyyən dövr ərzində ümumi daxili 

və ya milli məhsulun, milli gəlirin ümumi həcminin və onların ölkə əhalisinin 

hər nəfərinə düşən və ya başqa sözlə adam başına düşən həcminin artım 

dinamikası durur. Davamlı iqtisadi inkişafı xarakterizə edən göstəriciləri əsasən 

iki qrupa bölmək olar: 1. İqtisadi göstəricilər qrupu; 2. Sosial göstəricilər qrupu. 

Bu göstəricilərin özləri də sırf iqtisadi və ya sırf sosial göstəricilər kimi 

birmənalı xarakter daşımır, qarşılıqlı olaraq ümumi sosial-iqtisadi xarakter 

daşıyırlar. İqtisadi göstərici kimi daha çox milli iqtisadiyyatın inkişafının əsas 

göstəriciləri olan ÜDM, ÜMM, MG, MS və sair göstəricilərin natural ifadədə 

dəyər həcmi və onların ölkə əhalisinin hər nəfərinə düşən həcmi çıxış edir. 

 Milli iqtisadiyyatın inkişaf səviyyəsinin sırf sosial göstəriciləri kimi daha çox 

aşağıdakı göstəricilərdən istifadə edilir: 

- "həyat səviyyəsi" göstəricisi. Həyat səviyyəsi dedikdə insanların yaşayışı üçün 

zəruri olan maddi və mənəvi nemətlərlə əhalinin təmin olunması, onların bu 

nemətlərə olan tələbatlarının ödənilməsi səviyyəsi başa düşülür. 

- "əhali gəlirləri". Əhalinin gəlirləri dedikdə müəyyən vaxt ərzində dəyər (pul) 

və natural formada əldə edilən gəlirlərin cəmi başa düşülür. 

- "yaşayış minimumu". Əhalinin yaşayış səviyyəsinin normal saxlanılması və iş 

qüvvəsinin təkrar istehsalı üçün lazım olan əmtəə və xidmətlərin minimum 

səviyyədə qəbul olunmuş istehlakını əks etdirir. Yaşayış minimumunun 2 

növünü qeyd etmək olar: 




 

50 


 

- fizioloji (həyatı) minimum, yəni insanın ancaq fiziki tələbatlarının ödənilməsi 

üçün zəruri olan nemətləri əhatə edir (ərzaq, geyim, mənzil və s.). 

- sosial minimum, yəni insanın mənəvi və sosial tələbatının ödənilməsi üçün 

lazım olan əmtəə və xidmətlərə çəkilən xərclər (məsələn, təhsil, mədəniyyət, 

incəsənət, idman, elm və s.). 

- "yoxsulluq səviyyəsi". Dünya təcrübəsində yoxsulluq səviyyəsinin 

ölçülməsinin, bir çox, metodları mövcuddur. Yoxsulluq həddi iki əsas meyarla 

müəyyənləşdirilir: 

- "mütləq yoxsulluq həddi" - insanların yeməyə, geyinməyə və mənzilə olan 

tələbatlarının qəbul olunmuş minimum səviyyədən aşağı olması; 

- "nisbi yoxsulluq həddi" - insanların gəlirləri mövcud cəmiyyətdə qəbul edilmiş 

standartlara uyğun olmur. 

Bunlardan əlavə milli iqtisadiyyatın inkişafının sosial göstəriciləri kimi 

aşağıdakılar da xüsusi əhəmiyyət kəsb edir: 

- ölkədə mövcud olan işsizlik səviyyəsi və onun idarə edilməsi

- inflyasiya səviyyəsi və onun idarə edilməsi; 

- orta aylıq əmək haqqı və onun dinamikası; 

- əhalinin təhsil səviyyəsi; 

  


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin