Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra



Yüklə 348,94 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix29.10.2022
ölçüsü348,94 Kb.
#66780
1   2   3   4   5   6   7   8   9   10   ...   13
277 azerbaycan tarixi m N2azerbaycan erazisinde qedim dovletler

Ərazisi və əhalisi. Atropatena dövlətinin ərazisi indiki Cənubi 
Azərbaycan torpaqlarını əhatə edirdi. Tarixi şəraitdən asılı olaraq dövlətin 
ərazisi müxtəlif vaxtlarda müəyyən dəyişiklikliyə uğramış, böyümüş və ya 
ki
çilmişdir. 
E.ə III əsrin 20-ci illərində Atropatenanın ərazisi Roma müəllifi
Polibinin yazdiğina görə, hətta Xəzər dənizindən o vaxtkı İberiyadan keçən
Rioni cayının yuxarı axarlarınadək olan torpaqları əhatə edirdi. 
Atropatenanın əhalisi etnik baxımdan yekcins deyildi. Burada
matienlər, saqartilər, kadusilər, gellər,utilər, maqlar, kaspilər və b. 
yaşayırdılar. Bu tayfaların dil mənsubiyyəti dəqiq müəyyən edilməmişdir. 
Çoxsaylı tayfa olan kadusilər Strabona görə 20 min yüngul silahlı piyada 
və 8 min atlıdan ibarət hərbi qüvvə çıxara bilirdilər. Maqlar isə Zərdüşt dini 
ayinlərinin əsas içracısı olub, böyük nüfuza malik idilər. Saqartilərin adı 
mənbələrdə e.ə VIII əsrdə, kaspilərin adı isə e.ə V əsrdə çəkilmişdir.
Atropatena 
əlverişli təbii çoğrafi mövqeyə və iqlim şəraitinə əsaslanan 
zəngin təsərrüfata malik olmuşdur. Strabon yazırdı ki, bu ölkənin bütün
vilayətləri məhsuldardır. Atropatenada əhali çay vadilərindəki və Urmiya 
gölü ətrafındakı məhsuldar torpaqlarda əkinçilik və üzümçülüklə məşğul 
olurdu. 
Əkinçilikdə buğda və arpa növləri üstün yer tuturdu. Antik 
müəlliflərdən Strabon, Cevstafi və başqaları Atropatendə torpağın 
məhsuldarlığını qeyd edərək yazırdılar ki, burada bir üzüm tənəyindən 40 
litrə yaxın çaxır hazırlanır, bir əncir ağacı isə 52 litrdən çox məhsul verir. 
Antik 
dövr müəlliflərinin əsərlərində Atropatenada heyvandarlığın, atçılığın 
geniş yayılması haqqında qiymətli məlumatlar var. Polibinin məlumatına 
görə Atropatenanın Kaspiana vilayətində maldarlıq, dəvəçilik və atçılıq 
geniş yayılmışdı. Başqa bir antik müəllif Ammian Marseliyə görə 


14 
Atropatenada 
«Nisa» çinsli dünya şöhrəti qazanmış atlar bəslənirdi. Hərbi 
işdə və nəqliyyat vasitəsi kimi istifadə edilən atların yetişdirilməsində yonca 
əsas yem bazası idi. Plininin «Midiya otu» adlandırdığı yonca toxumu 
Avropanın digər ölkələrinə Atropatenadan aparılmışdır. 
Ölkənin çayları və gölləri forel, kütüm, qızıl balıq növləri ilə dolu idi. 
Kaspilər ovladıqları balıqları xüsusi üsulla duzlayıb qurudur və dəvələrə
yükləyib Ekbatanaya aparırdılar. Kaspilər balıq yağı, xüsusilə çox möhkəm
yapışqan hazırlayırdılar. 
Atropatena 
kənd təsərrüfatı məhsullarının bolluğuna görə qonşu
ölkələrdən fərqlənirdi. Atropatena qədimdən yüksək inkişaf etmiş 
sənətkarlıq ölkəsi kimi məşhur olub, müxtəlif sənət sahələrinin inkişafı 
üçün çox zəngin faydalı qazıntılara malik idi. Burada dəmir, mis, 
qurğuşun, gümüş, qızıl və s. çıxarılırdı. Arxeoloji qazıntılar zamanı tapılmış 
bəzək əşyaları ölkə zərgərlərinin yüksək ustalığından xəbər verir. Ərdəbil 
yaxınlığında tapılmış boyalı, naxışlı və şirli qablar bu ölkədə dulusçuluq 
məktəbinin olduğunu göstərir. Əsas yeraltı sərvətlərdən biri də neft idi. Nefti 
çox vaxt «Midiya yağı» adlandırırdılar. Urmiya gölünün suyundan duz 
istehsal edilirdi. 
Atropatenada 
şəhərlər sənətkarlıq və ticarət mərkəzləri idi. 
Atropatena 
sənətkarları yüksək keyfiyyətli metal və gil qablar, müxtəlif silah 
növləri, toxuculuq məmulatı, bəzək şeyləri, təsərrüfat və məişət əşyaları 
istehsal 
edirdilər. Ölkənin ərazisindən beynəlxalq ticarət yollarının keçməsi 
daxili 
və xarici ticarətin inkişafına, şəhərsalma işinə müsbət təsir göstərirdi. 
Ellin 
dövlətlərini birləşdirən mühüm ticarət yolları da Atropatena ərazisindən 
keçirdi. Baktriya (Orta Asiya), Hindistan və Çin malları Ekbatan şəhərinə, 
oradan 
ölkənin paytaxtı Qazakaya gətirilir, buradan isə Pont (Qara) 
dənizinə, Kiçik Asiya vasitəsilə Aralıq dənizi sahillərinə aparılırdı. Ekbatan-
Qazaka 
beynəlxalq ticarət yolu Kaspi (Xəzər) dənizi sahili ilə Alban 
ölkəsinə, oradan isə şimala doğru uzanırdı. Strabon yazırdı ki, bu yolla 
dəvə karvanları Hindistan və Babilistan malları daşıyırdı.


15 
Ticarətdə puldan geniş istifadə edilirdi. Atropatena ərazisində tapılmış 
ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilmişdir. Tədavüldə 
Parfiya 
pulları da işlədilirdi. Yerli hökmdarların adına kəsilmiş pullara isə 
rast 
gəlinməmişdir. 
Qeyd 
etmək lazımdır ki, ellinizm dövründə Atropaten hökmdarları 
ölkənin iqtisadi və mədəni inkişafını təmin etmək üçün şəhərsalma işinə 
xüsusi diqqət yetirirdilər. Yazılı mənbələrdə Qazaka, Fraaspa, Fanaspa, 
Aqnazana kimi 
şəhərlərin adları çəkilmişdir. Dövlətin paytaxt şəhəri Qazaka 
idi 
və Atropatena hökmdarlarının sarayı da burada yerləşirdi. Sonralar ərəb 
müəlliflərinin Cənzə adlandırdıqları bu şəhər Urmiya gölünün cənub-
şərqində, indiki Marağa yaxınlığında yerləşirdi.
Atropatenanı Atropatlılar sülaləsindən olan hökmdarlar idarə edirdilər. 
Hökmdar hakimiyyəti irsi idi. Cəmiyyət əyanlardan, kahinlərdən(maq), 
kəndlilər, sənətkarlar, tacirlər və qullardan ibarət idi. Tarixi mənbələrə görə 
Misir 
və Assuriyada mövcud olmuş quldarlıq sisteminə Atropatenada rast 
gəlinməsə də, burada da qul əməyindən istifadə edilirdi. «Matikan hazar – 
Dadistan
» adlı mənbədə Atropatenadakı qullar «bəndək» və «ənşəhrik» 
termini 
ilə verilmişdir.
Atropatenada torpaq 
sahiblərinin təsərrüfatlarında qul əməyi ilə 
yanaşı, kəndli əməyindən də geniş istifadə edilirdi. Burada dövlət 
xəzinəsinin gəlir mənbəyini qul əməyinin istismarı ilə yanaşı, kəndli və 
sənətkarlardan yığılan vergilər təşkil edirdi.

Yüklə 348,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin