Mədəniyyət. Albanlar zəngin maddi
və mənəvi mədəniyyətə malik
idilər. Alban dövləti yaranandan sonra ölkədə memarlıq və tikinti işləri
genişlənmişdi. Şəhərlər salınır, müdafiə istehkamları qurulur, böyük ictimai
binalar tikilirdi.
Albaniyanın paytaxtı Qəbələnin ətrafında tikilmiş müdafiə
qurğuları olan torpaq səddinin və xəndəyin qalıqları bir kilometr
uzunluğundadır.
Tikinti işlərində daş, çiy və bişmiş kərpic, ağac və
kirəmitdən istifadə olunurdu. Qədim Qəbələdə arxeoloci qazıntılar
nəticəsində aşkar edilən və bizim eranın ərəfəsində tikilən böyük bir ictimai
binanın qalıqları göstərir ki, özülü çay daşından, divarları
çiy kərpicdən
hörülmüş tikilinin üç böyük salonu, iki otağı və iki böyük dəhlizi olmuşdur.
Hər salonun ortasında daşdan iki sütun altlığı qoyulmuşdur. Binanın üstü iri
ölçülü və yüksək keyfiyyətli kirəmitlə örtülmüşdür.
Albaniyanın rəssam-boyaqçıları gil, mis və digər metal qablar
üzərində müxtəlif quş, heyvan və insan təsvirləri çəkir və gözəl naxışlar
vururdular.
Qızıl, gümüşdən və digər metallardan hazırlanan
bəzək
əşyalarının bir çoxu incəsənət əsəri sayıla bilər.
Alban
əhalisi antik dövrdə yazı mədəniyyətinə malik olmuşdur.
Mənbələrə görə albanlar dünyada yazısı olan on beş mədəni xalqdan biri
idi.
Xristianlığa qədər Albaniyada çoxallahlılıq olmuşdur. Strabona görə
albanlar
Səma, Günəş və Ay allahlarına sitayiş edirdilər. Albanlar,
hətta
başqa xalqlarda olmayan çox yüksək əxlaqi dəyərlərin və davranış
mədəniyyətinin yaradıcısı və daşıyıcıları idilər. Strabon yazırdı ki, albanlar
öz gözəlliyi və hündür boylu olmaları ilə seçilirlər. Onlar xırdaçı olmayıb
ürəyiaçıqdırlar. Albanlar nəinki valideynlərinə, hətta yad qoca adamlara
belə həddindən artıq hörmət göstərirlər. Göründüyü kimi albanlar çox az
hallarda rast
gəlinə bilən əxlaqi keyfiyyətlərə malik olmuşlar.
Qədim
əcdadlarımızdan biri olan türksoylu Albanların bu nadir əxlaqi keyfiyyətləri
28
NƏTİCƏ
Beləliklə, Azərbaycan ərazisində mövcud olmuş erkən tayfa birlikləri
və qədim dövlətlər haqqında maraqlı məlumatlarla tanış olduq. İbtidai icma
quruluşunun süqut etməsi nəticəsində ilk sinifli cəmiyyətin yaranması, son
tunc -
erkən dəmir dövründə məhsuldar qüvvələrin inkişafı, Mesopotamiya
sivilizasiyası ilə yaxınlıq və əlaqələrin mövcudluğu Azərbaycanın
cənubunda, Urmiya gölü hövzəsində erkən dövlətlərin təşıkkül tapmasına
şərait yaratmışdır. Azərbaycan ərazisində yaranmış dövlətlər haqqında
məlumatlar Şumer mixi yazılı dastanlarında öz əksini tapıb. Bu dastanlarda
erkən dövlət qurumları ilə Şumer şəhər dövlətləri arasında
mövcud olmuş
siyasi, iqtisadi və hərbi əlaqələrdən bəhs olunurdu.
III minilliyin sonları Urmiya gölü hövzəsində mövcud olmuş dövlətlərin
parçalanması nəticəsində Azərbaycanın cənubunda Lullubi, Kuti, Su və
Turukki kimi iri tayfa ittifaqları, şimal hissəsində isə Naxç və Gərgər
tayfaları fəaliyyət göstərmişdir. Bu proses bütün II minillik boyu davam edir.
E
.ə. I minillikdə Azərbaycanın cənub
hissəsində Manna dövlət
qurumu yaranmışdır. Assur və Urartu mixi qaynaqlarında Manna dövləti,
onun ictimai və siyasi quruluşu, Mannanın bu dövlətlərlə münasibətləri,
əhalisi və ərazisi haqqında məlumatlar verilmişdir.
Azərbaycan torpaqlarının Midiya və Əhəməni imperiyalarının
tərkibində
olduğu dönəm, daha sonra qısa müddət ərzində Makedoniya
tabeçiliyi və nəhayət ki, müstəqil Atropatena və Albaniya dövlətlərinin
yaranması ətraflı şəkildə təhlil olunmuşdur. Həmçinin Azərbaycan xalqının
formalaşması, onun maddi və mənəvi inkişafı, mədəniyyəti və iqtisadiyyatı
ilə bağlı məsələlər də mühazirədə geniş şəkildə öz əksini tapmışdır.