cövhər", Şəhristani
"Əl-miləl və əl-nihəl",
Nizamülmülk
"
Siyasətnamə
",
Firdovsi
"
Şahnamə
"
əsərində Məzdəkilər hərəkatı və onun ictimai xarakteri haqqında ətraflı məlumat vermişlər.
Bundan başqa
Bizanslı Prokopinin
əsərində də Məzdək hərəkatı haqqında maraqlı faktlar
vardır. Həmin mənbələrdən istifadə edən
Çexoslovakiya
tarixçisi O. Klima və Sovet tarixçisi N.
V. Piqulevskaya Məzdək hərəkatı və onun tarixi, ictimai xarakteri haqqında bir sıra qiymətli
tədqiqat əsərləri nəşr etdirmişlər.
Məzdək
hərəkatı haqqında
Nizamülmülk
deyir: "Əhali gzli və ya aşkar formada Məzdəkin dini
dünyagörüşünü qəbul edirdi." (Nzamülmülk, Siyasətnamə, səh 65) Bu haqqda Firdovsi yazırdı ki,
"...cavan və yaşlı olmasından asılı olmayaraq, bütün yoxsullar onunla birləşmişdilər."
Əyan və ruhanilərin özbaşınalığından və onların mərkəzi hakimiyyətin bütün işlərinə
qarışmalarından cana gələn
I Qubad
Məzdəkin tərəfdarları ilə razılaşmağa və saziş
bağlamağa məcbur olmuşdu. Girşmanın yazdığı kimi, "...xalq elliklə Məzdək hərəkatına
qoşulmuşdu."
[3]
Məzdək hərəkatının iştirakçıları Camaspın hakimiyyəti dövründə üç il təqib edilib
sızışdırılmışdılar. Lakin Camasp hakimiyyətdən düşdükdən sonra Qubadın dövründə 25-26 il
ərzində
Məzdək
və onun tərəfdarlarına toxunulmamşdır. Nəəhayət, Qubad əyan və ruhanilərlə
razılığa gəldikdən sonra
564
-cü il
25 yanvarda
Məzdək və onun tərəfdarlarına divan
tulmuşdur.
Nizamülmülk "Siyasətnamə" əsərinin IV-V fəsillərində Məzdək hərəkatı, onun təriqəti, nəhayət
I Xosrov
tərəfindən hərəkatın yatırılması və Məzdəkin öldürülməsi haqqında I Xosrova
istinadən yazır: "Məzdəki öldürmək asandır, lakin onun tərəfdarlarıolduqca çoxdur. Onu
öldürsəm məzdəkilər qaçıb dağılar, əhalini əldə edib böyük istehkamlar əldə edər, bizim ölkənin
işini bitirərlər. Biz fikirləşməli, onları ellilə qırıb, bir nəfəri belə diri qoymamalıyıq."
Nizamülmülk
ün yazdığına görə,
I Qubad
və
I Xosrov
Məzdəki
aldadaraq ona dedilər ki,
tərəfdarlarını topla, onlara xələt və hədiyyələr vermək lazımdır; onun tərəfdarlarını bu adla 20-
30 nəfərlik dəstələrə bölüb bağa aparıb az-az məhv ediblər.
1. O. Klima, Mazdak, Praqa, 1957 , səh. 130
2. A. Gubaýew, Ý. Orazgylyjow, T. Sahydow. Türkmenistanyň taryhy (iň gadymy döwürden VII
asyra çenli). Ýokary okuw mekdepleriniň taryh hünäriniň talyplary üçin synag okuw kitaby.
Aşgabat, 2010. s.314-315.
3. R. Girşman – İran İslamdan əvvəlki dövrdə, (tərc. M. Müin) Tehran, 1336
İstinadlar
Sonuncu redaktə 3 ay əvvəl
46.32.191.6
tərəfindən edilib
Zərdüştilik
Atəşpərəstlik
Maniçilik
Mənbə — "
https://az.wikipedia.org/w/index.php?
title=Məzdəkilər_hərəkatı&oldid=6268334
"
Həmçinin bax
Mənbələr