Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra



Yüklə 348,94 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix29.10.2022
ölçüsü348,94 Kb.
#66780
1   2   3   4   5   6   7   8   9   ...   13
277 azerbaycan tarixi m N2azerbaycan erazisinde qedim dovletler

Mannanın yüksəlişi. E.ə. 743-cü ildə assurların Mannanın əsas 
düşməni olan Urartuya ağır zərbə endirməsi ölkəmizi talanedici hərbi 
yürüşlərdən xilas etdi. Dövlətimizin çiçəklənmə dövrü başladı. Manna 
hökmdarı İranzu (e.ə.740-719) Assuriya dövləti ilə yaxınlaşdı. Assuriya 
Urartu ilə apardığı müharibələrdə Mannaya öz müttəfiqi kimi yanaşırdı. 
Belə əlverişli şəraitdən istifadə edən İranzu vaxtilə Urartunun ələ keçirdiyi 
ərazilərini geri qaytardı. Onun dövründə Cənubi Azərbaycanın demək olar 
ki, bütün torpaqları Manna dövlətinin tərkibində idi. Manna qədim Şərqin 
dörd qüdrətli dövlətindən biri oldu. İranzu mərkəzləşdirmə siyasəti yeridərək 
bütün vilayətlərin hakimlərini özünə tabe edə bilmişdir. Assuriya ilə 
müttəfiqlik, yaxınlıq siyasəti İranzuya ölkəsini bütöv saxlamağa imkan 
verirdi. Ancaq bəzi vilayətlər mərkəzə tabe olmasınlar deyə Urartuya 
meyllənir, bu isə dövlətin parçalanması üçün böyük təhlükə yaradırdı. E.ə. 
719-
cu ildə bəzi vilayət və şəhərlər İranzuya qarşı çıxdılar, ancaq assurların 
köməyi ilə onların üsyanı yatırıldı.
İranzunun ölümündən sonra taxta böyük oğlu Aza (e.ə. 718-716) 
çıxdı. Urartunun fitnəsinə uyan və ondan kömək alan bəzi vilayət hakimləri 
onu devirdilər və qardaşı Ullusununu hakimiyyətə gətirdilər. Ullusunu Urartu 
ilə ittifaqa girdi və 22 qalanı ona verdi. Manna kimi müttəfiqin və Urartuya 
qarşı mühüm strateji əhəmiyyətli qalaların və ərazinin itirilməsi ilə 
barışmayan Assuriya hökmdarı II Sarqon e.ə. 716-715 və e.ə. 714-cü ildə 
buraya yürüşlər etdi. Nəticədə Mannada Assuriyanın siyasi üstünlüyü təmin 
edildi, 22 qala geri qaytarıldı, urartupərəst qüvvələr sıradan çıxarıldı. II 
Sarqon Ullusununun Mannanın hökmdar taxtında yenidən əyləşməsi ilə 
barışmalı oldu. E.ə. 714-cü ildə II Sarqonun Urartuya uğurlu yürüşü 
nəticəsində bir sıra Manna vilayətləri geri qaytarıldı, Mannanın Urartu 
təcavüzündən yaxa qurtarıb tam müstəqil dövlətə çevrilməsi üçün əlverişli 
şərait yarandı. 
Manna e.ə. 714-cü ildə Urartuya qarşı aparılan müharibə ilə əlaqədar
Assuriyaya bac versə də, sonrakı dövrlərdə uzun müddət belə məlumatlara 



rast gəlinmir. E.ə. 713-cü ildə Ullusunu Sarqonu bacla deyil, hədiyyələrlə 
qarşılamışdır. II Sarqon da Manna hökmdarını öz yaxın müttəfiqi kimi kətan 
və yundan toxunmuş rəngli geyimlər, xəncər və üzüklər bağışlamaqla 
dəyərləndirmişdir. II Sarqon ölkədən çıxan kimi Ullusunu Assuriyanın siyasi 
üstünlüyünü tanımaqdan imtina etmiş, hətta Assur torpaqlarına yürüşlərə
başlamışdı. Assur qaynaqlarında e.ə. VIII əsrin sonu-VII əsrin əvvəllərində 
Mannanın Assuriyaya boyun əyməməsi haqqında məlumatlara rast gəlirik. 
Manna hətta öz ərazilərini assur torpaqları hesabına genişləndirməyə 
başlamış onun bir sıra qalalarını ələ keçirmişdi. E.ə. 674-cü ildə Manna 
hökmdarı onun ölkəsinə gəlib məskunlaşmış iskitlər və kimmerlərlə 
Assuriyaya qarşı ittifaqa girmişdi. Tarixdə qədim türk etnosları kimi 
xatırlanan kimmer və iskitlərin Manna ərazisində e.ə. VII əsrin ortalarında 
bir hökmdarlıq yaratması haqqında məlumatlara rast gəlinir. İskit 
padşahlığının hökmdarı Tuqdamme olmuşdur. İskitlər Mannaya qonşu olan 
Midiyada da 28 il (e.ə.653-625) ağalıq etmişdilər. Assurlar Mannanın 
iskitlərlə ittifaqını pozmağa çalışır və bəzən buna nail olurdular.
E.ə. VII əsrin 70-50-ci illərində Manna hökmdarı Ahşerinin tam 
müstəqilləşməsi və Assuriyaya qarşı çıxması yeni savaşlara səbəb oldu. 
Assur hökmdarı Aşurbanipal Mannanın ələ keçirdiyi qalaları geri qaytarmaq 
niyyətində idi və Mannaya yürüş edərsə, uğur qazanıb qazanmayacağı 
haqda öz tanrısının rəmmalına belə bir sorğu ilə müraciət etmişdi: «Assur 
ordusu Mannanın tutduğu Assur qalalarını geri qaytarmaq üçün getsə, 
müqavilə və ya döyüşlə fərqi yoxdur, o, bu qalaları qaytaracaqmı?». 
Göründüyü kimi, Manna öz gücünə görə elə bir həddə gəlib çatmışdı ki, 
Şərqin ən qüdrətli dövlətlərindən biri olan Assuriyanın hökmdarı bu ölkəyə 
yürüşünün nə ilə nəticələnəcəyini bilmədiyindən rəmmaldan soruşmağa 
məcbur olmuşdu.
E.ə. 660-659-cu ildə assurlarla mannalılar arasında baş verən 
savaşda Ahşeri məğlub olmuşdu. Bu məğlubiyyətdən sonra Mannada daxili 
çəkişmələr başlamış və Ahşeri üsyan nəticəsində öldürülmüşdü. Ahşerinin 



oğlu Ualli Assuriyayla ittifaqı bərpa etməyə məcbur olmuşdu. E.ə. VII əsrin 
sonlarında Assuriya Babilistan ilə ölüm-dirim savaşına çıxanda Manna ona 
hərbi qüvvə ilə yardım göstərmişdi.
Mannanın adı e.ə. 593-ci ildə Bibliyada çəkilmişdir. Burada Manna 
iskit
lər və Urartu ilə birlikdə Babilə qarşı mübarizəyə çağırılmışdır. E.ə. 590-
cı ildə Manna torpaqları Midiya ordusu tərəfindən işğal olundu və nəticədə
Manna dövləti süquta uğradı. Manna ilə təxminən eyni vaxtda İskit 
padşahlığına da Midiya tərəfindən son qoyulmuşdur. 

Yüklə 348,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin