Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra



Yüklə 348,94 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix29.10.2022
ölçüsü348,94 Kb.
#66780
  1   2   3   4   5   6   7   8   9   ...   13
277 azerbaycan tarixi m N2azerbaycan erazisinde qedim dovletler





AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ 
 
P O L İ S A K A D E M İ Y A S I 


KAFEDRA
: «İctimai elmlər» 

FƏNN: «Azərbaycan tarixi» 
 

FAKÜLTƏ: Əyani 
 


 

MÜHAZİRƏ 

MÖVZU:№2 «AZƏRBAYCAN ƏRAZİSİNDƏ QƏDİM DÖVLƏTLƏR» 


 
Vaxt-2 saat

 
 
 

 
 

Tərtib etdilər: «İctimai elmlər»
kafedrasının baş
müəllimi, polis baş leytenantı Rəşad Qasımov 

«İctimai elmlər»
kafedrasının müəllimi, 
polis 
kapitanı Rəhim Məcnunov 
 

Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib. 
Protokol 
№ ____ “________” ______________2016-cı il 

 
 
 
BAKI 2 0 1 6 
 



MÖVZU № 2: AZƏRBAYCAN ƏRAZİSİNDƏ QƏDİM DÖVLƏTLƏR 
PLAN 
 
GİRİŞ 
 
 
 

1. 
Manna dövləti: yaranması, yüksəlişi və süqutu 
2. 
Azərbaycan Midiya və Əhəməni imperiyalarının tərkibində. 
Atropatena dövləti 
3. 
Albaniya dövləti. (e.ə. IV – e. I əsri).
 
 
 
ƏDƏBİYYAT: 
 
1. 
Azərbaycan tarixi. Dərslik.(S. Əliyarlının red. ilə). Bakı, 1996, 2009 
səh. 34-109 
2. 
Azərbaycan tarixi. Dərslik. I cild. Bakı,1994 səh.58-166 
3. 
Şükürov K. Azərbaycan tarixi. (Üç hissədə) I hissə. Bakı,2004 
4. 
Azərbaycan tarixi, 7 cilddə. Bakı, 1998, 2007. I cild. səh. 174-415 
5. 
Məmmədov İ. Azərbaycan tarixi (ali məktəblər üçün dərslik) Bakı, 
2005. səh. 16-44 
6. 
Babayev İ. Qəbələ. Bakı, 1971 
7. 
Əliyev İ. Atropatena (rus dilində). Bakı, 1989 
8. F
azili A. Atropatena (e.ə. IV – eramızın VII əsrləri). Bakı, 1992 
9. 
Məmmədova F. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi 
coğrafiyası. Bakı, 1987 
10. 
Qafqaz Albaniyasının tarixi məsələləri. Bakı, 1962 
11. 
Qaşqay S. Manna dövləti. Bakı, 1993 
12. 
Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, 
1989 
 
 



GİRİŞ 
 
Azərbaycan tarixinin qədim dövrlərinin öyrənilməsi, miladdan öncəki 
dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş tayfa ittifaqlarının və 
qədim dövlətlərin tarixinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Belə 
ki, e.ə. III - II minilliklərdə Azərbaycanın tarixi - coğrafi sərhədləri, etno - 
siyasi durumu, bu coğrafi məkanda yaşamış xalqların həyat və məişəti, 
təsərrüfatı və.s. məsələlər dərindən araşdırılmalı və təhlil olunmalıdır.
E.ə. III minillikdə Azərbaycanın cənub hissəsi Mesopotamiya 
sivilizasiyasına yaxın olduğundan ilk sinifli cəmiyyət və dövlətlər məhz 
burada yaranmışdır. Urmiya gölü hövzəsində Aratta, Lullubi və Kuti dövlət 
qurumları yaranmış, minilliyin sonunda isə bu dövlətlər parçalanaraq öz 
yerlərini iri tayfa ittifaqlarına vermişlər. Bu dövlət qurumlarının 
Mesopotamiyanın şəhər-dövlətləri ilə sıx əlaqələri olmuşdur.
Azərbaycan ərazisində ilk mərkəzləşmiş dövlət e.ə. I minilliyin 
əvvəllərində Urmiya gölü hövzəsində yaranmış Manna dövləti olmuşdur. 
Manna 
dövlətinin yaranması, əhalisi və ərazisi, qonşu dövlətlərlə 
münasibətləri, mədəniyyəti mühazirədə öz geniş əksini tapmışdır.
Azərbaycanın Midiya və Əhəməni imperiyalarının tərkibində olduğu 
dönəm də mühazirədə geniş təhlil olunmuşdur. Makedoniya imperiyası 
tərəfindən Əhəməni dövlətinə son qoyulduqdan sonra Azərbaycan 
torpaqlarının qısa müddətə bu nəhəng dövlətin tərkibinə daxil edilməsi və 
Makedoniyanın süqutundan sonra Azərbaycanın cənubunda Atropatena, 
şimalında isə Albaniya dövlətlərinin təşəkkül tapması mühüm tarixi hadisə 
hesab oluna bi
lər.

Yüklə 348,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin