277 azerbaycan tarixi m N2azerbaycan erazisinde qedim dovletler
Albaniyanın ictimai-siyasi tarixinin başlıca məsələləri.
Albaniyanın ictimai quruluşu haqqında əsas məlumatlar arxeoloci abidələr
və yazılı qaynaqların öyrənilməsi nəticəsində əldə edilmişdir. Alban
hökmdarlarının qəbirləri indiyədək tapılmasa da, varlı və yoxsul zümrəyə
məxsus yaşayış evlərinin qalıqları və qəbirlərdə tapılmış əşyaların
müxtəlifliyi alban cəmiyyətində ictimai və əmlak bərabərsizliyinin
mövcudluğunu sübut edir. Strabon e.ə. 60-cı illərin hadisələri ilə bağlı
yazırdı ki, hazırda bütün alban qəbilələrini bir padşah idarə edir. Əvvəllər
isə burada hər qəbilənin öz padşahı (çar) var idi. E.ə. I əsrdə Pompeyin
yürüşləri zamanı Albaniyanı Oroyz, Antoninin yürüşləri vaxtı isə Zober idarə
edirdi. Alban
Arşakilərinə qədər, yəni I əsrin ortalarınadək Albaniyanı onun
ilk
hökmdarı olmuş Arranın nəsli-Aranşahlar idarə etmişdir.
Albaniyada
hökmdardan sonra ən hörmətli adam kahin sayılırdı. Baş
kahin
əhalisi sıx olan böyük bir müqqəddəs əyalətə başçılıq edirdi və
məbəd qulları da onun ixtiyarında idi.
Albaniyada hakim
zümrəyə əyanlar və kahinlər daxil idi. Cəmiyyət ali
zümrə ilə yanaşı, kəndlilər, sənətkarlar və tacirlərdən ibarət idi. Albaniyada
kənd təssərrüfatı və sənətkarlıq sahələrində çalışanların böyük hissəsi,
ticarətlə məşğul olanların hamısı azad adamlar idi. Əkinçilikdə və
sənətkarlığın bəzi sahələrində qul əməyindən də istifadə edilirdi. Strabon
alban
məbədlərinə məxsus qulların olduğunu qeyd etmişdir. Qul əməyindən
padşaha və əyanlara məxsus təsərrüfatlarda da istifadə olunması ehtimal
edilir. Lakin Misir, Mesopotamiya,
Yunanıstan, Roma kimi klassik quldar
dövlətlərindən fərqli olaraq Albaniyada qul əməyindən az istifadə
olunmuşdur. Burada əməkçi əhalinin böyük əksəriyyətini azad adamlar,
24
vergi
ödəyən zümrələr (kəndlilər, sənətkarlar və s.) təşkil edirdi. Albaniya
tarixini
araşdıran müəlliflərdən F.Məmmədovanın fikrincə burada quldarlıq,
yalnız bir təsərrüfat ukladı kimi mövcud olmuş və cəmiyyətin bütün sosial-
iqtisadi
həyatını tamamilə əhatə etməmişdir. Quldarlığın zəif inkişaf etdiyi
Alban
cəmiyyətində nəsli-qəbilə quruluşunun qalıqları da öz təsirini
göstərirdi.
E.
ə. IV-III əsrlərdə Makedoniyalı İsgəndərin və Selevkilərin Kaspi
dənizi və onun ətraf bölgələrinə göndərdikləri ekspedisiyalarından sonra
Albaniya
ərazisinə hər hansı bir yürüş haqqında mənbələrdə heç bir
məlumat verilmir. E.ə. I əsrin 60-cı illərinə qədər Yaxın Şərqdə baş verən
hərbi-siyasi hadisələrdən kənarda qalan Alban dövləti üçün bu dövr əmin-
amanlıq dövrü olmuşdur. Ellinizm adlanan həmin dövrdə Albaniya iqtisadi
və mədəni yüksəliş keçirirdi və onun xarici ölkələrlə əlaqələri genişlənmişdi.
E.
ə. I əsrdə romalıların hərbi planlarında Albaniya və qonşu İberiya
önəmli yer tutmağa başlamışdı. Romalılar Albaniyada möhkəmlənməklə
Hindistanı Qara dənizlə birləşdirən, bir hissəsi Kaspi dənizindən-Kür
çayından və quru ərazidən keçən ticarət yollarını ələ keçirmək niyyətində
idilər. Albaniyanı tutmaq Romaya bu ərazidən Parfiyaya zərbələr endirmək
və digər ölkələrə yürüşlər etmək imkanı verirdi. E.ə. 66-cı ildə Roma
sərkərdəsi Pompey Alban torpaqlarına yürüşə başladı və Kür sahilində
hərbi düşərgə saldı. Alban hökmdarı Oroysun başçılıq etdiyi 40 minlik ordu
romalılar üzərinə hücuma keçdi. Həmin ilin dekabrında Kür sahilində baş
vermiş qanlı döyüşdə daha güclü və təcrübəli olan Roma ordusu qalib
gəldi. Albanlarla sülh bağladıqdan sonra Pompey İberiyaya yürüş etdi və
qalib
gəldi.
Romalılar İberiyaya yürüş edəndə albanlar onları arxadan təqib
edərək Roma qoşunu üçün təhlükəli vəziyyət yaratdıqlarından Pompey e.ə.
65-ci
ildə yenidən albanlar üzərinə yürüşə çıxdı. Albanlara gözlənilməz
zərbə vurmaq üçün romalılar İori ilə Alazan çayları arasındakı susuz çöllə
hərəkət etməyi qərara aldılar. Pompey bir neçə albanı əsir alaraq ordusunu
25
daha
qısa və rahat yolla aparmaq üçün onlardan bələdçilik etmələrini istədi.
Maraqlıdır ki, ölümdən qorxmayan albanlar düşməni daha uzun və çətin
yolla apararaq xeyli
ləngitdilər. Alazan çayı sahilindəki susuz çöldə döyüş
baş verdi. 60 min piyada və 12 min atlıdan ibarət Alban qoşununa Oroysun
qardaşı Kozis başçılıq edirdi. Süvari qoşunda albanlar, piyada qoşunda isə
romalılar daha güclü idilər. Pompeyin düşünülmüş hərbi taktikası əsasında
Roma ordusunun
önündə olan atlı dəstəsi qəsdən geriyə qaçaraq albanları
öz arxasınca aparıb mühasirəyə saldı. Döyüş vaxtı Kozis Roma sərkərdəsi
Pompeyə qədər irəliləyərək nizə ilə ona zərbə endirsə də, möhkəm zireh
Pompeyi
ölümdən qurtardı. Pompeyin cavab zərbəsi ilə Kozis ölümcül
yaralandı. Döyüş romalıların qələbəsi ilə başa çatdı. Romalılara qarşı
kişilərlə birlikdə alban qadınlarının da qəhrəmanlıqla vuruşması antik Roma
müəlliflərinin heyrətinə səbəb olmuşdu. Döyüşdən sonra Pompeyin tələbi
əsasında onun düşərgəsinə gəlməyən Alban hökmdarı Oroys məktub və
hədiyyələr göndərməklə kifayətləndi. Pompey barışığa gəlmək və tabe
olmaq
haqqında Oroysun vədlərini qəbul edib, Xəzər dənizi sahillərinə
çıxmaq üçün ölkənin içərilərinə doğru irəliləməyə başladı. Ciddi
müqavimətlə qarşılaşan Pompey öz son məqsədindən əl çəkməyə məcbur
oldu. Roma
müəllifləri bunun əsas səbəbini həmin ərazidə çoxlu zəhərli
ilanların olması ilə əlaqələndirirlər. E.ə. 36-cı ildə Antoninin Atropatenə və
Albaniyaya
yürüşünün nəticəsi olaraq Alban hökmdarı Zober romalılardan
asılılığı qəbul etmişdi. Roma hökmdarı Oktavian Avqustun hakimiyyətinin
sonlarında tərtib olunmuş məşhur Ankir kitabəsində Alban hökmdarının
Roma
ilə dostluq etmək niyyətindən bəhs edilmişdir. Bu yazı göstərir ki,
eramızın I əsrinin əvvəllərində öz ölkəsini müstəqil idarə edən Alban
hökmdarları Roma ilə dinc münasibətlər qurmağa çalışırdılar. Qobustanda
bir qaya
üzərində Roma imperatoru Domisianın adı ilə bağlı olan kitabənin
qalması eramızın I əsrində Roma-Alban əlaqələrindən xəbər verir. II əsrdə
Roma imperatoru Adrian Alban
dövləti ilə dostluq əlaqələri saxlanmasına
xüsusi əhəmiyyət verirdi.
26
Bizim
eranın 34-cü, 72-74-cü və 135-136-cı illərində şimaldan gələn
sarmat-alan
tayfalarının yürüşləri talançılıq məqsədi daşıdığından
Albaniyaya
böyük ziyan vurmuşdu.