Onomastika, Dialektologiya, Etimologiya
“Kitab”da Ağcaqala toponimi bəzən bir – Ağcaqala Sürməli,
bəzən isə ayrı-ayrı yer adları kimi yazılmışdır. “Kitabi-Dədə Qorqu-
d”un 1988-ci il nəşrində qeyd olunur ki, Ağcaqala Sürməli toponimi
Arpa çay axarında – indiki Naxçıvan ərazisində yerləşirdi (5, 258).
Ağcaqala toponiminin “ağca” komponenti Azərbaycanda ilk dəfə
1603-1604-cü illərdən məlum olan Ağcabədi (ağca – ağ rəngli əvə
ərəbcə badiyə - “çöl”, “səhra” sözlərindən) yaşayış məntəqəsi adın-
dakı “ağca” sözü ilə eyni anlamdadır.
Ağ saz. “Kitab”da rast gəldiyimiz maraqlı yer adlarından biri də
Ağ (Aq) sazdır:
Aq sazıŋ aslanında bir köküm var,
Qaz alaca yunduŋu durğurmaya... (6, 158).
“Ağ” leksemi toponimik vahidlərin əsas tərkib hissələrindən
olub, müxtəlif mənalar ifadə edir. Həmin məna müxtəlifliyi aşağı-
dakı kimidir:
1) Ağ – “hündür, uca”
2) Ağ – “rəng”
3) Ağ – “kiçik, balaca”
4) Ağ –“keyfiyyətli, içməyə yararlı, yüngül”
Ağ saz toponimində isə ağ sözü rəng anlamını bildirir. “Kitab”da
Ağ saz coğrafi adına Ağca saz şəklində rast gəlıinməsi də bu fikri
təsdiqləyir. Məs.:
Sultanım Qanturalı,
Ağca sazlar içində...” (6, 109)
Saz isə “çöllük, meşəlik, qamışlıq” mənalarını ifadə edir.
Türkiyənin Bursa şəhərində Akça saz kənd adı da “Dədə Qorqud”
əsilli addır.
“Kitab”dakı Ağ qaya və Ağ Hasar (qala) toponimlərinin semantik
məzmununda isə həm “hündür, uca”, həm də “rəng” məna çalarlarını
212
DƏDƏ QORQUD ARAŞDIRMALARI
axtarmaq olar. “Kitab”da saz leksemi ilə yaranan digər toponimə də
rast gəlmək olur. Məsələn,
Qazan, oğlan uçurduŋmı?
Talı sazıŋ aslanına yedirdinmi?
Bu nümunədə adı çəkilən Talı saz - “Kür çayının qollarından bi-
rinin yanındakı qamışlığın adı” dır.
Sürməli. Bu toponim Azərbaycanın qədim yaşayış məntəqə-
si olan İrəvan xanlığının mahallarından biridir. Sürməli coğrafi adı
haqqında məlumat verən B.Budaqov və Q.Qeybullayev qeyd edir ki,
Sürməli – 1728-ci ilə aid mənbədə Sürməli nahiyəsində kənd adıdır.
IV əsrdə tikilmiş Surb-Mariya monastrının və oradakı Surb Mariya
qala adının təhrifidir. Surmari qalasının və ondan şimalda Qarabağ
qalasının adları ilk Alp Arslanın 1064-cü ildə Ani (indi xarabalıqları
Türkiyə ərazisindədir) qalasını tutması ilə əlaqədar hadisələrdə çə-
kilir. Qalanın xarabalıqları indi Qaraqala adlanır, “Sürməli” forması
ilk dəfə “Kitabi-Dədə Qorqud” eposunda (XI boyda) çəkilir. XVIII
əsrə aid ərəbcə mənbədə Surmali kimidir. Lakin 1386-cı ildə Əmir
Teymurun hərbi səfəri ilə əlaqədar mənbədə Surmari forması vardır.
Həmin mənbədə qeyd olunur ki, Surmari qalasının hakimi Tutan adlı
türkdür. Qeyd etmək lazımdır ki, 1225-ci ilə aid hadisələrdən danı-
şan mənbədə göstərilir ki, Surmari əyalətinin başçıları Şərəfəddin
Uzdərə və Hüsaməddin Xızr, qalanın başçısı Sançakxan adlı şəxslər
idi. XI əsrə aid ermənicə mənbədə Surmari kimi qeyd olunmuşdur.
Kirakos Qandzaketsi (XIV əsr) bu adı Surb-Mari kimi qeyd etmişdir.
Yunanca “monastır” mənasında “surb” sözü XIX əsrdə Aleksand-
ropol qəzasında Surb-Azataran və Sürb-Ovanes, Naxçıvan qəza-
sında Surb-Qriqor, Qazax qəzasında Surb-Qriqor, Borçalı qəzasın-
da Surb-Sarkis monastırları adlarında vardı. 1728-ci ilə aid türkcə
mənbədə İrəvan əyalətinin Məzrə nahiyəsində “Yaylağı Köksüköv-
rək Sürməli”, “Yaylaqı Termi-Sürməli quraları” kənd adları, “Yay-
213
Onomastika, Dialektologiya, Etimologiya
laqi-Aqri” (“Sürməli yaylağı”) və “Yaylaqi-Soyuqbulaqi Arpabəyi”
(“Sürməli yaylağı”) yaylaq adları qeyd olunmuşdur.
Sürməli İrəvan xanlığının Dərəkənd-Parçenis qəzasında kənd adı
vardır. 1728-ci ildən məlumdur. 1828-1832-ci illərdəəhalisi qovul-
muş, lakin sonra qayıtmışdır. 1919-cu ildə əhali yenidən qovulduq-
dan sonra kənd dağılmışdır (2, 377). Qeyd edək ki, Sürməli həm
də Şərqi Anadoluda və Cənubi Azərbaycanda Marağa səmtində yer
adıdır. Sürməlim kənd adlarına Türkiyənin Samsun şəhəri, Barfa
qəsəbəsində, Bolu və İğdır şəhərlərində də rast gəlinir.
Ala tağ (dağ). “Dədə Qorqud kitabı”nda ən çox rast gəlinən
toponimlərdən biri də Ala tağdır. “Kitab”ın, demək olar ki, əksər
boylarında bu coğrafi ada rast gəlmək mümkündür.
Qarşu yatan Ala dağdan
bir oğul uçurduŋsa, degil maŋa! (6, 31)
Arxu beli Ala dağı dünin aşdıŋ,
Aqındılı suyın dünin keçdiŋ,
Qanlu kafir elinə dünin girdiŋ (6, 110)
Arqu belı, Ala dağı avlar idim (6, 117)
Yelisi qara Qazılıq atıma butun bindim
Arquri yatan Ala dağ ətəginə vardım (6,146)
Qalqubanı Qazan xan yerindən duri gəldi.
Ala dağda çadırın – otağın dikdi (6, 165)
Arqubeli Ala dağdan dinin aşuŋ,
Aqındılı görkli suyı dəlüb keçüŋ (6, 167) və s.
Toponimiyada ala sözünün “böyük”, “iri”, “rəng” (məs.; qonur;
müxtəlif rəngli), “geniş” mənaları daha çox yayılmışdır. Fikrimizcə,
“Kitab”dakı Aladağ (tağ) coğrafi adındakı “ala” komponenti “böyük,
hündür” mənası əsasında yaranmışdır. Aladağ (tağ) – “böyük, hün-
dür dağ” anlamını ifadə edir. “Ala” sözü “Kitab”da ümumi əlamət
bildirən leksem kimi də çox işlənmişdir. Məsələn:
214
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Yeriŋdən uru durğıl!
Ala çadırıŋ yer yüzinə dikdirgıl! (6, 26);
Dürtişərkən ala göndəriŋ ufanmasun! (6, 36);
Ağ yüzlü, ala gözlü gəlinlər gedərsə,
bənim gedər (6, 35).
Ala savyan gög yüzinə aşanmışdı (6, 78).
Altındağı alaca atıŋnə ögərsin,
Ala başlu keçimcə gəlməz maŋa (6, 39).
Biləgüŋdə doqsan oquŋ nə ögərsən, mərə kafir.
Ala qollu sapanımca gəlməz maŋa! (6, 39);
Ala yılan sökəməz anuŋ ormanı olur (6, 106);
Canvərlər sərvəri qavan aslan qıran.
Ala köpək itinə kəndözin taladarmı? (6, 110) və s.
Nümunələrdən göründüyü kimi ala sözü müxtəlif sözlərin qarşı-
sında gələcək fərqli məna çalarları ifadə edir. Müasir dilimizdə də
“ala” sözü çoxmənalı söz kimi işlənir. Məs.: ala it, ala qapı, ala çatı,
ala göz, Alabaş (it adı), ala keçi, Ala Yaqub və s.
Tədqiqatçılardan M.Adilov ala sözünü ulu sözü ilə əlaqələndirir
. Tədqiqatçı qeyd edir ki, ala sözü fonetik tərkibcə “ulu” sözünün
variantından başqa bir şey deyildir (8,40).
Ala sözü çoxmənalı sözdür və yəqin ki, onun bir mənası da
“ulu”dur. Azərbaycan toponimiyasında ala komponentli coğrafi ad-
lar çoxdur. Məs.: Aladağ-Qazax rayonunu İkinci Şıxlı kəndində dağ,
Alaqaya - Kəlbəcər və Ağdərə rayonunda qaya, Aladaş dağı-Şamaxı
və Abşeron rayonlarında, Aladaş dağı və Aladaş dərəsi – Zəngilan
rayonunda, Aladaş dərəsi - Qubadlı rayonu Tatar kəndində, Alagü-
ney dağı - Zəngilan rayonu Ağbiz kəndində və s. mövcuddur.
Ağlağan. “Kitab”da rast gəldiyimiz toponimlərdən biri də Ağ-
lağandır. Məs.: Kafir sərhədinə, Cızığlara, Ağlağana, Göycə dağa
aluban çıqayın (6, 80).
Ağlağan İrəvan quberniyasının Aleksandropol qəzasında dağ
215
adıdır. Boz Abdal dağ silsiləsinin zirvələrindəndir. İlk dəfə “Kita-
b”da IV boyda adı çəkilir. B.Budaqov və Q.Qeybullayev Ağlağan
toponiminin türk dillərində rəng bildirən ağ və mənası məlum olma-
yan “laqan” sözlərindən ibarət olduğunu qeyd edir. XIX əsrdə Eçmi-
adzin qəzasında Qızıl Zaqan (bulaq adı), Şimali Qafqazda Stavropol
quberniyasının Böyük Derbet ulusunda Zaqan – Xuduq (dağ adı)
və Dağıstan əyalətinin Teynur – Xamşura dairəsində Cakas – Zaqan
toponimləri ilə mənaca eynidir. XX əsrin 30-cu illərində fərmanla
ermənicə Urasar adlandırılmışdır (12, 144). Ağlağan dağ adına Tiflis
quberniyasının Borçalı qəzasında da rast gəlinir . Keçmişdə Qazax –
Borçalı ellərinin yaylaq yeri olmuşdur (3, 106).
Ağlağan dağ adı “ağla” (fel) sözündən və sifət düzəldən -ağan
şəkilçisindən də yarana bilər Ola bilsin ki, qış ayları başı qarlı olan
Ağlağan dağının yaz-yay aylarında qarının əriyib tökülməsini xalq
dağın ağlamasına bənzədib bu adı verib.
Güney Azərbaycanda Savalan dağı ətrafında axan çaylardan biri-
nin adı da Ağlağan çayıdır.
Dərəşam. “Dədə Qorqud kitabı”nda rast gəlinən toponimlər içə-
risində Dərəşam coğrafi adı da var. Məsələn: “Üç gün dünli-dünli
yortdu. Dərəşam ucından keçdi, ol qardaşı tutılan qorıya gəldi” (6,
149).
“Tavlanbaz urub, yundları önlərinə bıraqdılar. Dərəşam suyını
dəlub keçdilər” (6, 153).
Dərəşam coğrafi adı dərə - “çuxur” və şam/çam – “sucaq yer,
bataqlıq” anlamındadır. Dərəşam Culfa rayonu ərazisində mineral
bulaqlardır. Araz çayının sahilində Dərəşam dəmir yol stansiyası
yaxınlığındadır. Üç böyük və bir neçə kiçik bulaqdan ibarət olub,
suyu turş-şordur. Culfa rayonu ərazisində Dərəşam dağı – oronimi
də mövcuddur. Adını ərazidəki eyniadlı bulaqlardan almışdır (1,
161). “Kitab”da da “Dərəşam suyu” ifadəsinin işlənməsi bu coğrafi
adın Culfa rayonu ərazisindəki mineral bulaq adı ilə bağlı olduğunu
təsdiqləyir.
Onomastika, Dialektologiya, Etimologiya
216
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Əlincə qalası. “Dədə Qorqud kitabı”nda rast gəlinən toponim-
lərdən biri də Əlincə qalasıdır. Məsələn:
“Yolu Əlincə qalasına uğramışdı. Qara Təkür orada bir qorı yap-
dırmışdı. Uçardan qaz, tavuq; yürürdən keyik, tavşan bu hovlaya
doldurub, Oğuz yigitlərinə bunı dam etmişdi”; “Yigitləri qırdılar,
Əgrəgi tutdular. Əlincə qalasına zindana bıraqdılar (6, 145).
“Kitab”da adı çəkilən Əlincə qalası toponimi Naxçıvanın Culfa
rayonunun Qazançı kəndinin cənubunda yerləşir. Belə ki, qeyd olu-
nan ərazidə Əlincə adlı dağ yerləşir ki, həmin dağ Əlincə çayının
sağ sahilindədir və sıldırım qayalıqdan ibarətdir. Əlincə qalası da bu
sıldırım qayalıqda yerləşir. Əlincə qalası öz adını üzərində salındığı
dağın adından götürmüşdür. Qalanın Şahtaxtı adlanan sahəsində biş-
miş kərpicdən tikilmiş binaların xarabalıqları qalmaqdadır. VII əsrə
aid mənbələrdə qalanın adı Erincak, XIII əsrə aid mənbələrdə isə
Alınca variantlarında çəkilir (1, 181).İspan səyyahı və diplomançı
Ryui Qonsales Klavixo Azərbaycanda olarkən yol qeydlərində ya-
zır: “Əlincə qalası uca dağda idi. Divar və bürclərlə əhatə olunmuş-
dur... Qala dağın lap zirvəsində ucalırdı” (12, 144). Eldəgizlər döv-
ründə qala mühüm hərbi istehkam olmuş və bu şöhrətini Səfəvilərin
hakimiyyət dövrünə qədər saxlamışdır. “Dədə Qorqud kitabı”nda da
Əlincə qalası –istehkam kimi göstərilir. Cəlairlərin, Teymurilərin,
Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin hakimiyyəti dövrün-
də baş verən hadisələrlə bağlı Əlincə qalasının adı tez-tez çəkilir.
Teymurləngin hücumu zamanı yerli əhali bu qalaya sığınmış, Tey-
murləng qoşununa ciddi müqavimət göstərərək qalanı ona təslim et-
məmişlər. Lakin feodal çəkişmələri və müharibələri nəticəsində qala
dağıdılmışdır.
N.Məmmədov Əlincə dağ adından bəhs edərkən yazır ki, Əlincə
(Alancik) dağ adının qədim türk sözü “alan” sözündən yaranmasını
qəbul edənlər də vardır. Bu mülahizəyə görə coğrafi adın mənası qə-
dim türk dillərində “düzənlik-meydan” deməkdir. Daha sonra qeyd
olunur ki, Mahmud Qaşqarinin XI əsrə aid “Divanü lüğat-it-türk”
217
kitabında həmin söz “hamar düz”, “açıq yer” mənasındadır. “Cik”
sözü isə türk dilinə məxsus söz olub, kiçiltmə şəkilçisidir. Əlbət-
tə, Əlincə dağ adının yuxarıdakı izahı ilə razılaşmaq olmaz. Çünki
Əlincə dağının hündürlüyü 2000 metrə çatır və ərazi sıldırım qaya-
lıqdan ibarətdir. Bizcə, dağ adı türk tayfalarından olan əlcihin (el-
cihin) tayfasının adını bir abidə kimi qoruyub saxlamışdır. Əlcihin
tayfası monqolların Azərbaycana yürüşləri zamanı bu ərazidə məs-
kunlaşmışdır (12, 145).
Qərbi Azərbaycanda (indiki Ermənistanda) Əlincə adlı oykonim-
lər – kənd adları da mövcuddur. Məsələn: Əlincə - 1728-ci ildə İrə-
van əyalətinin Aralıq nahiyəsində kənd adı. Əsli Eli-İncə, yəni “İncə
eli, tayfası”. Qıpçaqların Əncə tayfasının adını əks etdirir. Əlincə
- 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı. “Kən-
din başqa adı Qatarkənddir”. Əsli El-i Əncə, yəni “Əncə eli (tayfa-
sı)”. Əlincə - 1590-cı ildə Rəvan əyalətinin Aralıq nahiyəsində kənd
adı. Əsli El-i Əncə, yəni “Əncə eli (tayfası)”. B.Budaqov və Q.Qey-
bullayev qeyd edir ki, bu oykonimlərin Naxçıvan MR-dakı Əlincə
(Culfa rayonu) qalasının adı ilə heç bir əlaqəsi yoxdur (12, 251).
Göründüyü kimi, bəzi tədqiqatçılar Əlincə coğrafi adının monqolla-
rın yürüşündə iştirak etmiş elcikin tayfasının adı ilə bağlı olduğunu,
bəziləri isə toponimin türk dillərindəki alancik (meydança, düz) sö-
zündən yarandığını qeyd edirlər. Əlincə dağ adını alan tayfa adı ilə
də əlaqələndirirlər. Bizə görə, həm Əlincə dağının, həm də Əlincə
qalasının etimoloji açımı monqolların yürüşündə iştirak etmiş türk
tayfalarından olan elcikin adı ilə bağlıdır. Bu fikir daha inandırıcı
görünür. Belə ki, Əlincə dağ adının yaranma tarixi ilə monqolların
Azərbaycana yürüş tarixləri də təxminən üst-üstə düşür.
Pasinik. “Kitab”da rast gəlinən maraqlı toponimlərdən biri də
Pasinikdir. Məs.: “Pasnik Qara Dərvənd ağzına düş vermiş idik” (6,
53). Ərzurumun güney səmtində qədim tarixçilərin Fasiana adlan-
dırdığı yer Basian dərəsi adlanır. Lakin Qafqazda Qaraçay-Balkar
Muxtar Respublikasındakı Balkar dərəsi də gürcü salnamələrində
Onomastika, Dialektologiya, Etimologiya
218
DƏDƏ QORQUD ARAŞDIRMALARI
“Basiani” adlanırdı (5, 263). B.Budaqov və Q.Qeybullayev indi-
ki Ermənistanın qərbində, Türkiyə ilə həmsərhəd bölgədə yaşamış
türkdilli tayfanın yunan və erməni mənbələrində Pasian və Basion
kimi qeyd olunduğunu yazır. Bu tayfanın adını orada ilk dəfə e.ə.
V əsr yunan müəllifi Ksenefont çəkmişdir. Pasianlar e.ə. VII əsrdə
saklarla gəlmişlər. Bu fikri Ksenefontun pasianların skiflərlə (yəni
saklarla) yanaşı yaşaması haqqında məlumat da təsdiqləyir.
Müəllif yazır ki, Arpasos (Qərbi Arpaçay) çayından 20 fərsəng
aralıda düzəndə skiflərin ölkəsi yerləşir. Bir fikrə görə pasianlar indi
Türkiyəyə məxsus olan Qars, Qarıqamış, Kaqızman və Sürməli əra-
zilərində yaşayırdılar. Məhz bu tayfanın adı ilə Araz çayının yuxarı
axını antik müəlliflərin əsərlərində Pasis (yunanca Fasis) adlanırdı.
V əsr müəllifi Favst Buzand “B asion mahalı “ ifadəsini işlətmişdir
(12, 79).
“Kitab”da adı çəkilən Pasinik toponimi, çox güman ki, mən-
bələrdə Pasion və Basian kimi qeyd olunan türkdilli tayfa adı ilə
bağlı yaranmışdır.
Ədəbiyyat
1. Azərbaycan toponimləri. Ensiklopedik lüğət. I c., Bakı, 2007.
2. B.Budaqov, Q.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlə-
rin izahlı lüğəti. Bakı, 1998.
3. B.Budaqov, Q.Qeybullayev. Gürcüstanda türk mənşəli toponimlərin izahlı
lüğəti. Bakı, 2002.
4. B.Xəlilov. Türkologiyaya giriş. Bakı, 2006.
5. “Kitabi-Dədə Qorqud”. Bakı, 1988.
6. “Kitabi-Dədə Qorqud”. Əsil və sadələşdirilmiş mətnlər. Bakı, 2004.
7. Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud və Qərb ləhcəsi. Bakı, 2002.
8. M.Adilov. “KDQ”da işlənmiş bəzi söz və ifadələrin təfsirinə dair” Türk
dillərinin quruluşu və tarixi. Bakı, 1983.
9. M.Çobanov, M.Çobanlı. Dədə Qorqud dünyasına səyahətdən parçalar.
Bakı, 1998.
10. M.Ergin. Dede Korkut kitabı. İstanbul, 1964.
219
Onomastika, Dialektologiya, Etimologiya
11. M.Kaşğari. “Divanü lüğat-it-türk”. I cıld, Bakı, 2006.
12. N.Məmmədov. Azərbaycanın yer adları. Bakı, 1993.
13. Səbahəddin Eloğlu. Zəngəzur hadisələri. Bakı, 1992.
Р е з ю м е
Айнура Алиева
Место топонимов использованные в эпосе «Книга-маего Деда
Коркуда» в современных тюркских языках
«Книга-мoего Деда Коркуда» ценный памятник в изучении истории
дрености Азербайджанского народа. «Книга» доказывает что Азербайджан
является главном местом проживания Огузской аристократии. В «Книге»
большинство имен местностей относятся территории Азербайджана и
Восточной Анаdоlии .
S u m m a r y
Aynura Aliyeva
The plase of toponyms which used in the epos
”Kitabi-Dede Korkud” in the contemporary turkic languages
”Kitabi-Dede Korkud” is the valuable monument in studying of Azerbaijan
nation`s history. “Kitab” proves that Azerbaijan is a main places of the Oghuz
noblemen. İn “Kitab” there are most of the places name concern Azerbaijan and
Eastern Anadoly`s territory.
220
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Yaqut Əliyeva,
ADPU-nun Ümumi dilçilik ixtisası üzrə magistri
BİLƏSUVAR RAYONUNUN BƏZİ ETNONİM
MƏNŞƏLİ OYKONİMLƏRİ HAQQINDA
Biləsuvar rayonunun oykonimləri tam şəkildə tədqiqata cəlb
olunmamışdır. Rayon ərazisindəki oykonimlərin hərtərəfli tədqiqatı-
na ehtiyac vardır. Tayfa, qəbilə adları əsasında yaranmış toponimlər
onomastikada etnotoponim adlanır. Bu toponimlər xalqımızın qədim
tarixi ilə bağlıdır. Tayfa və nəsil adları vasitəsilə formalaşan adlar
tarixi baxımdan daha qədim hesab edilir. Toponimlərdə xalqın ta-
rixinə, keçmişinə, məişətinə, adətinə aid sirlər, həmçinin qədim dil
quruluşunun, türk mənşəli tayfa birliklərinin izləri yaşayır.
Bildiyimiz kimi, tarixən Azərbaycan ərazisinə müxtəlif dövr-
lərdə bir sıra türk xalqları köç etmiş və burada məskən salmışlar.
Müxtəlif dövrlərdə buraya oğuz, qıpçaq, səlcuq, bulqar və s. mənşəli
türk tayfaları gəlmişlər. Türk köklü əhalinin bir qismi də Azərbayca-
nın qədim diyarlarından olan Biləsuvar rayonu ərazisində məskun-
laşmışlar. Bunu Biləsuvar adında yaşayan bulqarların və suvarların
tarixindən də görmək mümkündür. Biləsuvar rayonu ərazisində məs-
kunlaşan etnoslara bəydili, cürəli, xırmandalı və s. kimi tayfaları mi-
sal göstərmək olar.
Xırmandalı oykonimi. “Azərbaycan Toponimlərinin Ensiklope-
dik lüğəti”ndə Xırmandalı oykonimi haqqında belə yazılıb: “Bilə-
suvar rayonunun eyniadlı i.ə.v.-də kənd. Muğan düzündədir. Yaşa-
yış məntəqəsinin adı türkdilli xırmandalı tayfasının adı ilə bağlıdır.
Mənbələrdə harmandalu/xarmandalu/xərbəndəlu/xudabəndəlu kimi
qeydə alınan xırmandalıların adı bayat tayfasının tərkibində çəki-
lir və Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynadıqları
göstərilir. Bu tayfanın adına İran və İraq toponimiyasında da rast
221
Onomastika, Dialektologiya, Etimologiya
gəlmək mümkündür. Qubalı Fətəli xan dövründə (1758-1789) xır-
mandalıların bir hissəsi Cənubi Azərbaycanın Ərdəbil əyalətindən
köçüb Quba xanlığının Müşkür və Şabran mahallarına gəlmişlər.
Füzuli rayonundakı Mandılı oykonimi də Xırmandalı adının təhrif
olunmuş formasıdır” (2. 247 ). Qeyd etdiyimiz kimi, Xırmandalı to-
ponimin arealları İran və İraq ərazisində olduğu kimi, respublikamı-
zın bəzi başqa rayonlarında da vardır. Məsələn, Masallı rayonunda
eyniadlı kənd və Füzuli rayonunda, Qarabağ silsiləsinin cənub-şərq
qurtaracağında zirvə. Bu oronim də eyniadlı tayfanın adını daşıyır.
Bir mənbədə də qeyd olunur ki, vaxtilə Kür çayının bir qolu olan
Aquşa çayı bir neçə qola parçalanmışdır. Yerli əhali bu hidroqrafik
proseslərin əmələ gətirdiyi obyektlərə ad vermişlər. Aquşa çayının
bir qolu da Xırmandalı adlanır. Bu çay Kür-Araz ovalığından-Salyan
rayonu ərazisindən axır. Görünür, etnos kimi bəhs etdiyimiz xırman-
dalı tayfasının bu ərazilərdə də izləri vardır (6. 187). Mirzəyev M.,
Ağayev Ş. “Masallı toponimləri” kitabında yazırlar ki, “Xırmandalı
toponiminin “xırman” və “dalı” sözlərindən yaranması ehtimalı var-
dır. Xırman fars sözüdür. Dəni sünbüldən ayırmaq əməliyyatına və
taxılı döymək, təmizləmək, qurutmaq üçün qabaqcadan hazırlanmış
dairəvi düz yerə xırman deyilir. Fikrimizcə, Xırmandalı toponimi
Harmandalu, Xarmandalu, Xərbəndelu və bəzən Xurbəndəli şək-
lində qaynaqlarda adı çəkilən türkdilli tayfanın bu ərazidə məskun-
laşması ilə əlaqədar yaranmışdır. Bu tayfanın adı sonralar fonetik
dəyişikliyə məruz qalaraq Xırmandalı şəklinə düşmüşdür. Kənd sa-
kinlərinin fikrincə, Xırmandalı keçən əsrdə yaranmış və bu söz “xar”
(yaxud “xər”) – tikan, “dalı”-dalayan, dələn mənasındadır” (8. 48).
N.Məmmədov isə qeyd edir ki, “Xırman” sözü türk dillərindəki kar-
man sözünün “xarman” və daha sonra “xırman” formasına düşmüş
yazılışıdır. Türk dillərindəki karman – “qala” sözü Ağdam rayonu
ərazisindəki Qarmandağ oronimində də “Qarman” formasında sax-
lanmışdır. Məlum olduğu kimi, Xırmandalı oykonimində də xırman
məhz karman – “qala” sözünün təhrif formasıdır” ( 7. 66).
222
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Bəydili oykonimi. Azərbaycan ərazisindəki etnik toponimlərin
bir qismi də qədim oğuzların qəbilə və tayfa adları ilə səsləşir. Ə.Hü-
seynzadəyə görə, Azərbaycan toponimiyasında 24 oğuz qəbiləsindən
11-nin adı qalmışdır. Bunlardan biri də Begdilidir. Q.Qeybullayev
isə Azərbaycan toponimiyasında əks olunan qədim oğuz qəbilələrin-
dən 17-sinin adını çəkir. Həmin adlar sırasında Begdili adı da var-
dır (4. 116 ). 24 əsas türk tayfasından biri hesab edilən Bəydililər
Biləsuvarda qədimdən yaşayırlar. X – XII əsrlərdə yaşamış səlcuq
oğuzlarının Bəydili tayfasının adını əks etdirir. “Azərbaycan Sovet
Ensiklopediyası”nın II cildində yazılmışdır: “Bəydililər – türkdilli
tayfa Oğuz tayfalarından olmuşlar. Orta əsrlərdə digər türkdilli tay-
falarla birlikdə Orta Asiyadan Azərbaycana və Yaxın Şərq ölkələrinə
də gəlmişlər.
Azərbaycanda qalan bəydililər öz adlarını olduğu kimi saxla-
mışlar. Digər türkdilli tayfalarla yanaşı, Səfəvilər dövlətinin icti-
mai-siyasi həyatında bəydililər də fəal iştirak etmişlər. I Şah Abbas
dövründə Bəydililərin bir hissəsi Girmana və Şiraza köçürülmüşdü.
Hazırda bəydililər əsasən İran Azərbaycanında, həmçinin Şiraz ətra-
fında, qismən də Girmanda yaşayırlar. Azərbaycan SSR-nin Yevlax
və Salyan rayonlarındakı Bəydili kəndlərinin adı ehtimal ki, Bəydi-
lilərlə əlaqədardır” (1. 165 ). Y.Türkelin yazdıqlarına görə, “Ə.Yazı-
çıoğlu Bəydilini “Bəylərin sözü əzizdir”, İ.N.Berezin “Böyüklərtək
hörmətli”, Əbül Qazi “Onun dili hörmətlidir” kimi izah etmişlər.
“Salnamələr toplusu”nda “Böyük insanların dili kimi ehtiram edil-
məli” şəklində verilmişdir.
Oruc bəy Bayat İran dövlətini 32 nəcib tayfanın idarə etdiyini
yazır. Onları Ustaclı tayfasından başlayaraq sayan müəllif II hörmət-
li tayfanın Şamlı adlandığını bildirir. Digər mənbələrdən şamlıların
bəydililər adlandığı məlumdur. Şamlı Şam şəhəri Dəməşq mənasın-
dadır. Oruc bəy Bayat şamlıları (Bəydili) xarakterizə edərək yazır:
“Şamlılar İspaniyadakı mojordomların – böyük saray nazirlərinin –
eyni. Bu soyun nümayəndəsi İranda daima bu yüksək vəzifəni tutur”
223
(9. 12 ).
Dostları ilə paylaş: |