Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»


Sual 12,13. Azərbaycan milli iqtisadiyyatının formalaşması və inkişafında



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   8   9   10   11   12   13   14   15   ...   33
Azərbaycan İqtisadiyyatı

Sual 12,13. Azərbaycan milli iqtisadiyyatının formalaşması və inkişafında 

regionların rolu. 

11 Fevral 2004-cü ildə isə, ölkə prezidenti İlham Əliyev “Azərbaycan re- 

gionlarının 2004-2008-ci illərdə sosyo-iqtisadi inkişafı ilə əlaqədar dövlət proq- 

ramının həyata keçməsi haqqında” fərman imzaladı. Təsdiq edilen proqram, 

Azərbaycan iqtisadiyatının tarazlı və ardıcıl inkişafını müəyyən edən çox əhə- 

miyyətli bir sənəddir. Dövlət Proqramında ölkənin iqtisadi regionlarının kənd 

təsərrüfatı, sənaye və sosial sahələrinin ikişafının sürətləndirilməsi, infrastruk- 

turun qurulması ilə bağlı mövzular öz əksini tapmışdır:  sosyal-iqtisadi inkişafa 

dair hazırlanan bu Dövlət Proqramında: 

- makroiqtisadi stabilliyin davam etməsi, 

- kiçik nisbətdə inflyasiyanın davam etməsi, 

- optimal dövlət tərtibatı, investisiyaların stratejik əhəmiyyətli sahələrə 

istiqamətləndirilməsi, 

 - kənd təsərrüfatı sektorunda aparılan reformların ikincisinin həyata keçi- 

rilməsi, 

- özəl sahibkarlığın regionlarda inkişaf etməsi məqsədiylə özəlləşdirmə- nin 

sürətləndirilməsi, 



 

29 


 

- ixrac potensialının artırılması, qeyri-neft sektorlarının inkişaf etməsi 

məqsədiylə investisiya texnologiyalarının tətbiqinə istiqamətlənən struktur 

siyasətlərinin tətbiq edilməsi, 

- özəl sahibkarlıq üçün investisiya mühitinin yaxşılaşdırılması 

- sosial xidmətlərin səviyyəsinin yüksəldilməsi əsas istiqamətlər olaraq müəyyən 

edilmişdir. 

Proqramın məqsədi; mövcud potensialdan səmərəli istifadə edərək regionla- rın 

iqtisadiyatının ayrı-ayrı sahələrinin inkişafı, istehsalla məşğul olan şirkətlə- rin 

fəaliyyətinin yenidən başlamasını və daha da genişlədirilməsini, ixrac oluna 

bilən məhsul istehsalını təşviq etmək, yerli sahibkarlığın inkişaf etməsi ilə xal- 

qın gəlir səviyyəsinin yaxşılaşdırılması, məşğulluq səviyyəsini, xüsusilə də 

gənclərin faydalı sahələrdə məşğulluğu və ölkə iqtisadiyatının dinamik inki- 

şafını təmin etmək olaraq müəyyən edilmişdir. Dövlət Proqramı 2008-ci ilə 

qədər davam etmiş və daha sonra 2008-2012 regionların inkişafı proqramı ilə 

davam etdirilmişdir. Bu müddətdə; tarazlı inki- şaf sürətinə çatmaq üçün zəruri 

infrastrukturun qurulması, işləməyən müəssisə- lərin istehsal fəaliyyətinin 

yenidən başladılması və regionlara investisiya axını- nın gücləndirilməsi 

məqsədilə əhəmiyyətli addımların atılması gözlənilir. 

Proqramdan Sonrakı İnkişaf 

“Regionlarının Sosyo-İqtisadi İnkişafı İlə Əlaqədar Dövlət Proqramı”nın həyata 

keçirilməsilə bağlı olaraq ayrı-ayrı təşkilatlar müəyyən addımlar at- mağa 

başlamışdır. Regional inkişaf proqramı çərçivəsində, regionlara sərmayə 

qoymaq istəyən həm xarici, həm də yerli iş adamlarına hər növ köməklik 

göstərilir. Regionlarda yerli qaynaqlardan səmərəli olaraq faydalanmaq 

məqsədilə istehsal, emalat, turizm, ticarət, xidmət və digər sahələrdə şirkətlər 

qurulmuş və fəaliyyəti dayan- dırılan bir çox müəssisələrdə yenidən istehsala 

başlanılmışdır. Ölkənin imkanları çərçivəsində, uğurlu fəaliyyət göstərə 

bilmələri üçün əkinçilərə də kredit verilir. Proqramın mərhələlərinin ayrı-ayrı 

həyata keçirilməsinə başlanılmışdır. Məsələn, Nazirlər Kabineti tərəfindən qəbul 

edilən qərara müvafiq olaraq taxıl sahələrinin sığortası üçün nəzərdə tutulan 

ehtiyatların 25%-i dövlət büdcəsi tə- rəfindən maliyyələşdiriləcəkdir. Bu addım, 

əkin sahələrinin sığortasının ənənə- vi hala gətirilmə tələbi istiqamətində 

atılmışdır. Beynəlxalq təcrübə diqqətə alı- naraq Nazirlər Kabineti üçün 

regionlarda kənd təsərrüfatı sektoruna dair xid- mətlərin başlaması haqqında 




 

30 


 

təkliflər hazırlanmışdır. Beynəlxalq təşkilatların regionlara istiqamətləndirilməsi 

də ilkin mövzular- dan biridir. Bu istiqamətdə Azərbaycanın səkkiz iqtisadi 

regionunda iqtisadi formlar təşkil olundu. Bu formlarda bir çox layihəyə imkan 

tanınmışdır. Regionlarda insanların satın alma gücünün artdığı, gözlənilənlərin 

müsbət hala gəlməsi görülür. Regionlarda bir çox təhsil və səhiyyə müəssisələri 

təmir və inşa edilmişdir. Bu fəaliyyətlərin həyata keçirilməsində özəl 

sahibkarlığın xüsusi dəstəyi olmuşdur. 1 Oktyabr 2003–1 Yanvar 2005-ci il 

tarixləri arasında Azərbaycanda 177 mindən çox yeni iş yeri açılmışdır. Açılan 

yeni iş yerlərinin 53.1%-i daimi iş yerləri təşkil edir. Sadəcə 2004-cü ildə 83.7 

mini daimi olmaqla 167 min iş yeri açılmışdır. Açılan iş yerlərinin 87%-i özəl 

sektora, 13%-i isə dövlət sektoruna aiddir. Yeni iş yerlerinin sektoral bölgüsü isə 

belədir: 13.6% inşaat, topdan, pəra- kəndə satış və avto xidmətləri 10.8%, emal 

sənayesi 14.2%, kənd təsərrüfatı 8.1%, daşınmaz əmlak 3.9%, dövlət idarə 

etməsi və icbari sosyal sığorta 3.2%-dir. 2004-cü ildə yeni iş yerlərinin 84%-i 

regionlarda, 12%-i isə Bakıda fəaliy- yətə başlamışdır. Açılan iş yerlərinin 90%-

i isə aşikar üstünlüyü qeyri-neft sek- toru olmaqla, özəl sektora aiddir. Bu 

məlumatlar regionlarda dövlət tərəfindən özəl sektora investisiya qoyuluşları 

üçün verilən imkanların bir göstəricisidir. Açılan işyerlərinin iqtisadi regionlara 

görə bölgüsü isə, belədir: Aran Regionu 61000, Abşeron Regionu 11360, 

Gəncə-Qazax Regionu 17350, Quba- Xaçmaz Regionu 11300, Şəki-Zaqatala 

Regionu 10600, Lənkəran Regionu 10000, Naxçıvan Regionu 7300, Yuxarı 

Qarabağ Regionu 3700, Dağlıq Şirvan Regionu 900. Açılan iş yerlərinin əksinə, 

böyük həcmli şirkətlərin (anonim şirkətlərin) 59.3%-i Bakıda fəaliyyətə 

başlayarkən, 6.5%-i Abşeron, 6.3%-i Gəncə-Qazax, 5.4%-i Naxçıvan və 4.1%-i 

Lənkəran iqtisadi regionunda fəaliyyətə başlamışdır. 

Bu çərçivədə, 2004-cü ildə Gəncədə “Oka” markalı ovtomobil istehsalı, 

Abşeronda “Azbentonit” fabriki, Naxçıvan Beynəlxalq Hava Limanı, 

Lənkəranda pivə və tomat fabrikləri, Xaçmazda makaron fabriki, Şəki, Sədərək 

və Ordubad rayonlarında dəyirmanlar, Naxçıvanda və Bərdə şəhərlərində üzgü- 

çülük hovuzları, Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Ağstafa, Tovuz, Qəbə- 

lə, Daşkəsən, Xaçmaz, Masallı, Abşeron, Qobustan və Quba rayonlarında avto- 

matik telefon stansiyanları, Culfa və İmişli rayonlarında elektrik istehsal müəs- 

sisələri, digər istehsal və qeyri-istehsal müəssisələr (xəstəxana, məktəb, kitab- 

xana, uşaq baxçası, ev) xidmət göstəir. 

Yalnız 2004-cü ildə Quba-Xaçmaz iqtisadi regionunda 4000-ə yaxın iş yeri 

açılımışdır. Bunun 2000-ə qədəri birbaşa iş yeri, 100-dən çoxu yenidən inşa 



 

31 


 

edilmiş iş yeri, qalanları isə müvəqqəti fəsillilik iş yeridir. İqtisadi regiona daxil 

olan Xaçmazda daha çox kənd təsərrüfatı sektoru inkişaf etmişdir. Burada un və 

yem dəyirmanlarının, iri buynuzlu heyvan fermalarının, istixana və bəzi ticari 

müəssisələrin xidmətə başlaması ilə 100-dən çox adam işlə təmin olunmuşdur. 

Əvvəlki dövrdə “Xaçmaz-Xalça” ASC-nin yenidən fəaliyyətə başlaması və 

Xaçmaz Kondisioner fabrikinin xalqa fərqli xidmətlər təqdim etməsi də əməyin 

istismar olunmasında mühüm rol oynamışdır. 

Qusar regionunda da Dövlət Proqramının icrası ilə əlaqədar mühüm irəli- 

ləyişlər yaşanmağa başlamışdır. Regionda xalça istehsalına başlanmışdır. Yeni 

məktəb binaları, istirahət və ticarət müəssisələri inşa edilmişdir. Görülən tədbir- 

lər nəticəsində 100-dən çox iş yeri açılmışdır. Bundan əlavə Qubada xalça 

müəssisəsi və Qida Məhsulları Kombinatında marmalat və mürəbbə istehsalına 

yenidən başlanmışdır. 

Digər tərəfdən dağlıq regionlarda kiçik və orta həcmli sahibkarlığın inkişafı 

məqsədi ilə Quba, Gədəbəy, Qəbələ, Lerik və Şahbuz rayonlarını əhatə edən 

“Dağ və Yüksək Dağlıq Ərazilərin İnkişafı Proqramı”na müvafiq olaraq keçən 

bir neçə il ərzində 350 milyon dollarlıq qaynaq, kredit şəklində sahibkarlara ve- 

rilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində adı keçən rayonlarda iki mindən 

çox yeni iş yeri açılmışdır. Bununla yanaşı bu rayonlara gələcəkdə 2 milyon 650 

min dollar həcmində kreditin verilməsi də diqqətə alınmışdır. 

2004-cü ildə Lerikdə fəaliyyətə başlayan “İFAD” (Kənd Təsərrüfatının Dirçəlişi 

Haqqında Beynəlxalq Fond) qeyri-hökümət təşkilatı “Dağ və yüksək dağlıq 

ərazilərin inkişafı” proqramı çerçivəsində rayonda kənd təsərrüfatı sekto- runun 

inkişafı, yoxsulluğun azaldılması və infrastrukturun yaxşılaşdırılması üçün 

fəaliyyətlərini artırmışdır. Əkinçilərin iş mühitinin yaxşılaşdırılaması, kənd 

təsərrüfatı məhsullarının istehsalı, satışı və ticarəti məqsədi ilə hazırlanmış 

proqram çərçivəsində rayonda 30 qrup yaradılmışdır. İFAD 2004-cü ildə ərazi- 

də infrastrukturun yaxşılaşdırılmasına, sosyal komplekslərin inşasına və təmi- 

rinə 300 milyon manat xərclənmişdir.  

Naxçıvan Muxtar Respublikasında 2008-cü ildə sosyo-iqtisadi cəhətdən mühüm 

irəliləyişlər əldə edilmişdir. Sosyal və iqtisadi infrastrukturda və iqtisa- di 

göstəricilərdə irəliləyiş görülür. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin