Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra



Yüklə 348,94 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix29.10.2022
ölçüsü348,94 Kb.
#66780
1   ...   5   6   7   8   9   10   11   12   13
277 azerbaycan tarixi m N2azerbaycan erazisinde qedim dovletler

Mədəniyyət. Atropatena zəngin mədəniyyətə malik olmuşdur. Burada 
yüksək şəhərsalma mədəniyyətinin olduğunu arxeoloji qazıntılar 
nəticəsində tapılmış şəhər qalıqları da sübut edir. Şəhərlər mühüm ticarət 
yolları üzərində yerləşən oturaq yaşayış məskənlərinin inkişafı nəticəsində, 
böyük məbədlərin ətrafında yaranır və yaxud hökmdarlar tərəfindən 
salınırdı. Şəhərlər ölkənin inzibati –iqtisadi və mənəvi-ideoloji mərkəzləri 
rolunu oynayırdı. Şəhərlərdəki binalarda daş sütunlardan, kirəmitdən geniş 
istifadə edilirdi. Evlərin üstü yastı və ya tağ şəklində örtülürdü. Atropatena 
memarları antik Avropa və qonşu Şərq ölkələrinin memarlıq üslubları ilə 
tanış idilər.
Şərqdə Ellin mədəniyyətinin yayılması nəticəsində Atropatenada da 
yunan yazısı və dilindən istifadə olunurdu. Kerifto adlı möhtəşəm memarlıq 
abidəsi üzərində yunan dilində yazı həkk olunmuşdur. Zaqros dağlarında 
tapılan və dəri üzərində yazılmış üç əlyazmada icarə müqavilələrindən 


18 
bəhs olunur. Əlyazmalar yunan dilində olsa da, iştirakçı şəxslər yerli ad 
daşıyırdılar.
Atropatendə əhali zərdüşt dininə sitayiş edirdi. Bu dinin yaradıcısı 
Zərdüştdür. Zərdüşdün e.ə. VII əsrin ortalarında Azərbaycanda anadan 
olması və e.ə. 595-ci ildə özünü peyğəmbər elan etməsi haqqında tutarlı 
dəlillər vardır. Zərdüştlüyün müqəddəs kitabı «Avesta» dır. Zərdüştlükdə 
Od mühüm yer tutduğundan bu din Atəşpərəstlik də adlanır. Zərdüştlüyə 
görə dünyada Xeyir (Hörmüzd) və Şər (Əhriman) adlanan iki əsas qüvvə 
arasında daima mübarizə gedir və son nəticədə xeyir şərə qalib gəlir. 
Zərdüştlük dini təlimi antik çağların mənəvi-əxlaqi keyfiyyətləri: yüksək zəka 
və xeyirxahlıq üzərində qurulmuşdur. Bu dində ailə və övlad tərbiyəsinə 
xüsusi diqqət yetirilirdi. Zərdüşt dininə inam gətirən hər bir şəxs cəmiyyətin 
həyatında fəaliyyətsiz qalmamalı, əkinçilik və ya maldarlıqla məşğul olmalı, 
bataqlıqları qurudub məhsuldar torpağa çevirməli gündəlik həyatında 
yalançılığa yol verməyərək düz danışmalı və doğru yol tutmalı idi. 
Zərdüştlüyün baş məbədi Atropaten ərazisindəki Qanzakda (Qazaka) 
yerləşirdi. Baş məbədin mehrablarında daima od yanır və heç vaxt onu 
sönməyə qoymurdular. 

Yüklə 348,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin