Sual 5. Iqtisadi mustəqillik siyasi müstəqilliyin əsasıdır.
Azərbaycan suveren bir respublika kimi dünya tərəfindən tanınmış, bir sıra
beynəlxalq təşkilatlara daxil olmuş və dünyanın bir çox müstəqil dövlətləri ilə
siyasi, iqtisadi, mədəni və s. sahələrdə əməkdaşlıq edir. Dövlət müstəqilliyini
itirməmək üçün də ölkənin iqtisadi müstəqilliyinə nail olmaq lazımdır. Bu
vəzifəni yerinə yetirmək üçün “iqtisadi azadlıq”,”azad iqtisadiyyat” , “iqtisadi
müstəqillik” və “müstəqil iqtisadiyyat” anlayışlarından istifadə etmək lazımdır.
İqtisadi azadlıq başqasının himayəsindən, ələ baxımlığından qurtarıb, öz
imkanları hesabına yaşamağa qadir olmaq deməkdir. Söhbət fərdin, millətin və
hər bir fərdin iqtisadi cəhətdən azad yaşaya bilməsindən gedir. İqtisadi cəhətdən
azad yaşaya bilmək üçün iqtisadi gücə malik olmaq lazımdır. İqtisadi güc isə
real, təbii, iqtisadi, intelektual elmi potensialdır, bu potensialı hərəkətə gətirib
respublikanın ehtiyaclarını ödəmək üçün lazım olan maddi və mənəvi nemətləri
istehsal etmək qabiliyyətidir, istehsalı təşkil etmək, idarəetmək bacarığıdır.
İqtisadi cəhətdən güclü olmaq iqtisadi azadlığı təmin edir.Azad iqtisadiyyat -
fəaliyyəti kənar qüvvələrin təsiri ilə məhdudlaşdırılmayan, bazar qanunları ilə
tənzim olunan, bazarın tələbinə uyğun fəaliyyət göstərən iqtisadiyyatdır. Burada
mülkiyyət azadlığı, sahibkarlıq azadlığı, azad rəqabət, azad qiymətlər
mövcuddur. İqtisadiyyat demokratik prinsiplər əsasında fəaliyyətgöstərir. Ancaq
bu azadlıq mütləq mənada qəbul olunmamalıdır. Belə ki, iqtisadiyyat həm təbii
amillərlə bağlıdır, həm də dövlətin müdaxiləsinə, köməyinə möhtacdır. İqtisadi
müstəqillik o deməkdir ki, 1)xalq tarix boyu yaratdığı və təbiətin ona bəxş
etdiyi sərvətin sahibi olur, ona sərəncam verir və öz mənafeyinə uyğun istifadə
edir. 2)cəmiyyət özünü iqtisadi cəhətdən yaşatmaq gücünə malik olur., əsasən
özünün imkanlarına və tarixi reallıqlara iqtisadiyyatın ictimai formasını
müəyyən edir, formalaşdırır; 3)tərəddüd etmədən xarici iqtisadi əlaqələr
13
yaratmaq, sərbəst dünya bazarına çıxa bilmək, xarici rəqabətə qarşı davamlı
olmaq, iqtisadi təxribatdan qorunmaq kimi keyfiyyətlər də iqtisadi müstəqilliyin
olması deməkdir. İqtisadi cəhətdən müstəqil olan bir dövlət müstəqil maliyyə,
pulkredit, gömrük, qiymət siyasəti yeritmək qüdrətinə malik olur. Ancaq iqtisadi
müstəqillik verilmir, iqtisadi müstəqilliyi təmin edən milli iqtisadiyyat
formalaşdırılmalıdır. Bu elə bir iqtisadiyyat olmalıdır ki, onun: 1)özünün yetkin
milli bazarı və bu bazarın tələblərinə cavab verən strukturu qərarlaşsın; 2) öz
dayaqları üzərində inkişaf edə bilsin və özünü təkrar istehsal etək qabiliyyətinə
malik olsun; 3) müstəqil, möhkəm valyutası, maliyyə, kredit, bank sistemi
fəaliyyət göstərsin; 4)formalaşmış istehsal, bazar və sosial infrastrukturları
olsun; 5)səhmanlı, çevik təsərrüfat mexanizminə və 6)dövlət idarəçilik
ənənələrinə malik olsun. Bu cür keyfiyyətlərə malik bir iqtisadiyyat sosial
istiqamətli olmalıdır, ölkənin iş qabiliyyətli əhalisinin işlə təmin etməklə
səciyyələnməlidir.
Dostları ilə paylaş: |