16
Selevki hökmdarı III Antioxun ( e.ə 223-187) Midiya və Atropatenaya
qarşı apardığı uğurlu müharibələr nəticəsində Midiya satraplığı tamamilə
ələ keçirildi. Selevklilərlə savaşda məğlubiyyətə uğrayan Atropatena
hökmdarı Artobazan
III Antioxla sülh bağlayaraq, Selevklilərdən asılılığı
qəbul etməli oldu. E.ə 190-cı ildə Maqneziya döyüşündə romalılara məğlub
olan Selevklilərin Asiyadakı mövqeləri də xeyli zəiflədi. Bundan istifadə
edən Atropatena asılılıqdan çıxıb, tam müstəqil oldu.
E.ə. III əsrdə yaranmış Parfiya dövləti Şərqdə geniş işğalçılıq
planlarını həyata keçirməyə çalışan Roma ilə rəqabət aparırdı. Ön Asiyada
ağalıq uğrunda bu iki dövlətin apardığı müharibələrdə Atropatena əvvəlcə
onunla dini baxımdan qohum olan Parfiyanı müdafiə edirdi. E.ə. 53-cü ildə
Parfiya-
Atropatena müttəfiq qoşunlarının Romaya qarşı apardıqları Karr
döyüşündə romalılar iyirmi min döyüşçü itirərək ağır
məğlubiyyətə
uğradılar. E.ə. 36-cı ildə Roma triumviri Mark Antoni Parfiyanı və onun
müttəfiqi Atropatenanı sıradan çıxarmaq üçün böyük yürüşə başladı. Roma
ordusu o dövr üçün çox müasir olan 300 mühasirə maşını və qalauçuran
qurğu ilə silahlanmışdı. Antoni indiki Təxti-Süleymaniyyədə
yerləşən
Fraaspa şəhərini mühasirəyə alsa da, şəhərin müdafiəçiləri böyük qətiyyət
göstərdilər, qala darvazalarını açıb romalılara ağır zərbələr vurdular. Geri
çəkilməyə məcbur olan Antoninin itkisi çox böyük idi. Atropatena
torpağında 35 min roma döyüşçüsü məhv edildi. Atropatena hökmdarı
Artabazd (e.ə. 59-20) bu qələbəni təntənə ilə qeyd etdi. Roma tərəfində
vuruşan Pont çarı Polemonu, xeyli hərbi əsiri, Roma bayraqlarını və çoxlu
qənimət ələ keçirən Atropatena hökmdarı Artabazdla,
onun müttəfiqi
Parfiya çarı IV Fraat arasında ixtilaf yarandı. Parfiyanın Atropatenanı özünə
tab
e etmək cəhdi Artabazdın Roma ilə yaxınlaşmasına səbəb oldu. Pont
çarını və Roma bayraqlarını Antoniyə qaytaran Artabazd qızı İotapeni
Antoninin Misir kraliçası Kleopatradan olan oğlu Aleksandrla nişanlayaraq
e.ə. 34-cü ildə Parfiyaya qarşı mübarizədə güclü bir müttəfiq qazandı.
Antoninin və e.ə. 30-cu ildən sonra Oktavian Avqustun dövründə Artabazd
17
öz taxt-tacını qoruyub saxlamaqla yanaşı ölkədə böyük nüfuz sahibinə
çevrildi. E.ə. 20-ci ildə Roma imperatoru Oktavian Avqustun vasitəçiliyi ilə
Atrabazdın qızı İotape hakimiyyətə Roma tərəfindən
gətirilmiş III Mitridata
ərə verilmiş və nəticədə o, Kommagena kraliçası I İotape kimi tarixə
düşmüşdür. Onun qadın varislərinin hamısı İotape adlanırdı.
Türkiyədə
antik liman şəhəri İotapenin qalıqları tapılmışdır. Bu şəhər Kommagena çarı
IV Antioxun həyat yoldaşı olmuş VI İotapenin adını daşıyırdı. I İotapenin
varisləri uzun müddət Kommagena, Emesa, İudeya və Kilikiyada
hökmranlıq etmişlər.
Artabazd Roma hökmdarı Oktavian Avqustun tapşırığı ilə e.ə. 20-ci
ilədək eyni zamanda Ermənistanı da idarə etmişdir. Bölgədə Romanın
siyasi üstünlüyünü qoruyub saxlamağa çalışan II Ariobarzanın
dövründə
(e.ə. 20-b.e. 2-ci ili) də Ermənistan ərazisi Atropatenanın tabeliyində
olmuşdur. Eramızın 20-ci ilində Atropatena ərazisi Parfiya tərəfindən ələ
keçirilmişdi. Nəticədə 350 ilə qədər mövcud olan Atropatena dövləti siyasi
müstəqilliyini itirərək Parfiyanın tərkibinə qatılmışdı.
Dostları ilə paylaş: