Daha çox şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatın əsasını sabit makroiqtisadi
mühit təşkil edir. Makroiqtisadi siyasət seçimləri bu mühitin formasını müəyyən
edir. Ötən illər ərzində, Azərbaycan Dünya İqtisadi Forumunun Qlobal
Rəqabətlilik Hesabatına əsasən, 10 ən stabil makroiqtisadi mühitə malik ölkələr
arasında qərar tutmuşdur. Azərbaycanı 10 ən stabil makroiqtisadi mühitə malik
ölkələr sırasında saxlamaq üçün növbəti 10 il ərzində daha çox şaxələndirilmiş
gəlir strukturu yaradılacaqdır. ARDNF-dən transfertlər üçün “qızıl qayda”dan
istifadə və güclü xərc çərçivəsinin şərtləndirdiyi fiskal intizam iqtisadiyyatı neft
verəcək və dövlət borcunun aşağı səviyyədə saxlanılmasına şərait yaradacaqdır.
artıracaqdır. Dövlət xərclərinin effektivliyini təmin etmək üçün büdcə tələbləri
indikatorlarla əlaqələndiriləcəkdir. Bütün bunlar Azərbaycanın əsas beynəlxalq
bilər. Bununla yanaşı, mühüm iqtisadi göstəricilər və açıq kredit mövqeyi və ya
məqsədilə manat üzən valyuta olmaqda davam edəcəkdir. Bu yanaşma
40
makroiqtisadi mühiti daha asan proqnozlaşdırmağa imkan verəcək, daha yüksək
həcmdə birbaşa xarici investisiyaları və sabit ticarət axınlarını dəstəkləyəcəkdir.
Bu, həm də sabit və proqnozlaşdırılması mümkün olan inflyasiya mühitinin
yaranmasına gətirib çıxaracaqdır ki, nəticədə Azərbaycanda ev təsərrüfatları öz
yığımlarını bank sektoruna etibar etməklə maliyyə sabitliyinə daha çox dəstək
vermiş olacaqlar. Manatın mübadilə məzənnəsində volatilliyin azalması
Azərbaycanda investisiya risklərini də azaldacaqdır. Beynəlxalq kreditorların
tətbiq etdiyi risk premiyası bu təsir nəticəsində azalaraq kapital xərcini aşağı
salacaqdır. Effektiv fiskal və monetar idarəetməni dəstəkləmək üçün maliyyə
sektorunda sabitlik və likvidlik 2025-ci ilədək tam təmin ediləcəkdir. Bunun
üçün dövlət istiqrazlarının və sərbəst dövriyyədə olan digər qiymətli kağızların
daha likvid olması təmin edilməlidir. Likvidlikdə artım vacib qiymət siqnalı
olub, real iqtisadiyyata daha çox kredit kütləsinin axını ilə nəticələnən likvid
banklararası bazarın inkişafına təkan verir. Həmçinin daha dərin kapital
bazarları çevik yerli investisiyalar üçün imkan qazandırır və bu, müvəqqəti
sərmayə imkanları axtaran investorlar üçün xüsusilə vacibdir. Bu prioritetin əsas
məqsədi daha çox yerli kreditorları və kredit axtaranları kapital bazarlarına cəlb
etməkdən ibarətdir. Bu, kapital bazarlarının daha da şaxələndirilməsi və
volatilliyin azaldılmasına gətirib çıxarır, həmçinin manatın daha cəlbedici
olması üçün manat nominasiyalı investisiya qoyuluşlarına daha geniş imkanlar
açır. Nəticədə, hazırda əsasən ABŞ dollarında saxlanan yığımlar get-gedə daha
çox manata çevriləcəkdir. Daha dərin kapital bazarı həm də Mərkəzi Banka daha
effektiv monetar siyasət yürütmək və bazarda qeyri-müəyyənlik olduqda son
instansiya kreditoru kimi hərəkət etmək imkanı verəcəkdir. Azərbaycanda 2025-
ci ilə qədərki dövrdə maliyyə sektorunda qısamüddətli sabitləşdirmə təmin
ediləcək, ortamüddətli dönəmdə struktur islahatları ilə inkişaf gücləndiriləcək,
uzunmüddətli dönəmdə isə maliyyə sektoru qlobal müstəvidə açıq rəqabətə
hazırlanacaqdır. Ölkədə maliyyə sektorunda islahatların region dövlətlərinə
nisbətən daha sürətlə aparılması, ölkəyə xarici investisiya cəlbini
genişləndirməklə milli iqtisadiyyatın dayanıqlı inkişafına təkan verəcəkdir.
Dostları ilə paylaş: