Microsoft Word Azf-285346. doc



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə3/76
tarix13.05.2022
ölçüsü1,3 Mb.
#57757
1   2   3   4   5   6   7   8   9   ...   76
Azf-285346

doktoru, dosent.   

Tərbiyə prosesinin hüquqi-normativ əsasları.  Magistr hazırlığı 

təhsil pilləsi üçün nəzərdə tutulmuşdur.. 

Bakı, ADPU, 2015, 29.səhifə 

 

                                         Bakı-2015 



 

3

                                 İzahat   vərəqi 



 

     Azərbaycan Respublikası milli müstəqilliyinə qovuşduqdan 

sonra keçən müddət  ərzində ölkəmizdə istər milli dövlətçilik 

sahəsində, istərsə  də sosial-iqtisadi və  mədəni quruculuq sahəsində 

əsaslı islahatlara başlanılmış  və islahatların aparılmasının hüquqi-

normativ bazası yaradılmışdır. Müstəqil dövlət quruculuğunda 

aparıcı amillərdən biri olan milli təhsil sahəsində  də islahatların 

zəruriliyi  respublikanın sosial-iqtisadi, ictimai-siyasi və dövlət 

quruculuğunda baş vermiş köklü dəyişikliklərlə bağlıdır. 

Təhsil Sahəsində  İslahatlar Proqramı demokratikləşdirmə, 

humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşmə, 

humanitarlaşma prinsiplərinə  əsaslanaraq, təhsil alanın  şəxsiyyət 

kimi formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas 

subyektinə çevrilməsini başlıca vəzifə hesab edən bütün qurumların 

fəaliyyətini təhsilalanın mənafeyinə xidmət məqsədi  ətrafında 

birləşdirən yeni təhsil sisteminin yaradılması zərurətini doğurdu. 

      Respublikada aparılan təhsil islahatları, Boloniya təhsil prosesinə 

keçid, təhsil prosesində baş verən yeniliklər, təhsilimizin dünya 

standartlarına uyğunlaşması, xüsusilə ali pedaqoji təhsilin ardıcıl 

olaraq təkmilləşdirilməsi yüksək ixtisaslı, səriştəli müəllim 

kadrlarının hazırlığına, məktəbdə  təlim və  tərbiyə  işlərinin təşkilinə 

yeni qaydalarla yanaşmağı tələb edir.  

      Cəmiyyətdə insanların bir yerdə sülh şəraitində    və hörmət 

çərçivəsində    yaşaması üçün riayət edilən qaydaların bir qismi  

xalqın içində yaşanılan təcrübələrdən qaynaqlanaraq  formalaşır. 

Digəri isə dövlət tərəfindən qəbul edilir və  cəmiyyətdə, dövlət 

idarələrində  çalışanların münasibətlərini müəyyən edir, etik davranış 

qaydalarına  əməl olunmasını, davranışın hüquqi tənzimlənməsini 

təmin edir. Bu qaydalar hüquqi normativ sənədlərlə tənzimlənir.  

     Təlim və  tərbiyəyə dair hüquqi normativ sənədlər təhsil işçiləri 

üçün, müəllimlər üçün rəhbər pedaqoji sənəd hesab edilir. Bu 

sənədlərdə  məktəblilərin, gənclərin tərbiyəsinə dair qanun 




 

4

səviyyəsində  tələblər qoyulur, vəzifələr göstərilir, istiqamətlər 



müəyyənləşdirilir.  

Dövlətin funksiyalarından biri olan təhsil   məktəb sistemi, təhsil 

şöbələri  vasitəsilə  həyata keçirilir. Hər bir dövlət məktəblərin 

qorunması, fəaliyyəti və inkişafı üçün məsuliyyət daşıyır. Çünki 

məktəb gələcəyimizi müəyyən edəcək olan nəslin formalaşmasında 

mühüm rol oynayan müəssisədir.  Həyatları boyu lazım olacaq bir 

çox  şəxsi keyfiyyətlər, cəmiyyətdəki davranış qaydaları  məhz 

məktəbdə aşılanır. 



  Gənc nəslin formalaşmasında  əsas  şəxslərdən biri olan 

müəllim, müəllim-şagird münasibətlərini ədalət zəminində, pedaqoji 

əsaslar üzərində formalaşdırması xüsusi əhəmiyyət kəsb edir. 

 

Hüquqi  əsaslara vaqif olan müəllimlər, təhsil işçiləri münasibətləri  



daha düzgün, hörmət çərçivəsində, müasir tələblərə uyğun qurmalıdır. 

Gənc nəslin təlim və tərbiyə işlərinin milli zəmin üzərində qurulması, 

milli-mənəvi ruhda tərbiyəsi, tariximizin, mədəniyyətimizin, 

pedaqoji fikrimizin, zəngin mənəvi irsimizin öyrənilməsi “Tərbiyə 

prosesinin hüquqi normativ əsasları“ fənninin tədrisinin aktuallığını 

şərtləndirən əsas amillərdən biridir. 

Bu kursun başlıca məqsədi  ilk  növbədə magistr pilləsində 

təhsil alan magistrantları, və ümumiyyətlə isə təhsil işçilərini, təhsillə 

məşğul olan  insanları, habelə pedaqoji tədqiqatçıları  təhsil, tərbiyə 

işlərinə  dair hüquqi normativ əsaslarla tanış etmək, bu əsaslar 

üzərində pedaqoji bilik, bacarıq və vərdişlər formalaşdırmaq, praktik 

pedaqoji fəaliyyətdə  hüquqi – normativ sənədlərə  əsaslanaraq 

onlardan  istifadə etmək bacarıq və qabiliyyətləri formalaşdırmaqdır. 

 Saatlar  şərti xarakter daşıya  bilər. Bəzi ali məktəblərdə, 

ixtisas qruplarında fərqli  saatlar ola  bilər.  Bu    baxımdan saatların 

bölüşdürülməsi, artırılıb və ya azaldılması, yaxud da mövzuların 

birləşdirilməsi  ixtisas kafedrasının səlahiyyətinə daxildir.    


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin