10
Sual 2
. Azərbaycan Midiya və Əhəməni imperiyalarının
təkibində.Atropatena dövləti
590-
cı ildə Manna öz müstəqilliyini itirdikdən sonra onun ərazisi
Midiyanın tərkibinə qatıldı. Azərbaycanın şimal torpaqları isə Midiyanın
sərhədlərindən kənarda qalmışdı.
Midiya Mannadan
cənub-şərqdə, İranın mərkəzində yerləşirdi. Midiya
adı ilk dəfə e.ə. IX əsr qaynaqlarında yad edilmişdir. Mannanın Qizilbunda
vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi. Skitlərin ön Asiyaya gəlməsi
ilə Midiya Assuriyaya qarşı mübarizədə fəallaşdı. Herodotun məlumatına
görə bu mübarizəyə Fraorta (e.ə. 675-653) başçılıq edirdi. Mixi yazılarda o,
Kaştariti adlanırdı. E.ə. 672-ci ildə Midiyanın Assuriyaya qarşı
mübarizəsi
uğurla başa çatdı. Midiya müstəqil dövlətə çevrildi. Assuriyalılarda
mübarizədə Kaştariti məğlub olur və döyüşdə həlak olur. Bir müddət
(e.
ə.653-625) Midiya skitlərin hakimiyyəti altına düşür.
E.
ə. 612-ci ildə çar Kiaksarın vaxtında (625-585) Midiya dövləti
türkmənşəli skitlərin köməyi ilə Babilistan ordusu ilə birlikdə Assuriyanın
varlığına son qoyur, ərazisi Midiya və Babilistan arasında bölüşdürülür.
Paytaxtı Ekbatana olan (indiki Həmədan ərazisində) bu dövlət yaxın Şərq
ölkələrinin tarixində böyük rol oynamış, e.ə. 624-cü ildə farsların ölkəsini
tutmuş, Assuriya və Urartu dövlətlərinin varlığına
həmişəlik son qoyaraq
imperiyaya
çevrilmişdir.
Urartu,
sonra
Kiçik Asiyaya gedən yol üzərində yerləşən Urartu
Midiyanın tərkibinə daxil edilir. 5 illik müharibədən sonra Lidiya çarlığı ilə
müqavilə bağlanır. Kiçik Asiyanın Qalis çayı Midiya və Lidiyanın sərhəddi
kimi
müəyyənləşdirilir.
Kiaksardan sonra
hakimiyyətə oğlu Astiaq (e.ə.585-550) gəlir.
E.
ə.550-ci ildə qüdrətli Midiya dövləti süquta uğrayır və Midiya Əhəməni
dövlətinə birləşdirilir. Midiya 20-30 il ərzində İranın ən qüdrətli dövləti
olmuşdur. Keçmiş Urartu ərazisi, farsların əyaləti, Assuriyanın
Şimal
torpaqları Midiyaya daxil idi.
11
II Kir
Midiyanı zəbt etdikdən sora Əhəməni fars dövlətinin əsasını
qoyur. II Kir Midiyada
öz hakimiyyətini qanuniləşdirmək üçün Astiaqın qızı
Amitidanın ərini öldürüb onunla evlənir.
Şimali Azərbaycan əhalisinə nisbətən erkən dövrlərdə massaget
(maskut), sak,
başqa etnik adları şamil edirmişlər. II Kir Şimali
Azərbaycanda yaşayan massagetlərə qarşı
yürüş etmiş, onların hökmdarı
Tomris
tərəfindən məğlub edilərək həlak olmuşdur. (Herodotun
məlumatlarına əsasən).
II Kirin
oğlu Kambiz (e.ə.530-522) Misir yürüşündən qayıdarkən
Suriyada
müəmmalı şəkildə ölür. Hakimiyyətə I Dara (e.ə. 522-486) süi-
qəsd nəticəsində hakimiyyətə gəlir, Kirin qızı Atossaya evlənir. E.ə.522-
521-ci
illərdə Əhəməni dövlətini bürümüş üsyanlar yatırılır.
I Dara
işğal olunmuş ölkələri 20 satraplığa bölür. Bunlardan birinə
Azərbaycanda yaşayan kaspulər, utilər, matienlər və b. daxil idi.
Əhəmənilər I Daranın dövründə (522-486) Alban torpaqlarına tez-tez
yürüşlər etmiş, buradakı sakların ciddi müqaviməti ilə rastlaşmışdılar. Buna
baxmayaraq
alban
torpaqları ələ keçirilmiş və Əhəməni imperiyasının
satraplıqlarına (canişinlik) daxil edilmişdir. Nəticədə Albaniyada yaşayan
tayfalar
Əhəmənilərə vergi verməklə yanaşı, hərbi xidmətə də cəlb
olunurdular. E.
ə. V əsrdə baş vermiş fars-yunan müharibəsində alban hərbi
dəstələrinin də iştirakı haqqında Herodotun «Tarix» əsərində məlumatlara
rast
gəlirik.
I Daranın oğlu Kserks (e.ə.486-465) ordusunda yunanlara qarşı
müharibələrdə Azərbaycan tayfalarının da iştirakı qeyd olunur. (Uti, mut,
matien, mar).
E.
ə. IV əsrdə Makedoniyalı İskəndərin şərqə yürüşləri başlanır.
Yunanlara
qarşı vuruşan Əhəməni ordusuna daxil olan midiyalılara Atropat
başçılıq edirdi. E.ə. 331-ci il 1 oktyabrda Qavqamela düzənliyində qanlı
döyüş başladı. Dara döyüşü qoyub Midiyaya qaçır. Əhəmənilər süqut edir.
Bundan sonra
İsgəndər Babil və Elamı müqavimətsiz tutur. Persepol şəhəri
12
yandırılarkən
güman edilir ki, 12 min dananın gönü üzərində yazılmış
Avesta
yanıb məhv olur. E.ə.330-cu ildə İskəndər Midiyanın paytaxtı
Ekbatana
şəhərinə gəlir. III Dara qaçarkən orta Asiyaya gedən yolda
öldürülür. Bununla Əhəməni sülaləsinin (e.ə.550-330) hakimiyyətinə son
qoyuldu və İsgəndər özünü Əhəmənilərin varisi elan etdi.
Dostları ilə paylaş: