Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra



Yüklə 348,94 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix29.10.2022
ölçüsü348,94 Kb.
#66780
1   2   3   4   5   6   7   8   9   ...   13
277 azerbaycan tarixi m N2azerbaycan erazisinde qedim dovletler

Mannada dövlət idarəçiliyi. Manna dövlətinin paytaxtı - hökmdar 
şəhəri İzirtu idi. Dövləti həmin şəhərdə taxtda oturmuş hökmdar idarə 
edirdi. E.ə. VIII-VII əsrlərdə Mannada hakim sülalənin hakimiyyəti irsən 
ötürülürdü. İranzudan sonra taxta onun böyük oğlu Aza, sonra digər oğlu 
Ullusunu oturmuşdu. Ahşerini oğlu Ualli əvəz etmişdi. Hökmdarın 
səlahiyyətləri kifayət qədər geniş idi: o, dövlətin daxili və xarici siyasətini 
özü müəyyən edir və ya dövrün hərbi-siyasi hadisələrinə uyğun olaraq 
dəyişdirirdi. Mannada hökmdarın yanında fəaliyyət göstərən Ağsaqqallar 
şurası məşvərətçi orqan idi. Dövlətin ərazisi vilayətlərdən ibarət idi
vilayətləri hökmdarın təyin etdiyi hakimlər və canişinlər idarə edirdilər. 
Dövlətin idarə olunmasında əyanlar, müşavirlər və hakim sülalənin üzvləri 
iştirak edirdilər. Mannanın sərhədboyu və ucqar vilayətlərinin hakimləri 
bəzən mərkəzi hakimiyyətə tabe olmaq istəmir, separatçılıq hərəkətlərinə 
yol verərək bu zaman qonşu Urartuya arxalanırdılar. Urartu onlardan 
Mannanın daxili işlərinə qarışmaq üçün istifadə edirdi. Urartunun Mannaya 
qarşı açıq təcavüzkar siyasət yeritməsi Manna hökmdarlarını dövlətin 
torpaq bütövlüyünü qorumaq üçün daha çox Assuriya ilə ittifaqa girməyə 
vadar edirdi.
Manna hökmdarları Assuriya və Urartu hücumlarından qorunmaq 
üçün sərhədlərdə müdafiə qurğuları və qalaların inşasına ciddi fikir 
verirdilər. Mannanın malik olduğu ordunun döyüşçüləri ox-yay, xəncər, 
qılınc, nizələrlə silahlanır və döyüş arabalarından istifadə edirdilər.



Sosial-
iqtisadi münasibətlər. Əlverişli təbii-coğrafi mövqeyi 
Mannada əkinçiliyin və maldarlığın inkişafına şərait yaratmışdı. Burada 
dəmyə əkinçiliyi ilə yanaşı, azyağıntılı torpaqlarda süni suvarma əkinçiliyi 
yayılmışdı. Mannada iki və altı cərgəli arpa, bir neçə növ buğda və darı 
əkilirdi. Əkinçilikdə dəmir toxalardan, oraqlardan və tunc kotanlardan 
istifadə edilirdi. Assur yazılarında Mannada taxıl (buğda və arpa), un 
ehtiyatı, yağ və çaxır anbarları haqqında çox dolğun bilgilər verilmişdir. 
Assur hökmdarı II Sarqona aid mixi yazısında Mannadakı anbarlardan 
götürülmüş «keyfiyyətli çaxırı onun döyüşçülərinin çay suyu kimi 
içməsindən» bəhs edilir.
Manna dağlıq ölkə olduğundan burada maldarlığın inkişafı üçün hər 
cür şərait var idi. Mixi yazılarında Manna torpaqlarında iri və xırdabuynuzlu 
mal saxlanılması və at ilxıları bəslənilməsi haqqında maraqlı məlumatlar 
verilmişdir. 
Manna əhalisi oturaq olduğundan burada yaylaq maldarlığı geniş 
yayılmışdı. Xarici işğalçılar Mannaya hücumlar zamanı buradan qənimət 
kimi qaramal, da
var və at aparmaları haqqında mənbələrdə maraqlı 
məlumatlar vardır.
E.ə 780-ci ildə Mannadan qənimət kimi Urartuya 22529 qaramal, 
36830 davar (qoyun-
keçi), 100 dəvə, e.ə. 779-cu ildə isə 6257 qaramal, 
33302 davar, 606 at və 184 dəvə sürülüb aparılmışdı. Mannada atçılığın 
inkişafı daha çox atdan hərbi işdə və qoşqu vasitəsi kimi istifadə edilməsi 
ilə bağlı idi. Həsənlidə tapılmış qablar üzərindəki təsvirlərə görə Mannada 
bir və ya iki at qoşulmuş döyüş arabaları var idi.
Manna 
çox zəngin faydalı qazıntılara malik idi. Mis, dəmir, qızıl və 
qurğuşun yataqlarının olması Mannada dağ-mədən işinin və sənətkarlıq 
sahələrinin yüksəlişi üçün əlverişli şərait yaratmışdı. Burada mis qab-
qacaqlar, 
zərgərlik məmulatları hazırlanırdı. Manna sənətkarları yüksək 
key
fiyyətli saxsı qablar istehsal edə bilirdilər. Mannada ayrı-ayrı sənət 
sahələri üzrə (dəmirçilik, misgərlik, zərgərlik və silah istehsalı) 



emalatxanalar 
fəaliyyət göstərirdi. Həsənli, Ziviyə və Marlıqtəpədə tapılan 
qızıl və gümüş qablar, zərgərlik məmulatları (qızıl kəmərlər, sırğalar, 
boyunbağılar, bilərziklər və s.) bədii metalişləmənin çox yüksək səviyyədə 
olduğunu göstərir. Ziviyə dəfinəsinə aid qızıl döşluk (pektoral) hakimiyyət 
rəmzi sayılırdı. Mannada memarlıq, daşyonma və bənnalıq sənətləri də 
yüksək səviyyəsi ilə seçilirdi. Toxuculuq və boyaçılıq sənəti də inkişaf 
etmişdi.

Yüklə 348,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin