Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   9   10   11   12   13   14   15   16   ...   33
Azərbaycan İqtisadiyyatı

 

 


 

32 


 

Sual 14. Azərbaycan nəqliyyat infrastrukturunun inkişafı. 

 Dəniz Nəqliyyatı 

Azərbaycan, dəniz nəqliyyatı baxımından regionda keçid ölkəsi olmaq kimi 

əhəmiyyətli bir potensiala sahibdır. Xəzər dənizində yüz kilometrlərlə bir sahil 

zolağı olmasına baxmayaraq, ölkədə sadəcə biri böyük olmaqla cəmi 15 liman 

mövcuddur. Ölkənin ən böyük limanı Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. 

Azərbaycanda dəmir yolları olmadığı vaxtlarda dəniz vasitəsiylə nəqliyyat 

böyük rol oynamışdır. Azərbaycan və Xəzaryanı dövlətlər arasında birbaşa və 

mütəmadi olaraq dəniz səfərləri həyata keçirilmişdi. Xəzər dənizi vasitəsiylə 

İran, Türkmənistan, Dağıstan, Qazaxıstan və Rusiya ilə əlaqələr qurulmuşdur. 

Bakıdakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın lojistik infra- 

strukturunun stratejik bir hissəsi olaraq görünməklə yanaşı, Orta Asiyadan qərb 

bazarlarına mineral xammallar və başqa məhsulların daşınmasında bir lojistik 

kalidor olaraq geostrategiyalı bir nöqtədədir. Bakı limanı həm dərindir, həm də 

heç bir zaman donmur. Liman, sərnişin nəqliyyatı üçün isə çox əlvərişli deildir. 

İnfrastrukturu dünya inteqrasiyasına əlvərişli xüsusiyyətdə olmayan Azər- 

baycanda dəniz nəqliyyatı da köhnə və əlvərişsiz vəziyyətdədir. Ümumiyyətlə, 

nəqliyyat sektorundakı tənəzzülün əsas səbəbi, sektorun köhnə Sovət İttifaqı 

respublikaları ilə olan bağlılıqlardan ortaya çıxmışdır, ilin aprel ayında 

başlanmışdır 



Dəmir Yolu Nəqliyyatı 

Dəmir yolu nəqliyyatı ölkə daxili və beynəlxalq yük daşmalarında mühüm yerə 

sahibdir. Azərbaycanda iqtisadi və infrastruktur potensialının mühüm bir 

hissəsini dəmir yolu nəqliyyatı təşkil edir. Azərbaycanda yüklərin təxminən 

70%-i, sərnişinlərin təxminən 30%-i dəmir yolu nəqliyyatı ilə həyata keçirilir. 

Dəmir yollarının uzunluğu 2120 km.-dir. Dəmir yolu ilə daha çox neft, neft 

məhsulları, metal, maşınqayırma avadanlıqları, ərzaq və odun məhsulları daşınır. 

Bakıda şəhər daxili nəqliyyatda metronun mühüm bir yeri vardır. 1967-ci ildə 

fəaliyyətə başlayan metro xəttlərinin hal hazırkı uzunluğu 28.5 kilometrdir. Bakı 

metrosu təmizliyinə və xidmət şərtlərinə görə Beynəlxalq Nəqliyyat Təşkilatı 

tərəfindən dünyada “ən təmiz metro” olaraq seçilmişdir. Bakıda bütün metro 

keçidlərində təmizlik yüksək səviyyədədir. Metro əsasən sərnişin nəqliyyatında 

istifadə edi- lərkən, digər dəmir yolları daha çox yük daşmasında istifadə edilir. 

Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit olaraq nəql edilməsi məqsədi 

ilə bağlı müqavilələr çərçivəsində 2004-cü ildə neft daşmaları həcmi- nin 20% 



 

33 


 

artırılmışdır. 2003-cü ildə tranzit neft daşınması 2,8 milyon ton olmuş- dur. 

Azərbaycan dövlət dəmir yolları ilə neft daşınmasının 8 milyon tona çıxa- 

rılması nəzərdə tutulur. Azərbaycanda dəmir yolu ilə yük nəqliyyatında əsas bir 

yeri, 74.5%-lik bir hissə ilə neft və neft məhsulları alır. Lakin ölkədə dəmir 

yollarının böyük hissəsinin yenidən tikintisi vacibdir. 800 vaqondan, 350-nin 

əsaslı təmirə ehtiyacı vardır, ancaq, Azərbaycanda bunu reallaşdıra biləcək 

maliyyə vəsaiti olmaması səbəbi ilə 20 milyon dollarlıq xa- rici yardıma ehtiyac 

var. 

Hava Yolu Nəqliyyatı 

1924-cü ildə Bakı-Tbilisi hava yolu səfərlərinin başlaması ilə Azərbaycanda 

hava yolu nəqliyyatına başlanılmışdır. Azərbaycanda 27 aeroport mövcuddur 

lakin, bunlardan yalnız 5-i normal sərnişin təyyarələri qəbuluna əlvərişlidir. 

Bakı, Naxçıvan, Lənkaran və Gəncə hava limanı beynəlxalq standartlara cavab 

vərəcək şəkildə yenidən qurulmuş və Azərbaycanda Qafqaz regionunda 

beynəlxalq statusda üç aeroporta sahib yeganə dövlət olmuşdur. Ölkənin sahib 

olduğu təyyarə parkı olduqca köhnəlmiş bir vəziyyətdədir. Son illərdə təyyarə 

parkına 12 yeni təyyarə daxil edilmişdir. 2005-2006-cı illər- də da alınacaq olan 

yeni təyyarələrlə “Azal” dövlət konserninin təyyarələrinin həm sayı, həm də 

keyfiyyəti artacaqdır. Azərbaycandan 60-a qədər ölkəyə müntəzəm olaraq 

təyyarə səfərləri möv- cuddur. Hava yolu nəqliyyatı, ölkənin müstəqilliyinin 

əldə etməsindən sonra beynəlxalq siyasi və iqtisadi əməkdaşlığının artması ilə 

paralel olaraq inkişaf edir. 2002-ci ildən etibarən hava yolu ilə sərnişin 

daşımasında artım olarkən, yük daşmalarında dalğalanma yaşanmışdır. Ancaq, 

2004-cü ildə yük daşımalarında 42.9% civarında önəmli bir artım olmuşdur. 

1999-cu ildə Bakıda yeni hava limanının tikintisi və yeni təyyarələrin alın- ması 

ilə bərabər daha çox gediş-gəliş səfərinin həyata keçirilməsi və sərnişin- lərə 

daha yaxşı xidmət göstərilməsi mümkün olmuşdur. Xarici xətt səfərlərindən 

sonra Bakının daxili uçuşlarının həyata keçirildiyi hissədə də lazımi 

yenidənqurma və təmir işləri aparılmış, Naxçıvan Beynəlxalq Aeroportu da 

yenidən təmir edilərək, 2004-cü ildən fəaliyyətə başlamışdır. Təmir və 

yenilənməyə ehtiyac olan Gəncə aeroportunda da beynəlxalq standart- lara 

uyğun olaraq təmir işləri 2006-cı ildə tamamlanacaqdır. Lənkəran hava li- 

manının tikintisi isə 2004-2008-ci illəri əhatə edən regional sosial-iqtisadi 

inkişafla əlaqədar Dövlət Proqramına bağlı olaraq həyata keçiriləcəkdir.Yevlax, 

Naftalan, Şəki, Zaqatala və başqa şəhərlərdəki hava limanlarının yenidən 



 

34 


 

tikintisi gələcək illərdə reallaşa biləcəkdir. Beləliklə, Azərbaycanın hər bir 

regionunda hava yolu ilə nəqliyyat imkanı mümkün olacaqdır. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin